Dondurma yeyərkən 7 qaydaya diqqət edin!

Dondurma karbohidratr, züla və yağ kimi əsas qidalarla yanaşı, tərkibindəki kalsium, fosfor, kalium və maqnezium kimi əhəmiyyətli minerallar və A, B, E və K vitaminləri sayəsində orqanizmə fayda verir. Bir dondurma cəmi 100 kalori ehtiva edir.

Qidalanma mütəxəssisi Nilay Öngen digər desertlərlə müqayisə edildikdə dondurmanın qida dəyərinin və kalorisinin daha az olduğunu diqqətə çatdıraraq “Ancaq kalorisi az görünsə də, dondurma yeyərkən mütləq porsiyaya nəzarət etməlisiniz, çünki tərkibində şəkər var. Əks halda, həm şəkər, həm də kalori səbəbi ilə çəki artımına və qan şəkəri balansının pozulmasına səbəb ola bilər” deyə bildirib.

Sümük sağlamlığını qoruyur

Dondurma

2 dondurma 90 mq kalsium miqdarı ilə gündəlik kalsium ehtiyacının təxminən 9 faizini ödəyir. Kalsium sümük və diş sağlamlığı üçün çox vacib bir mineraldır. Onun əsas mənbələri süd, qatıq və pendir kimi qidalardır. Dondurma da tərkibindəki südlə gündəlik kalsium qəbuluna töhfə verə bilər.

Əzələ kütləsinin qorunmasında təsirlidir

Zülallar əzələlərin tikinti materialı hesab olunur. Bu səbəbdən kifayət qədər protein əldə etmək əzələ kütləsinin qorunmasında böyük əhəmiyyət kəsb edir. Zülalların əsas qida mənbələri ət və süd qrupundan olan qidalarıdır və bir stəkan (200 ml) süddə 6 qram protein var. Dondurma da zülal qəbulunu dəstəkləyən bir qaynaqdır.

Ürək sağlamlığını dəstəkləyir

Kalsium, kalium və fosfor kimi minerallar ürək-damar sağlamlığını qorumağa kömək edir. Dondurma tərkibindəki bu minerallar sayəsində ürək sağlamlığını dəstəkləyən desertlər arasındadır. Ancaq tərkibindəki doymuş yağ və şəkər səbəbiylə normadan artıq yemək olmaz. Sağlam bir desert alternativi Dondurmanın kökəlməyə səbəb olduğu düşünülür, lakin düzgün porsiyalarda yeyildikdə heç bir çəki artıqlığı yaratmır. Dondurma, xüsusilə xəmir və şərbətli digər desertlərlə müqayisədə daha az kalorilidir.

Bəzi xəstəliklərin müalicəsində iştirak edir

Dondurma yemək

Dondurmanın ləzzətli olması onu iştahla yeməyi asanlaşdırsa da, soyuqluğu bəzi hallarda müalicəvi ola bilər. Nilay Öngen, məsələn, tonzillektomiyadan sonra yeyilən dondurmanın yaraların sağalmasını sürətləndirə biləcəyinə diqqət çəkərək, "Bundan əlavə, dondurma çeynəmə və udma çətinliyi olan xəstələr üçün yaxşı bir alternativ qidadır" deyə vurğulayıb.

Dondurma yeyərkən 7 kritik qayda

1- Dondurma alarkən istehsal şərtlərinə diqqət yetirin. Gigiyenik şəraitdə istehsal olunan, saxlanılan və təqdim olunan yerlərə üstünlük verin.

2- İnfeksiya riskinə görə dondurma mütləq pasterizə olunmuş süddən hazırlanmalıdır.

3- Alınan dondurma əriyib yenidən donarsa, üzərində kristallar əmələ gəlir. Üzərində kristal olan dondurma almayın. Süd tez xarab olan qida olduğundan, ərimə və dondurma zamanı yarana biləcək bakteriya artımı zəhərlənməyə səbəb ola bilər.

4- Hazır qablaşdırılmış dondurma alarkən xarici faktorlardan çirklənməməsi üçün qablaşdırmanın vəziyyətinə, sağlamlığa zərərli təsirindən dolayı boya və kimyəvi tərkibinə diqqət yetirir.

5- Bəzi dondurmaların tərkibində qlükoza siropu və süd tozu ola bilər. Belə tərkibləri olan məhsullar almayın, çünki onların davamlı istifadəsi bədən funksiyalarını poza bilər.

6- Qida allergiyanız varsa, allergen qida tərkibini öyrənmək üçün etiketi mütləq oxuyun.

7- Dondurmanın kalorisini artırmaq üçün üzərinə sous, qoz, fındıq əlavə etməyin.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
9 ay əvvəl
955 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 29 gün əvvəl
  • 549
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 884
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 955
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 784
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 861
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 3 ay əvvəl
  • 745