Duzdan tamamən imtina etsən, başına gələcəkləri bilirsən?

Yenilənmə tarixi: 2021-10-24

Duzda olan natrium bədənimizdə bir çox mexanizmin çalışmasını təmin edir. Duzdan az istifadə etməyin fəsadları vardır.

Duzdakı natriumun bir çox faydaları var. Çoxumuz az duz istehlak edirik, duzun sağlamlığa zərərli olduğunu bildirərək ondan tamamilə imtina edənlər də var. Bəs bu nə dərəcədə doğrudur? Mütəxəssislər, duzun bədənimizin normal işləməsinə kömək edən əhəmiyyətli bir elektrolit olduğunu söyləyirlər. Belə ki, məcburi olmasa da, duzdan tamamilə uzaq olmaq orqanizmimizdə bəzi problemlər yarada bilər. Bunun başlanğıcında aşağı natrium var. Duzunuzu həyatınızdan tamamilə çıxarmazdan əvvəl, vücudunuzun bu dəyişikliyə necə reaksiya verəcəyini anlamağa çalışın. Duzdan uzaq durmağı tövsiyə edən bir çox pəhrizlərdən birini seçib onu həyata keçirməyə başlaya bilərsiniz.

1. Natrium kalium ilə birgə işləyərək hüceyrələrə su pompalayır, yəni orqanizmdə maye səviyyələrini tənzimləyir.

natrium və kalium

Natrium və su balansı bir-birilə əlaqəlidir. Natrium şlüzləri və kanalları hüceyrəyə su pompalayan və orqanizmdəki hüceyrə xarici maye miqdarını tənzimləyən kanallardır.

2. Günvurmadan qoruyur.

natrium günvurmadan qoruyur

Bədənin isinməsiylə duz və su itkisi yaşanır. Buna görə natrium esansial elektrolidlərin itkisini dəyişdirərək günvurmanın qarşısının alınmasında böyük rol oynayır. Duz daha çox rahatlamaq üçün manqo suyu ilə qarışdırıla bilər. Maye balansı aktiv həyat tərzi yaşayanlar üçün çox önəmlidir.

Yodlaşdırılmış duz hormonlar üçün vacibdir və duz qəbulunu tamamilə kəssəniz, yoddan məhrum ola bilərsiniz.

3. Qan təzyiqinə nəzarət edir.

natriumun qan təzyiqinə təsiri

Natrium ürəyin normal döyünməsinə yardım edir. Qan təzyiqini qorumaqda vacib rol oynayır, amma tərkibindəki aşırı artım qan təzyiqini artırar və ciddi sağlamlıq problemi yaradar.

4. Beyin funksiyalarının işləməsinə müsbət təsir edir.

natriumun beyinə təsiri

Beyin vücudun natrium səviyyəsindəki dəyişikliyə qarşı çox həssasdır. Natrium həmçinin beyinin inkişafında vacib rol oynayır.

5. Əzələ spazmalarının qarşısını alır.

natriumun əzələ ağrılarına təsiri

Spazmalar əsasən yay aylarında elektrolid balanssızlığı səbəbiylə yaranır.

6. Dərinin erkən yaşlanmasını əngəlləyir.

duzun insana müsbət təsirləri

Natrium bir çox yaşlanma əleyhinə olan kremdə yer alır. Dərini qocalmanı sürətləndirən radikallardan qoruyur.

7. Natrium orqanizmdə yığılmış artıq karbondioksidin çıxarılmasında vacib rol oynayır.

Natriumun orqanizmə faydaları

8. Qlükoza udulmasını asanlaşdırır.

Qlükoza udulması

Natrium qlükoza hüceyrələri tərəfindən udulmasını asanlaşdırır.

9. İonların balansını tənzimləyir.

natriumun ionların balanslaşmasına təsiri

Natrium həm müsbət, həm də mənfi ionlar arasında balansı təmin edir.

10. Böyrəklərə nəzarət edir.

Natriumun böyrəklərə təsiri

Orqanizmdəki fosfat nisbətini dəyişdirərək böyrəklərin reaksiyasını, idrarın məzmununu nəzarətdə saxlayır.

Duz əskikliyi ishal, qusma, baş ağrısı, halsızlıq, aşağı təzyiq, çəki itirmə, zehin pozğunluğu, baş gicəllənməsi ilə özünü biruzə verir.

Bu əlamətlər zamanı həkimə müraciət etmək lazımdır. Bu zaman həkim xəstəyə natriumla təmin olunmağı tövsiyə edir.

Aşağı natriumlu bir pəhrizin, xüsusən ürək problemləri olan insanlar üçün bir çox faydası olduğu qeyd edilmişdir.

Duz ketçup, çörək, kartof çipsi kimi bəzi məhsullarda çoxluq təşkil edir.

Məqaləyə emosiya bildir:
4 il əvvəl
6782 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 25 gün əvvəl
  • 505
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 738
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 816
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 736
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 812
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 705