Ekzema nədir? Necə müalicə olunur?
Ekzema – dəridə daxili və ya xarici amillərin təsirindən yaranan, dərini qurudan, qaşınma və bəzən qabarcıqlara səbəb olan bir növ dəri xəstəliyidir. Ekzemanın konkret səbəbləri yoxdur.
Dəridə meydana gələn iltihabi xəstəlik olan ekzema dəri səthində quruluq və qaşınma ilə nəticələnən xəstəlikdir. Adətən baş dərisi, üz, ayaqlar, dirsəklər, diz arxası və omba kimi nahiyələrdə, əsasən isə əl nahiyəsində əmələ gəlir. Ekzema stress, allergiya, qıcıqlanma və ya qan dövranı problemlərindən qaynaqlana bilər.
Ekzemanın əlamətləri hansılardır?
Ekzemanın simptomları növlərinə görə dəyişə bilər. Demək olar ki, bütün xəstə fərdlərdə eyni simptomlar özünü göstərir. Bu simptomlardan bəzilərini aşağıdakı kimi sıralamaq olar:
Dəridə quruluq
Qaşınma
Dəridə su ilə dolu qabarcıqların əmələ gəlməsi
Dəridə pullanma, qabıqlanma, kəpəklənmə və töküntü
Dəridə qızarıqlıq
İltihab
Saç dərisində kəpəklənmə
Dəri çatlaması
Dərinin qalınlaşması
Bədəndə qaşınma
Yanma hissi
Bədənin hər yerində, eləcə də üzdə və baş dərisində görünə bilər. Ekzemanı tətikləyən amillərə allergiyaya meylli insanlarla təmasda olan kosmetika və təmizlik məhsulları, fərdin allergik olduğu bir maddə ilə təması (yuyucu, nikel, boyalar və s.), havanın soyuması, dərinin tərləməsi və quruması, qəbul edilən qidalar, siqaret vərdişi və bədəndə infeksiyanın olması daxildir.
Ekzemaya nə səbəb olur?
Yuyucu toz, sabun, ətir kimi kimyəvi maddələr, rezin ayaqqabı və çəkələklər, həmçinin bəzi metallar fərdlərdə ekzemaya səbəb olur. Bitki və heyvanlarla təmas, günəşə məruz qalma və bəzi ağızdan qəbul edilən dərmanlar da həssaslığı olan insanlarda ekzemaya səbəb ola bilər.Allergik ekzema müəyyən növ qidaların qəbulu ilə əlaqəli ola bilər. Bunlardan başqa stress və qan dövranı problemləri də ekzemanın məlum səbəbləri arasındadır.
Əl ekzeması necə müalicə olunur?
Kortizonlu kremlər əl ekzemasının müalicəsində istifadə olunur, lakin onların uzunmüddətli yan təsirləri ola bilər. Buna görə də həkim nəzarəti olmalı və gündəlik əl kremi davamlı olaraq istifadə edilməməlidir. Ekzema təhlükəli sayıla biləcək ciddi bir xəstəlik deyil, lakin narahatlıq yarada bilər. Ekzemalı insanların özlərini rahat hiss etmələri üçün görmələri lazım olan tədbirlərin başında yaranı qaşımamaları gəlir.
Ekzema necə keçir?
Təəssüf ki, ekzemanın qəti bir müalicəsi yoxdur. Ekzemanın müalicəsində əsas məqam xəstəlikdən qorunmaqdır. Həkimlə məsləhətləşərək, xəbərdarlıq və ehtiyat tədbirlərinə əməl etməklə ekzemanın yaratdığı şikayətlər azaldıla bilər. Ekzemanın müalicəsində yaş sarğılar, lokal kortikosteroid pomadları və kortizonsuz immunosupressiv preparatlar istifadə olunur. Hücumların tezliyini azaltmaq və dərini gücləndirmək üçün bariyer kremlər, neytral sabunlar, nəmləndiricilər, ekzema əlcəkləri və şampunlar tövsiyə edilir.
Ekzemaya nələr yaxşı təsir edir?
Ekzemalı bölgəni qaşımamaq və qıcıqlandırmamaq.
Ətrafda kifayət qədər rütubət və temperatur olmalıdır.
Ev və ya iş yeri tez-tez havalandırılmalıdır.
Duşdan sonra bədəniin hər yerinə nəmləndirici çəkilməlidir.
Əllər ilıq suyla yuyulmalı və kağız dəsmal ilə qurudulmalıdır.
Təmizlik zamanı əlcəklərdən istifadə edilməlidir.
Stressdən uzaq olmağa çalışmaq gərəkdir.
Çiy tərəvəz və meyvələrə, ət və balıq məhsullarına çılpaq əllərlə toxunmaq olmaz.
Sağlam qidalanmağa diqqət yetirilməlidir.
Gün ərzində kifayət qədər su içilməlidir.
Həkimin təyin etdiyi ekzema pəhrizinə əməl edilməlidir.
XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.
Məqaləyə emosiya bildir:
1322 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)