Elektron cihazların yaydığı radiasiya həqiqətən həyatımız üçün ciddi təhlükədirmi?

Yenilənmə tarixi: 2021-06-28

Ətrafımızdakı texnoloji cihazların yaydığı radiasiyanın sağlamlığımıza zərər verib-vermədiyi illərdir müzakirə olunur. Yaydıqları elektromaqnetik şüalar səbəbiylə bu alətlər baş ağrısından tutmuş xərçəngə qədər bir çox xəstəliklərin səbəbiylə əlaqələndirilir. Bu doğrudurmu? Cib telefonları xərçəng yarada bilərmi?

Telefonlar başda olmaqla texnoloji vasitələrlə dolu dünyada yaşayırıq. Bu da gözə görünməyən elektromaqnetik dalğaların bizi əhatə etdiyi anlamına gəlir. Məsələn, bir mikrodalğalı soba yaydığı dalğalarla içindəki su molekullarını yox edərək yeməyi isidir. Günəş yaydığı elektromaqnit şüalarla bizim günəş vannası qəbul etməyimizi təmin edir. Bu şüa axını insan sağlamlığına zərər verirmi?

Elektron cihazların yaydığı radiasiya həqiqətən həyatımız üçün ciddi təhlükədirmi?

Bunu anlamaq üçün orta məktəbdə öyrəndiyimiz elektromaqnetik dalğalara nəzər salmaq lazımdır. Bunu qeyd edək ki, aşağı dalğa tezlikləri bizə təhlükə yaratmır. Lakin yüksək dalğa tezlikləri, məsələn, ultrabənövşəyi şüalar, X qamma şüalar atomun strukturunu dəyişdirə bilərlər.
Buna görə yüksək radiasiya genetik pozuntular yarada bilər. Atom bombası və ya nüvə sızmasından sonra insan genində yaranan problemlərin səbəbi budur.

Filmlərdə gördüyümüz "mutantlar" radiasiyaya məruz qalaraq super güc qazanıblar. Beləliklə, aşağı dalğa siqnallarının hər hansı zərəri yoxdur.

Elektron cihazların yaydığı radiasiya həqiqətən həyatımız üçün ciddi təhlükədirmi?

Baş ağrısından tutmuş, xərçəngə qədər xəstəliklərə səbəb olduğu söylənilən baza stansiyaları, telefon siqnalları, radiasiya yayan cihazlar tamam zərərsizdirmi? Ümumdünya Səhiyyə Təşkilatı radio tezliklərini konserogen olaraq təsnifatlaşdırır, lakin bunun tam sübutu yoxdur.

İnsanların texnologiya ilə əlaqəli sağlamlıq şikayətləri "Nocebo effekti" adlandırılır. Bunu psixoloji olaraq özümüzü bu alətlərin bizi yorduğuna inandırmağımız kimi açıqlaya bilərik. Məsələn, iş yerində kompüterlə çalışdıqdan sonra hiss etdiyiniz yorğunluğu aradan qaldırmaq üçün qəhvə almağa getdikdə rahat olduğunuzu hiss edirsiniz.

Telefonların beyin şişinə və ya başqa ciddi xəstəliklərə səbəb olduğu iddiası sübut olunmayıb.

Elektron cihazların yaydığı radiasiya həqiqətən həyatımız üçün ciddi təhlükədirmi?

Məqaləyə emosiya bildir:
4 il əvvəl
8350 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 3 ay əvvəl
  • 946
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 5 ay əvvəl
  • 1260
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 5 ay əvvəl
  • 1310
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 5 ay əvvəl
  • 1150
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 5 ay əvvəl
  • 1342
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 5 ay əvvəl
  • 1079