
Əncirin oqranizmə verdiyi 25 faydası
Əncir tərkibində olan aminturşular, beta-karotin, antioksidant, vitamin və mineralların zənginliyinə görə insan oqranizminə çox böyük faydaları vardır. Onun oqranizmə verdiyi faydalar haqqında sizləri məlumatlandırmaq istəyirəm.
- Əncirin tərkibi K vitamini ilə zəngindir. Bu səbəbdən də əncir ürək-damar, təzyiq xəstələri üçün təbii dərman vasitəsidir. Uzun müddət əncir yemək, vena damarlarında çatışmazlıqları aradan qaldırır və varikoz genəlməni azaldır.
- Əncir tərkibində olan fitsin fermenti sayəsində qanın laxtalanma qabiliyyətini azaldır və tromb əmələgəlməsini dayadırır.
- Əncirin tərkibində dəmirin miqdarı çox olduğuna görə o anemiya xəstəlikləri zamanı qanartırıcı təsir göstərir.
- Tərkibində olan amin turşuları qanda xolesterolun miqdarını azaldır.
- Əncirin tərkibində olan şəkər və vitaminlər diet saxlayan adamların axşam yeməyini əvəz edə bilir.
- Sidikqovucu təsirə malik olduğu üçün əncir orqanizmdə olan artıq suyu çıxarmaq qabiliyyətinə malikdir.
- Tərkibində olan fruktoza fiziki və zehni yorğunluğu aradan qaldırır.
- Əncir orqanizmin K vitamininə olan təlabatını ödəyir. Bunun üçün əncir mövsümündə hər gün bu meyvədən yemək lazımdır.
- Hamilə qadınlara sintetik vitaminlərdən istifadə etməkdənsə, əncir və ya onun qurusundan yemələri tövsiyə edilir.
- Əncir maddələr mübadiləsini yaxşılaşdırır.
- Əncir ürəkbulanmanı, ağızda quruluğu və ürək yanğısını aradan qaldırır.
- Qadınlar menopauza dövründə əncir yesələr döş xərçəngi riskindən azad olarlar.
- Bronxit zamanı 20 qram quru ənciri 1 stəkan qaynar südə salıb içdikdə, sinə yumşaldıcı təsir göstərir.
- Əncirin öskürək kəsici xüsusiyyəti var.
- Yatmazdan əvvəl əncir yemək bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
- Səhərlər acqarına əncir yemək böyrək daşlarının əriməsinə səbəb ola bilir.
- Mədə-bağırsaq fəaliyyətini sürətləndirməklə yanaşı əncir qastritlər zamanı da faydalıdır.
- Əncir II tip şəkərli diabet xəstələrində qanda şəkərin miqdarının normallaşmasına yardımçı olur.
- Əncir əhval-ruhiyyəni qaldırır.
- Ağız boşluğu xəstəlikləri zamanı əncir yarpağının dəmləməsi ilə qarqara eləmək xəstəliklərin əlamətlərini azaldır.
- Kökünün qaynamasından alınan məhlulla yaraları yuduqda tez sağalır.
- Əncir saplağından axan süd ilə döyənəkləri aparmaq olur.
- Əncir qurusu aclıq hissini aradan qaldırır, onun 100 qramında 50 kalori var. 2-3 əncir qurucu aclığı aradan qaldırmaqla yanaşı, orqanizmin sutkalıq mikorelementlərə olan təlabatını ödəyir.
- Əncir yarpağını 10-15 dəqiqə qaynadıb saçları yuduqda saç tökülmənin qarşısı alınır.
- Tərkibində olan pektin maddəsi ənciri əvəzolunmaz bir meyvəyə çevirir. Əncir toxumaların cavanlaşmasında və kapilyar damar divarının möhkəmlənməsində faydalıdır.
Mənbə: https://immunitet.az/1480-nciri-sevmk-ucun-25-sbb.html
Loading...
Dostlarınla paylaş:
1 il əvvəl
2734 dəfə oxundu
2734 dəfə oxundu
ilk.az-çılar nə deyir?