Əsəblərinizə hakim olmağın 11 yolu

Yenilənmə tarixi: 2023-09-18

Həyatın bəzi problemləri, sıxıntılar və stresslər insanları əsəblərinə hakim ola bilməməyə, özləri və ətraflarına zərər verməyə sövq edir. Əsəblər və özünüzü idarə etmək günlük həyatda və iş dünyasında böyük əhəmiyyət kəsb edir. Bu sahədə hakim olmağınıza kömək edə biləcək bir neçə yol aşağıda verilmişdir:

Bəs əsəblərinizi necə idarə edirsiniz? Əsəblərə hakim olmağın yollarını təqdim edirik.

1. Başınızı qatan işlərlə məşğul olun

Başınızı qatan işlərlə məşğul olun

Əsəblərinizi sakitləşdirməyin bi üsulu özünüzü məşğul edəcək və diqqətinizi yayındıracaq işlərlə məşğul olmaqdır. Bununla həm stressdən qurtula bilər, həm də başqa şeylərlə məşğul olduğunuza görə hirsləndiyinizi unuda bilərsiniz. Məsələn, doyunca yemək yemək.

2. Ağlamaqla rahatlayın

Ağlamaqla rahatlayın

İnsanlar kədər və sıxıntı içində ağlamaqla rahatlıq tapır. Ağlamaq sakitləşmək üçün təsirli vasitədir.

3. Sakit olmağa çalışın

Sakit olmağa çalışın

Sakit olmağa diqqət yetirin. Dərin nəfəs alaraq özünüzü sakitləşdiyinizə inandırın.

4. Təmiz hava almaq

Təmiz hava almaq

Qəzəblənəndə sakitləşmək və təmiz havada nəfəs almaq üçün çölə çıxmaq gərəkdir. Sakitləşmək üçün təbiət və təmiz hava çox vacibdir.

5. Əsəbləşdiyiniz şeyləri qeyd edin

Əsəbləşdiyiniz şeyləri qeyd edin

Sizi əsəbləşdirən şeyləri bir yerə qeyd edərək sonradan niyə əsəbləşdiyiniz və sizə nəyin yol göstərə biləcəyi ilə bağlı dostlarınızdan kömək istəyə bilərsiniz.

6. Təbiətə çıxın və bağırın

Təbiətə çıxın və bağırın

Əsəbiləşdikdə qışqıraraq özünüzü sakitləşdirin. Özünüzü güc və enerjinizi sərf edə biləcəyiniz bir işən verin, xüsusən döyüş idman növü ilə məşğul olaraq sinirlərinizi sakitləşdirə bilərsiniz.

7. Məntiqi davranmağa çalışın

Məntiqi davranmağa çalışın

Əməllərinizdən peşman olmamaq üçün sakitliyinizi pozmamağa çalışın. İnsanları incitdikdən sonra nə dərəcədə üzüləcəyinizi düşünün.

8. Özünüzü sevdiyiniz işlərə yönəldin


Özünüzü sevdiyiniz işlərə yönəldin

Sakitləşmək üçün maraqlandığınız hobbilərlə məşğul ola bilərsiniz. Sənətkarlıqla məşğul olmaq, musiqi dinləmək, yemək bişirmək, film seyr etmək və mahnı oxumaq əsəblərinizi sakitləşdirə bilər.

9. Tək qalmaq

Tək qalmaq

Hirslənəndə tək olmaq və sakitləşmək məntiqli düşünməyə kömək edir. Sakit bir mühitdə tək qalmaqla hirsləndiyiniz məsələnin əhəmiyyətini düşünün və bunu necə həll edə biləcəyinizi vird edin.

10. Psixoloji dəstək alın

Psixoloji dəstək alın

Sinirlərinizə hakim ola bilmirsinizsə, psixoloji dəstək almalısınız. Problemlərinizin psixoloji olduğunu düşünürsünüzsə, psixoloq və ya psixiatra müraciət edə bilərsiniz.

11. Xoşbəxt olmaq üçün özünüzə səbəblər yaradın

Xoşbəxt olmaq üçün özünüzə səbəblər yaradın

Xoşbəxt olmaq üçün səy göstərməlisiniz. Olduğunuz vəziyyətdən daha pis bir vəziyyətə düşə biləcəyinizi düşünərək, hazırkı vəziyyətinizə görə şükür edə və sevdiklərinizlə yaşadığınız və ya yaşayacağınız xoşbəxtliyi düşünə bilərsiniz. Əsəblərinizə hakim olmaq üçün sıxıntıları kənara qoyub ailənizi, yaxınlarınızı düşünsəniz, əsəbləşdiyiniz şeylərin boş və mənasız olduğunu dərk edə bilərsiniz.

Mənalı Hədəflər Qoyun: Öz hədəflərinizi qoymaq və onlara nail olmaq sizi daha motivasiyalı edəcək və əsəblərinizi idarə etməyinizə kömək edəcəkdir.

Zaman Idarəsi: Zamanınızı effektiv şəkildə idarə etmək, hədəflərinizə daha yaxınlaşmağınıza və daha az stres hiss etməyinizə kömək edəcək.

Özünüzə Qarşı Realistik Olmaq: Öz bacarıqlarınızı və limitlərinizi düzgün qiymətləndirmək, çox yüksək və ya çox aşağı gözləntilərlə özünüzə zərər verməmək üçün vacibdir.

Təcrübələrdən Dərs Çıxarmaq: Hər bir təcrübədən öyrənmək və onları növbəti addımlarınızı planlaşdırarkən istifadə etmək, özünüzü daha yaxşı idarə etməyinizə kömək edəcək.

Təbii Olaraq Sakitləşmək: Düşünülməmiş addımlar atmaq, ancaq reaksiya verərək hər bir situasiyaya cavab verməmək öz əsəblərinizi idarə etməyə kömək edəcək.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3991 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 25 gün əvvəl
  • 505
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 738
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 816
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 736
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 813
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 705