Ev şəraitində dişləri təbii şəkildə ağartmağın 9 yolu

Ağ dişlərə sahib olmaq üçün çox pul xərcləməyinizə səbəb olur. Ev şəraitində dişlərin ağardılması üsulları ilə sağlam və ağappaq dişlərə sahib ola bilərsiniz. Bu cür üsulları sizə təqdim edirik.

1. Reyhan ilə dişlərin ağardılması

Reyhan ilə dişlərin ağardılması

Yeməklərdə və salatlarda tez-tez istifadə edilən reyhan çox faydalı bir bitkidir. Diş əti qanamasına qarşı təsirli olan reyhan, dişlərin ağardılması üçün də istifadə edilir. Qurudulmuş reyhan yarpaqlarını əzərək toz halına salın. Bu tozla dişlərinizi fırçalaya bilərsiniz. Reyhanı diş pastanıza mütəmadi şəkildə əlavə edərək dişlərinizi fırçalayın. Bu prosesi ayda iki dəfədən çox etməməyi tövsiyə edirik.

2. Ada çayı yarpağı ilə dişlərin ağardılması

Ada çayı yarpağı ilə dişlərin ağardılması

Ən asan və təsirli dişləri ağardıcı üsullardan biri olan ada çay yarpağı dişlərinizin sağlam bir şəkildə ağartmasına imkanyaradır. Əzilmiş ada çayı yarpaqlarını dişlərinizə sürtə bilərsiniz. Bu, çox asan bitki mənşəli metodlardan biridir.

3. Sarıkök ilə dişlərin ağardılması

Sarıkök ilə dişlərin ağardılması

Şəfa mənbəyihesab olunan sarıkök dişləri ağartmaqda mühüm rola malikdir. Mikroblara və iltihaba qarşı yüksək təsirli olan sarıkök ağız və diş sağlamlığına əhəmiyyətli töhfələr verir. Yarım xörək qaşığı sarıkökə az miqdarda su əlavə edib qarışdırın. Bu qarışığı diş fırçanızayaxaraq dişlərinizi fırçalayın. Təsirini artırmaq üçün 1-2 damcı limon suyu da əlavə edə bilərsiniz.

4. Portağal qabığı ilə dişlərin ağardılması

Portağal qabığı ilə dişlərin ağardılması

Dişlərin saralması əleyhinə istifadə edilən üsullardan biri də portağal qabığıdır. Portağal qabığı həmçinin nəfəsi təzələyir və ağız qoxusunun qarşısını alır. Hər gecə yatmazdan əvvəl portağal qabığının iç qismi ilə dişlərinizi fırçalayın. Portağal qabığının tərkibindəki C vitamini ağızın mikroblardan təmizlənməsinə kömək edir.

5. Karbonat və limon ilə dişlərin ağardılması

Karbonat və limon ilə dişlərin ağardılması

Karbonatın ağardıcı təsirini gücləndirmək üçün üzərinə limon sıxmaq olar. Ehtiyacınız qədər olan qarışığı diş fırçanızasürtün və onunla dişlərinizi fırçalayın. Davamlı istifadə etdikdə faydasını görərsiniz. Dişlərinizi fırçaladıqdan sonra ağzınızı bol su ilə yaxşıca yuyun.

6. Karbonat və hind qozu ilə dişlərin ağardılması

Karbonat və hind qozu ilə dişlərin ağardılması

1 çay qaşığı karbonatın üzərinə yarım çay qaşığı hind qozu yağı əlavə edin. Bu iki maddəni məcun halına gələnə qədər qarışdırın. Daha sonra qarışıqdan diş fırçasına qoyaraq dişlərinizi fırçalayın.

7. Karbonat və alma sirkəsi sirkəsi ilə dişlərin ağardılması

Karbonat və alma sirkəsi sirkəsi ilə dişlərin ağardılması

Karbonatı alma sirkəsi ilə qarışdıraraq güclü təbii vasitə əldə edə bilərsiniz. Karbonatla alma sirkəsini məcun halına gələnə qədər qarışdırın. Sonra dişlərinizi fırçalayın.

8. Banan qabığı ilə dişlərin ağardılması

Banan qabığı ilə dişlərin ağardılması

Banan diş ətini gücləndirir və canlandırır. Təzə banan qabığının ağ hissəsini dişlərinizə sürtün. Bu şəkildə dişlərinizi asanlıqla ağarda bilərsiniz.

9. Çiyələk əzməsi ilə dişlərin ağardılması

Çiyələk əzməsi ilə dişlərin ağardılması

2-3 ədəd çiyələyi bir qabın içində əzin. Bu qarışıqla dişlərinizi fırçalayın. Bu üsuldan hər həftə istifadə edə bilərsiniz.

Ən yaxşı ağardıcı diş məcunu tövsiyələri

1. Sensodyne ağardıcı diş pastası

Sensodyne ağardıcı diş pastası

Dişin mina təbəqəsinə zərər verməyən Sensodyne diş məcunu ilk istifadədən etibarən daha bəyaz və təmiz dişlərə sahib olmağınıza imkan yaradır. Həssas diş ətinə malik olanlar rahatlıqla bu məcundan istifadə edə bilərlər.

2. Marvis Smokers Whitening Mint

Marvis Smokers Whitening Mint

Xüsusilə siqaret çəkənlər bu məcundan istifadə etməlidirlər. Marvis Smokers Whitening Mint diş məcunu ön dişlərdəki ləkələri və sarılıqları aradan qaldırır. Bundan əlavə, qida və qəhvə ləkələri və qalıqlar bu diş pastası sayəsində qısa müddətdə yox olur.

3. Rocs Sensation Whitening

Rocs Sensation Whitening

Ekstra qranullu formulu sayəsində diqqət çəkən Rocs Sensation Whitening ilk istifadədən etibarən dişlərdə mükəmməl bir ağlıq yaradır. Həmçinin, dişlərin sağlamlığının da qayğısına qalır.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
1 il əvvəl
2662 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 25 gün əvvəl
  • 511
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 743
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 820
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 740
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 819
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 708