Evliliyi gücləndirən addımlar

Üzr istəmək güclü, sağlam bir evliliyin ən önəmli qaydalarından biridir.

Evlilik iki insanın həyatlarını birləşdirməsi anlamına gəlir. Əlbəttə ki, evlilikdə də xətalar, mübahisələr, davalar, səhv anlamalar olur. Bu durumlar evliliyi həm məhv edə bilər, həm də onu daha da gücləndirər. Bu iki seçim arasındakı həlledici faktör isə üzrdür.

Üzr istəmək çox vacibdir

Evliliyi gücləndirən addımlar

Üzr istəmək sağlam evliliyin əsas şərtlərindəndir. Həyat yoldaşınızın və özünüzün bu evlilik üçün ən yaxşısını istədiyinizi düşünmək sizin daha anlayışlı olmağınızı təmin edər. Üzr istəmək, bağışlanmaq istəmək əsla pis hərəkətlərin unudulacağı, gözardı ediləcəyi anlamına gəlmir. Sadəcə, həyat yoldaşınızla daha anlayışlı bir yola girməyinizi ifadə edir. Mütəxəssislərin fikrinə görə, bağışlanma bir insanın evlilikdən alacağı ən böyük duyğudur və onun ömür boyu sevgiylə yaşaya bilməsini təmin edir.

Həyat yoldaşından üzr istəməyin ən təsirli yolları

Evliliyi gücləndirən addımlar

Yaşatdığınız pis durumun sizi niyə pis hala saldığına dair iki səbəb verin. Hiss etdiyiniz duyğularla bağlı məsuliyyət hiss etmək qarşınızdakı insanla empatiya qurmağınızı təmin edər. Özünüzdən soruşun: niyə onu üzəcək tərzdə davrandım? Niyyətim nə idi? Davranışın qəsdən idimi?

Qarşınızdakı şəxsi üzən davranış və sözlərinizin məsuliyyətini dərk edin

Yəni, işləri qarışdırdığınızı qəbul edin və bundan dolayı üzr istəyin. İnsanın bunu etməsi münasibətin axarına son dərəcə müsbət təsir edə bilər.

"Məyusam", "səhv məndədir" ifadələrindən istifadə edin

Sözü dəyişdirmədən birbaşa olaraq bu ifadələri işlədin. Bu zaman həyat yoldaşınız da sizə hiss etdiklərini söyləyəcək və ürxahlığınızı qəbul edəcək. Onu üzdüyünüzü açıq şəkildə deməlisiniz.

Həyat yoldaşınıza bu durumu düzəldəcəyinizi bildirin

Məsələn, qaynananızı incidən nəsə deyibsinizsə, ondan da üzr istəyəcəyinizi ifadə etməlisiniz.

Nə dediyinizi, nə etdiyinizi bəhanəsiz dilə gətirin

Özünüzdən başqasını günahlandırmağa çalışmayın. Məsələn, "Sənə bağırdım, ona görə ki, ağır iş günü keçirmişdim" deyin, amma "Sən yeməyin 6-da hazır olacağını dedin, hazır olmayanda isə mən özümdən çıxdım" deməyin. Hirslənməyinizin əsl səbəbini tapın.

Həyat yoldaşınızdan sizi bağışlamasını istəyin

Evliliyi gücləndirən addımlar

Bağışlanması lazım olan hərəkətləriniz və davranışlarınız aydın olsun. Danışdığınız zaman diqqətinizi yayındıracaq nələrinsə olmamasına fikir verin.

Həyat yoldaşınızın məyusluğa qapılmamasına çalışın

Özünüzü haqlı göstərən eqonuzdan əl çəkin. Nələrin baş verdiyini müzakirə etmək və məsuliyyəti dərk etmək sizi haqlı göstərən amillərdir. Belə halda münasibətinizin keyfiyyətini artıra bilərsiniz.

Evlilik mövzusunda digər məsləhətlət:

Məqaləyə emosiya bildir:
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3011 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
xedice (2 il əvvəl)
♥♥♥