Gözdə arpacıq nədir? Simptomları və müalicəsi

Arpacıq bir çox insanda rast gəlinən narahatlıqdır. Arpacıq göz qapağında və ya göz ətrafında meydana gəlir. Ancaq daxili arpacıq göz qapağının daxili hissəsində olur. Arpacıq mikrob mənşəli bir xəstəlikdir.

Kirpik kökləri və yakirpik köklərinin arxasında yerləşən yağ bezlərinda yaranan bakteriya infeksiyası səbəbindən meydana gəlir. Göz qapağında yerləşən meibomiya bezləri də yağ bezləridir. Bunlar kirpiklərlə əlaqəli deyil. Yağ bezləri göz qapağının arxasında açılır və infeksiya yarandığı təqdirdə, arpacıq meydana gəlir.

1. Qaşınma, sancma və yanma

Gözdə Qaşınma

Gözə görünməyən, lakin toxunduqda hiss olunan arpacıq özünü qaşınma və sancma hissi ilə göstərir. Gözləri qırparkən yanma hissi varsa, bu arpacığın əlamətidir. İnfeksiyaya səbəb olan arpacıq özünü davamlı sancma hissi ilə biruzə verir.

2. Toxunduqda hiss edilən kütlə

Daxili arpacıq haqqında

Aarpacığın yaratdığı yanma hissi zamanla işığa həssaslıq yaradır. Bu isə arpacığın ən pis tərəflərindən biridir. Çünki gündəlik həyatınızı çətinləşdirəcək bir maneəyə çevrilə bilər.

4. Göz sulanması

Göz sulanması niyə olur

Daxili arpacıq gözlərin sulanmasına səbəb olur. Daxili və xarici arpacığın əlamətləri eynidir, lakin daxili arpacıq daha ağrılı olur. Daxili arpacıq göz qapağı və ya göz çevrəsinin daxilində olduğu üçün narahat bir vəziyyət yaradır. Göz qapağında ağrı meydana gəlir. Bu ağrı fasilələrlə şiddətlənir. Göz qapağında sancma hissi yaranır. Gözlərdə sulanma olur. İşığa həddindən artıq həssaslıq yaranır.

Gözdə arpacıq niyə əmələ gəlir?

Arpacıq əsasən quru dəridə görülən narahatlıqdır. Ekzemaya meylli insanlarda daha çox rast gəlinir. Bədənin müqavimətinin azalması səbəbindən meydana gəlir. Bakteriyaların və ya xarici faktorların yaratdığı infeksiya arpacığa səbəb olur. Bu vəziyyət hər insanda fərqli səbəblərdən meydana gəlir. Stress, yetkinlik və istifadə olunan bəzi dərmanlar daxili arpacığa səbəb ola bilər. Qadınlarda əsasən makiyajın silinməməsi və makiyaj avadanlıqlarından səhv istifadə zamanı yaranır.

Gözdə arpacıq niyə əmələ gəlir?

  • Bədənin müqavimətinin azalması
  • Bakteriyalar
  • Stress
  • Yeniyetməlik dövrü
  • Bəzi xəstəliklər
  • Bəzi dərmanlar
  • Makiyaj avadanlıqları
  • Makiyajın təmizlənməməsi

Arpacığın müalicəsi

Arpacıq xəstəliyinə diqqət etmək lazımdır. Həkimə müraciət etmək gərəkdir. Erkən diaqnoz vacibdir. Arpacıq, tez diaqnoz qoyulubsa, dərman müalicəsi tətbiq olunur. Kremlər, damcılar və bəzi həblər istifadə olunur. Lakin bu kifayət deyilsə və antibiotik lazımi müalicəni təmin etmirsə, iltihab mütəxəssis tərəfindən boşaldılmalıdır. Daha ağır hallarda cərrahi əməliyyata ehtiyac duyulur. ərrahi müdaxilə ümumiyyətlə lokal anesteziya tətbiq edərək 5-10 dəqiqəlik bir prosedurla nəticələnir.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
5011 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 23 gün əvvəl
  • 483
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 716
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 796
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 718
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 793
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 686