Gözləri sağlamlaşdırmağın 9 sınanmış üsulu
Görmə qabiliyyətini yaxşılaşdıracaq və göz əzələlərini gücləndirəcək üsullar bu xəbərdə cəmləşib. Tibbdə əsas qayda budur: əzələdən istifadə etməsəniz, gücsüzləşəcək. Yəni, göz əzələləri də məşq etdirilməlidir. Şəkillərin altındakı detallar sayəsində görmə qabiliyyətini yaxşılaşdırın.
Göz əzələlərini gücləndirmək və görmə qabiliyyətini yaxşılaşdırmaq üçün nə etmək lazımdır?
1. Gün boyu gözlərinizin həddən artıq tükənməsinə mane olmağa çalışın. Gözlərinizi bir neçə dəqiqə bağlayın və sonra 2-3 saat istirahət edin.
2. Aşağıdakı şəkildə gördüyünüz, əksər insan tərəfindən bilinən 16 məşqi bir neçə gün şəkildəki qaydada təkrarlayın.
3. Gözlərinizi yumşaq, dairəvi hərəkətlərlə massaj edin. Aşağıdakı rəsmdə göstərilən 1-6 nöqtələri arasında massaj edin. İşarət və şəhadət barmağınızı istifadə edərək gözünüzə təzyiq edin. Güclü ağrı hiss etməmək şərti ilə.
4. Açıq havada yürüşə çıxdıqda yerə yox, önə, uzaq bir nöqtəyə baxın.
5. Eynək taxırsınızsa, eynəyi tez-tez çıxartmağa çalışın.
6. Kök suyu için. Həmin suyun içinə bir neçə damcı zeytun yağı əlavə edin. Zeytun yağı pis dad verməyəcək. Bu, yerkökü suyunda faydalı maddələrin udulmasına kömək edir.
7. Gözləriniz yorulduqda onları isti su ilə yuyun.
8. Yatmazdan ən azı 2 saat əvvələ qədər televizor və ya telefona baxmamağa çalışın.
9. Yaxşı görməyinizə şərait yaradan hind göz məşqini birgə edək: açıq ərazidə bir əşyanın qarşısında oturun (məsələn, şam qarşısında). Bütün diqqətinizi onun üzərində toplamağa çalışın və ona baxın. Gözlərinizi qırpmayın. Onu fikrinizdə canlandırın. Sonra gözlərinizi bağlayın və diqqətinizi fikrinizdə tutduğunuz şeyin görüntüsüylə bərabər iki qaşınızın arasındakı boşluğa yönəldin. Bu prosesin məqsədi gözlərin yorulmadan bir cismə diqqət yetirməsi və rəsmini zehnən çəkməsidir.
Aşağıdakı məqalə də sizə maraqlı ola bilər:
Dostlarınla paylaş:
5479 dəfə oxundu
ilk.az-çılar nə deyir?