Gündə 1 stəkan nar dənəsi yesəniz, nə olar?

Nar tərkibindəki vitamin, mineral və antioksidant tərkibi ilə bir şəfa mənbəyidir. Araşdırmalar nəticəsində məlum olub ki, meyvə kimi yeyilən nar şirə kimi qəbul ediləndən 20 qat daha çox antioksidant təsir göstərir. Narın tumları ilə birlikdə yeyilməsinin buna təsiri olduğu düşünülür. Orta böyüklükdə olan bir narın çəkisi 350-400 qramdır ki, bu da təxminən 1 stəkan nar dənəsinə uyğundur.

Qidalanma mütəxəssisi Tuba Sungur bir porsiya narın 100 qram və təxminən 80 kalori olduğunu ifadə edərək, Sağlamlığımıza olan təsirlərindən faydalanmaq üçün hər gün bir porsiya nar dənəsini tumları ilə birlikdə istehlak edə bilərsiniz. Ancaq şəkər xəstəsisinizsə narı daha az və nəzarətli şəkildə yeməlisiniz” deyərək nar tükətiminin 7 mühüm səbəbini açıqlayıb.

1. Oynaq ağrılarına yaxşı təsir edir

Oynaq ağrıları

Yüksək antioksidant tərkibi ilə orqanizmdə xroniki iltihabın qarşısını ala bilir və bədəndəki iltihabın azalmasına dəstək olur. Bu təsirləri sayəsində oynaq ağrılarının aradan qaldırılmasına və artrit kimi oynaq xəstəliklərinin müalicəsinə kömək edir.

2. Damarları qoruyur

nar damarları qoruyur

Araşdırmalara görə, yüksək antioksidant gücü olan nar şirəsi LDL (bədxassəli) xolesterini aşağı sala bilir və trombositlərin aktivləşməsini azaldaraq aterosklerozun (damarların sərtləşməsi) qarşısını alır.

3. Dəridəki qırışları gecikdirə bilir

Dəridəki qırışlar

Yaşlandıqca bədəndə antioksidanların istehsalı ləngiyir. Bədəndə antioksidantların azalması da dəridə qırışların yaranmasına və qocalmaya səbəb olur. Nar, tərkibindəki zəngin antioksidantlar sayəsində dəridə qırışların əmələ gəlməsini gecikdirir və qocalmanın təsirlərini azaldır. Narın dənələrində olan punik turşusu (omeqa 3 yağ turşusu) da dərinin nəm itkisini azaltmağa kömək edir və qocalmanın təsirini ləngidir.

4. Qan şəkərini balanslaşdırmağa kömək edir

Qan şəkəri

Lif qan şəkərinin tənzimlənməsini dəstəkləyən vacib amillərdən biridir. Tərkibindəki zəngin lif sayəsində, nar dənələri qan şəkərini balanslaşdırmağa kömək edir.

5. Şişlərə qarşı təsirli ola bilir

nar faydaları

Narın tərkibindəki zəngin antioksidantlar orqanizmi xəstəliklərə qarşı daha davamlı hala gətirir. Xərçəngə qarşı qoruyucu təsir göstərir və xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.

6. Yaddaşı gücləndirir

narın yaddaşa xeyri

Narın tərkibindəki antioksidant komponentlər və xüsusilə də dənəsində olan əvəzolunmaz yağ turşusu yaddaşı gücləndirmək kimi mühüm funksiyaya malikdir. Bu təsirindən dolayı narın Alzheimer xəstəliyinin müalicəsində mühüm rol oynadığı düşünülür.

7. Qəbizliyə yaxşı təsir edir

Qəbizlik

Yetərsiz lif qəbulu qəbizliyin ən çox görülən səbəblərindən biridir. Təkcə nar yemək deyil, nar suyu içmək də qəbizliyi aradan qaldırmağa və qarşısını almağa kömək edir. Ancaq unudulmamalıdır ki, narın aşırı dərəcədə yeyilməsi artıq lif qəbuluna və qəbizliyə səbəb ola bilər.

Nar yeyərkən aşağıdakı 5 qaydaya diqqət edin!

Nar yeyərkən diqqət etmək

- Narın qabığında tannilər var. Qabığını sıxma üsulu ilə əldə edilən nar suyunun tərkibindəki tanninlər sayəsində antioksidant xüsusiyyətləri daha yüksək olur.

- Antikarsinogen və iltihab əleyhinə xüsusiyyətlərindən faydalanmaq üçün narı toxumları ilə birlikdə yeyin.- Vitamin dəyərlərinin itirilməsinin qarşısını almaq üçün nar suyunu çox saxlamadan için.

- Nar bəzi dərmanlarla, xüsusən də antikoaqulyant qrupu deyilən dərmanlarla (qan durulaşdırıcı) qarşılıqlı təsirdə olur. Odur ki, istifadə etdiyiniz dərmanların nar ilə qarşılıqlı təsirinin olub-olmadığını öyrənməlisiniz.

- Şəkərli diabet xəstələri üçün porsiya ölçüsü daha az olmalıdır. Şəkər xəstəliyiniz varsa, gündə təxminən 1 stəkan nar dənəsi yeyə bilərsiniz.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
emotion
0
emotion
0
emotion
0
emotion
1
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
1 il əvvəl
1569 dəfə oxundu
ilk.az-çılar nə deyir?