Günəş yanığına nə yaxşı təsir edir?
Günəş yanığı, dərinin sıx günəş işığına məruz qalması nəticəsində meydana gələn təsirlənmiş bölgənin kəskin iltihab vəziyyətidir. Dərisinin rəngi açıq olan insanlar və uşaqlar yanıq riski altındadır və günəş yanığına daha həssasdırlar. Günəş yanığı geniş ərazilərdə meydana gəldiyi zaman təhlükəli sistem təsirlərinə səbəb olaraq həyati təhlükə yarada bilər. Bu səbəbdən ağ dərili insanlar və xüsusilə uşaqlar günəşə çıxarkən şapka və günəş eynəyi kimi qoruyucu aksesuarlardan istifadə etməli və günəşdən qoruyucu krem tətbiq etməyi laqeyd yanaşmamalıdırlar.
Günəş vuran dərinizi rahatladacaq təbii və praktik üsulları bir araya gətirmişik. Həmin üsulları sizə təqdim edirik.
Yayda günəşdən həzz alıb dərimizi qaraltmağın ayrı bir yeri var. Ancaq qoruyucu kremdən istifadə etmədən günəşin daha qızmar olduğu saatlarda günəşlənmək dəridə ciddi yanaqlar əmələ gətirə bilər. Günəşin təsirinə məruz qalan dərinizi sağaldacaq üsullar olduqca effektivdir. Günəş yanıqlarını müalicə edən üsullar aşağıdakılardır.
Xiyar
Anti-enflamatuar xüsusiyyəti sayəsində xiyar günəş yanıqları üçün asan həll təklif edir. Dərinizi rahatlaşdırmaq və nəmləndirmək üçün xiyar suyu, aloe vera və ya hind qozu südünü qarışdırın. Qarışığı soyuducuda saxlayın və dərinizə tətbiq edin.
Süd
Süd vannası günəş yanığının verdiyi hərarəti aşağı salır, proteinləri iltihabı azaltmaq və dərini sağaltmağa kömək edir.
İlıq su ilə duş qəbul edin
Günəş dərinizi yandırıbsa, əvvəlcə ilıq su ilə yuyunmalısınız. İlıq su bədənin yüksək hərarətini aşağı salır. Karbonat və ya lavanta esansiyal yağlarından istifadə edə bilərsiniz. Onlar bədəni sərinləşdirir.
Karbonat və alma sirkəsi
Alma sirkəsindəki asetik, asit, karbonat qaşıntılı dərini rahatlaşdırır, ağrını azaldır. Stəkanın dörddəbiri qədər alma sirkəsini eyni miqdarda su və karbonatla qarışdırın. Bir neçə damcı lavanda yağını qarışığa əlavə edin və günəş yandırdığı nahiyələrə sürtün.
XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.
Dostlarınla paylaş:
5461 dəfə oxundu
ilk.az-çılar nə deyir?