Hamiləlik zamanı həm ananın, həm də körpəsinin sağlamlığı üçün təhlükə yaradan 6 xəstəlik

Ana olmağa namizəd qadınlar sağlam hamiləliyə hamiləlikdən əvvə başlamalıdır. Türkiyəli məşhur ginekoloq Berkem Ökten qansızlıq, diabet və tiroid xəstəlikləri kimi bir çox problemin hamiləlik zamanı daha da artdığını bildirib. Buna görə hamiləlik ərəfəsində lazımi dəyərlər qaydasında olmalıdır.

Siqaret və alkoqol istifadəsi kimi vərdişlərdən əl çəkilməlidir. Mütəxəssis hamiləlikdə həm ananın, həm də körpənin sağlamlığını təhdid edən 6 xəstəlik haqqında danışıb.

Bədən-çəki indeksinin 18,5 - 24,9 kq/m2 arasında olması insanın ideal çəkidə olduğunu göstərir. Bu göstərici 30-dan artıqdırsa, artıq çəkidən danışmaq olar. Artıq çəkili qadınların hamiləlik zamanı ciddi problemlər yaşaya biləcəyini bildirən Berkem Ökten bunları qeyd edib:

"Artıq çəkili hamilə qadınlarda yüksək təzyiq, hamiləlik şəkəri, hamiləlik zəhərlənməsi riski artır. Hətta erkən doğuş riski də var. Araşdırmalar göstərir ki, artıq çəkili qadınlarda doğuş zamanı uşaqlıq yolusancılarının şiddəti daha az olur. Yetərli olmayan sancılar doğuşdan sonra qanaxmaya səbəb ola bilər. Çox arıqlıq da hamiləliyə ziyan vura bilər. Bədən kütləsi indeksi 18,5-dən aşağı olan qadınlarda körpənin gec inkişafı, erkən doğuş və normal doğuşda perineal yırtıqların yaranma riski böyükdür".

Nəzarətsiz diabet

Hamiləlikdə nəzarətsiz diabet

Qanda şəkər səviyyəsinin yüksək olması körpədə anadangəlmə ürək və ya orqan anomaliyası, körpənin ağciyərlərinin inkişafdan qalması, körpənin artıq çəkili olması kimi problemlər yarada bilər. Körpənin çəkisinin normadan artıq olmasının erkən doğuş riskini artırdığını və normal doğuşü çətinləşdirdiyini bildirən Berkem Ökten "Körpənin artıq çəkili olması doğum əsnasında zərər görməsi və ya ananın genital bölgəsində ciddi yırtıqlar yaranması ilə nəticələnə bilər. Buna görə hamiləlikdən əvvəl qan şəkəri səviyyəsi nəzarətdə saxlanılmalıdır" - deyə vurğulayıb.

Tiroid xəstəlikləri

Hamiləlikdə tiroid xəstəlikləri

Körpənin beyin və sinir sisteminin inkişafı üçün vacib element olan tiroid ehtiyacı hamiləlik zamanı gündəlik 250-300 mikroqrama qədər artır. Tiroid hormonunun kifayət qədər istehsal edilməməsi zamanı körpədə əqli gerilik və doğuş çətinliyi kimi problemlər yarana bilər. Tiroid hormonu çox istehsal edildikdə isə erkən doğuş, anemiya, hamiləlik hipertansiyası və ürəkdə titm pozğunluğu əmələ gələ bilər.

Anemiya

Hamiləlikdə anemiya

Hamiləlikdə dəmir ehtiyacı artır və buna görə irəliləyən həftələrdə dəmir əskikliyi anemiyası (qansızlıq) yarana bilər. Dəmir çatışmazlığı anemiyası da erkən doğuş və digər ciddi problemlərə səbəb ola bilər. Buna görə hamiləlikdən əvvəl orqanizm dəmir ehtiyatı ilə tam təmin olunmalıdır. Mütəxəssis bununla bağlı aşagıdakı fikirləri qeyd edib:

"Dəmirlə zəngin lobya, mərcimək, buğda məhsulları, maral əti, hinuşqa və qaraciyər kimi qidalar yeyilməlidir. Portağal suyu, qreyfurt, brokoli kimi qidalara da üstünlük verilməlidir".

Diş əti xəstəlikləri

Hamiləlikdə diş əti xəstəlikləri

Hormonal və immunitet sistemindəki dəyişikliklər nəticəsində hamiləlik zamanı diş əti xəstəlikləri artır. Bu zaman diş ərində artan qanama, şişkinlik və ödəm müşahidə olunur. Hamiləliyin planlaşdırılması mərhələsində diş həkimi müayinəsi və hamiləlik dönəmində ağıza qulluq vacib şərtlərdəndir.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
2655 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 27 gün əvvəl
  • 521
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 760
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 835
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 758
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 837
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 721