Hamiləlikdə üzməyin faydaları

Hamiləlik çox vacib və çətin bir prosesdir. Qadın ilk növbədə öz sağlamlığına, sonra körpəsinin sağlamlığına böyük əhəmiyyət verməlidir. Davamlı həkim nəzarəti altında olmalıdır.

Hamilə qadın idmanla məşğul olmalıdır. Ancaq idmanla məşğul olmaq üçün həkimindən bəzi tövsiyələr almalıdır. Hamilə qadınlara hər idman növü tövsiyə oluna bilməz. Ancaq bəzi məşqlər tövsiyə olunur. Bu məşqlər hamilə qadınların bel ağrılarını yüngülləşdirir. Doğuşun asan və normal keçməsi üçün hamilə qadınlara gəzinti tövsiyə olunur.

Hamiləlikdə üzməyin faydası

Hamilə qadınlara üzmək də məsləhət görülür. Hamiləlik dönəminin son aylarında körpənin inkişafını tamamlaması və artıq böyüməsi anaya çətinlik törətdiyi, bel ağrılarına səbəb olduğu üçün hamilə qadınlara üzmək tövsiyə olunur.

Üzmək bel ağrılarını aradan qaldırmağa kömək edir. Hamiləlik boyu qadın özünü daim yorğun və halsız hiss edir. Bu şikayətlərindən xilas olmaq üçün həkim nəzarəti altında üzə bilər.

Üzmək hamilə qadını stressdən azad edir, psixologiyasına yaxşı təsir göstərir. Əzələləri gücləndirir və bədəni çevik edir. Bundan əlavə, üzmək hamilə qadınların yuxu problemini aradan qaldırır. Normal yuxu təmin edir. Qadınların doğuşdan sonra əvvəlki formalarına qayıtmasını asanlaşdırır.

Yüksək qan təzyiqi problemini həll edir. Doğuşun daha rahat olmasına kömək edir. Doğuş ağrılarını azaldır. Ürək və ağciyər xəstəliklərini aradan qaldırır. Hamilə qadınlara gündə bir saat olmaqla həftədə 3-4 dəfə üzmək tövsiyə olunur. Lakin onlar dayaz yerlərdə üzməlidirlər. Çünki hamiləlik zamanı sancılar səbəbiylə qadının həyatı təhlükə altına düşə bilər. Sağlamlıq baxımından idmanla məşğul olmaq hər zaman faydalıdır və hamilə qadınlar da bundan faydalanmalıdır.

Hamiləlikdə üzmə

Hovuzun və ya dəniz suyunun təmiz olmasına diqqət edilməlidir. Hamilə qadınlara günəşin çox olmadığı vaxtlarda üzmək məsləhət görülür. Hovuz təmizliyində istifadə edilən kimyəvi maddələr dəriyə hopur. Bu səbəbdən hovuzda qalma müddəti çox olmamalı və çıxarkən mütləq duş qəbul edilməlidir.

Yaş çimərlik paltarı ilə ayaq üstə durmaq genital florada olan göbələklərin infeksiyaya yol açmasına səbəb olur və axıntı, qaşınma olur. Bu, hamilə qadınlarda ən çox yayılmış infeksiya növüdür.

Hamilə qadın dənizdə tək üzməməlidir. Hamiləlik dövründə maqneziuma artan ehtiyac ayaq kramplarına səbəb ola bilər. Buna görə də dərinlikdə, xüsusən də təkbaşına üzmək təhlükəlidir.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
7 ay əvvəl
738 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 1 ay əvvəl
  • 578
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 905
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 986
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 811
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 3 ay əvvəl
  • 889
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 3 ay əvvəl
  • 769