Hamiləlikdən qorunmaq üçün 10 əsas üsul
Hər yetkin insanın sekslə məşğul olması olduqca təbiidir. Ancaq uşaq sahibi olmaq istəmədikdə həm kişilər, həm də qadınlar bəzi üsullardan xəbərdar olmalıdırlar. Hamiləlikdən qorunmağın yollarını təqdim edirik.
1. Təqvim üsulu
İstifadə olunan ən qədim üsullardandır. Qadının yumurtlama dönəmlərini hesablayan təqvim vasitəsilə doğuma nəzarət etmək olar. Yumurtlama dönəmində qadınların bədən istiliyi və vaginal axıntıları doğru tarixlər üçün istifadə edilir. Regl dövrlərinin tarixi qeyd edilərək yumurtlama zamanı proqnozlaşdırılır. Bu üsulun etibarlılığı 75 % qiymətləndirilir.
2. Spermisid
Vaginaya yerləşdirilən fitillə hamiləlikdən qorunmaq mümkündür. Həmçinin köpük və tablet formasında olan bu məhsulun köməyi ilə sperma hüceyrələrinin rəhimə çatmadan ölməsi təmin olunur. Spermisid üsulundan müsbət nəticə almaq üçün cinsi əlaqədən 1 saat əvvəl tətbiq edilməlidir. Doğru istifadə 91 % qoruma yaradır. Digər qoruma üsullarına nisbətən uğurlu olmaq nisbəti aşağıdır.
3. Spiral
T şəklindəki kiçik bir vasitəyə verilən ad olan spiral ilə spermanın rəhmə çatmasının qarşısı alınır və beləliklə yumurtaların döllənməsi əngəllənir. Həkim tərəfindən rəhmə yerləşdirilən spiral, 2-3 sm uzunluğunda olur. Klassik "T" şəklindəki spiralların əksinə, kiçik çubuqlar şəklində olan yeni nəsil spirallar hər rəhmə uyğundur. Onlar rəhm tavanına xüsusi düyümlə yerləşdirilir.
4. İmplantasiya
İmplantasiya, dəri altına implant yolu ilə proqesteron hormonunun düşməsini təmin edir. 4 sm uzunluğu olan implantların təsir müddəti 3 ilə qədərdir. Protesteron hormonu sayəsində rəhm ağzında olan mayeni tündləşdirərək spermaların keçidinin qarşısını alır.
5. Mesigyna - (Qoruyucu iynələr)
Mesigyna adlı qoruyucu iynələr sayəsində 99 %-lik nəticə əldə oluna bilər. İçərisində olan ostrogen və proqesteron hormonları sayəsində yumurtlamanı əngəlləyir. Doğuma nəzarət iynələri aylıq və 3 aylıq olaraq iki yerə bölünür. Bu iynələr adət dönəminin ilk 5 günü ərzində mütəxəssis vasitəsilə əzələ içərisinə yerləşdirilir.
6. Doğuma nəzarət həbi
Doğuma nəzarət həbləri regl dönəminin 21 günü ərzində hər gün davamlı olaraq istifadə edilir. Həblərdən istifadə 99 %-ə qədər təsirli olur. Uşaq sahibi olmaq istədikdə həbdən imtina olunmalıdır. Həblərin adət nizamlama və yumurtalıq kistalarının müalicəsində müsbət təsiri sübut olunub.
7. Boru bağlanması
Bu vasitə ilə qadınların hamilə qalmasının qarşısı alınır. Lakin adət düzəni və cinsəl əməliyyatlara təsir etmir. Qoruma nisbəti 99 % olaraq qiymətləndirilir.
8. Vasektomi
Kişinin sperma kanalının bağladılaraq qısırlaşdırılması anlamına gələn bu üsul cərrahi yolla tətbiq edilir. Vasektomi ilə kişinin cinsi əlaqəyə girdiyi qadının hamilə qalmaq ehtimalı sıfıra enir. Bu üsulun ilk 6 ay ərzində qanama, infeksiya, şişlik, sərtləşmə problemi kimi yan təsirləri ola bilər.
9. Diafraqma
Lateksdən hazırlanmış elastik vasitənin rəhm ağzına yerləşdirilməsi ilə hamilə qalmaqdan qorunmaq olar. Süd verən analar bu vasitədən istifadə edə bilərlər. Rəhmə yerləşdirilən diafraqma spermaların yumurtanı dölləndirməsini əngəlləyir. Təsir dərəcəsi 94 %-dir.
10. Prezervativ
Prezervativ penisin üzərinə keçirilən şəffaf və incə vasitədir. Allergiyası olanlar polizopren prezervativləri istifadə etməlidir. Cinsi xəstəliklərə qarşı qoruyucu məqsədlərlə də istifadə oluna bilər.
XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.
Məqaləyə emosiya bildir:
4174 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)