Hipertoniya nədir? Əlamətləri və müalicə üsulları hansılardır?

Qan ürəkdən pompalanır və damarlarda dövr edərkən bir basqı yaradır. Təzyiq adlandırılan bu basqı dəyəri insandan-insana dəyişir. Qan təzyiqi sistolik və diastolik olara iki yerə ayrılır. Ürək gərilir və qanı damarlara çəkir. Ürək gövşədikdə isə damarlarda qan təzyiqi olur. Bu təzyiq diastolik təzyiq adlanır.

Sistolik qan təzyiqi böyük, diastolik qan təzyiqi isə kiçik təzyiq adlanır. 18 yaşından yuxarı olan bir fərdin istirahət halındakı normal sistolik qan təzyiqi ən yuxarı halda 120 mmhq, normal diastolik qan təzyiqi isə ən yüksək halda 80 mmhq olmalıdır. Hipertoniya xəstələrində qan damarlarındakı təzyiqin dəyəri normaldan yuxarı olur.

Hipertoniyanın əlamətləri

Hipertoniyanın əlamətləri

Təzyiq 180 / 110 mmhq-dən artıq olmadıqda hər hansı əlamət qeydə alınmır. Ancaq çox olduqda orqanizmə zərər verir. Yüksək təzyiqin əlamətləri aşağıdakılardır.

- Gecələr tez-tez idrara çıxmaq
- Bulanıq görmək
- Ayaqlarda şişkinlik
- Nəfəs darlığı
- Halsızlıq, yorğunluq, istəksizlik
- Qulaq cingildəməsi
- Burun qanamaları
- Nizamsız ürək döyüntüsü
- Baş ağrısı və baş gicəllənməsi

Hipertoniyanın səbəbləri

Hipertoniyanın səbəbləri

Təzyiq yüksəkliyinin genetik və ətraf mühit faktorları olmaqla iki səbəbi var. Birinci dərəcəli qohumlarında yüksək təzyiqi olan insanlarda hipertoniya riski yüksəkdir. Hipertoniyanın əsas səbəbləri aşağıdakılardır.

- Aşırı dərəcədə duzlu qidalar yemək

- Beyindaxili təzyiqin yüksək olması

- Aort damarının ürəkdən çıxtığı bölgənin dar olması

- Böyrəklərdə crohn və cushing xəstəliyi

- Böyrək şişləri

- Xroniki böyrək xəstəlikləri

- Böyrək damarlarının daralması

- Tiroid vəzi xəstəlikləri

- Şəkər xəstəliyi

- Xolesterol yüksəkliyi

- Hamiləlik

- Soyuqdəymə dərmanları, bəzi ağrıkəsicilər, doğuma nəzarət həbləri, kokain və amfetamin kimi vasitələr

- Artıq çəki

- Alkoqol və siqaret istifadəsi

Hipertoniyanın müalicəsi necə olur?

Hipertoniyanın müalicəsi

Yüksək təzyiq xəstələrinin müalicəsi üçün əvvəlcə onların həyat tərzində dəyişiklik olunmalıdır. Təzyiq xəstəsi artıq çəkiyə malikdirsə, normal çəkiyə qayıtması üçün pəhriz saxlamalıdır. Duzdan istifadə azaldılmalı, meyvə və tərəvəzdən istifadə artırılmalıdır. Marqarin, kərə yağı kimi doymuş yağ nisbəti yüksək olan qidalar qida rasionundan çıxarılmalıdır. Alkoqol və siqaret istifadəsi qadağan olunmalıdır. Təzyiq xəstələrinin fiziki məşğuliyyətlə məşğul olması qan təzyiqini tənzimləyir. Xroniki xəstəlik olan hipertoniya daim həkim nəzarəti altında saxlanılmalıdır. Həkim tərəfindən tövsiyə olunan dərmanlar davamlı olaraq istifadə edilməlidir.

Təzyiqi necə aşağı salmaq olar?

- Yüksək təzyiq zamanı xəstənin əllərini, ayaqlarını və qollarını ilıq su ilə yuması tövsiyə edilir. Soyuq su ilə duş qəbul etmək qan təzyiqini aşağı salır.

- Təzyiq qalxdığı zaman limon suyu içmək təzyiqi aşağı sala bilər.

- Duzsuz qatıq və ayran da təzyiqi aşağı salmağa kömək edir.

- Nar və qreyfurt suyu təzyiqi azaldır.

- Sarımsağın da təzyiqi aşağı salan təsiri vardır.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3220 dəfə oxundu
ilk.az-çılar nə deyir?