İflic olan xəstəyə əsla bunları etməyin
Professor Derya Uludüz iflic olan xəstəyə vaxtında olan doğru müdaxilənin həyati əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, xəstəyə yanlış ilk yardım təhlükəli nəticələrə yol aça bilər.
Tibbdə zamana qarşı yarışdığımız xəstəliklər var, iflic də onlardan biridir. Çünki zaman keçdikcə beynimizin bir parçasını itiririk. Sürətli və uğurlu müalicə üçün xəstəni vaxt itirmədən xəstəxanaya yerləşdirmək lazımdır. Xəstəni su verərək və digər üsullarla özünə gətirməyə çalışmaq vaxt itkisinə səbəb olur. İflic olan xəstənin udma funksiyası pozula bilər. Buna görə ona qida və su verilməməlidir. Xəstəyə təzyiq dərmanı da vermək olmaz. Çünki təzyiqi düşər və beynə gedən qan azalar. İflicin səbəbi beyin qanaması vəya damar tıxanması ola bilər. Qanı duruldan dərman qanaxmanı artıra bilər, ona görə də belə dərmanlar da məsləhət görülmür.
İflicin əlamətləri aşağıdakılardır
- Bir tərəfli qol və ya aayaqda gücsüzlük və hissizlik
- Dilin pəltəkləşməsi və ya danışa bilməmək
- Görmə bulanıqlığı
- Baş gicəllənməsi, balanssızlıq, qusma
- Ani baş ağrısı, şüurun zədələnməsi
- Birdən yaranan davranış dəyişikliyi, aqressivlik və ya özünə qapanma
- Ani yaranan idrarı tuta bilməmək
Kimlər risk altındadır?
Siqaret, alkoqol istifadəsi, yüksək təzyiq, yüksək xolesterol, diabet, artıq çəki, passiv həyat tərzi kimi risk faktorları var və xüsusən yaşı 60-ı keçmiş insanlar təhlükə ilə üz-üzədirlər. Bu risklərin təsbit edilməsi vacibdir. Ürəkdə ritm pozğunluğu yaşayan və yan əvvəllər infarkt keçirən insanlar iflic olmaq riski daşıyırlar.
Müalicəsi mümkündür
Cəmiyyətdə iflicin müalicə olunmadığı kimi yanlış fikir formalaşıb. Lakin iflic olan şəxs nə qədər tez xəstəxanaya aparılsa, ona nə qədər tez tibbi müdaxilə edilsə, sağalmaq şansı bir o qədər tez yüksəkdir. Damaraçıcı müalicə, mexaniki trombektomiya ilə xəstəni həyata qaytarmaq mümkündür. Bu müalicə iflic mərkəzində aparılmalıdır.
Qabaqlayıcı tədbirlər görmək olarmı?
İflic özünü əvvəlcədən göstərir. İflic olmamaq üçün aşağıdakı qaydalara riayət etməlisiniz.
1. Aktiv olun
2. LDL kolusterolunuzu aşağı salın
3. Sağlam qidalanın
4. Təzyiqinizi nəzarətdə saxlayın
5. Arıqlayın
6. Diabetinizi nəzarətdə saxlayın
7. Siqaret çəkməyin
8. İçki miqdarını azaldın
Bunlara diqqət etməyiniz önəmlidir. Təkcə onu deyək ki, təzyiqi normal səviyyədə saxlamaq iflic riskini yarıbayarı azaldır. Siqaret çəkməmək və ya siqareti tərgitmək isə bu riski 40 % azaldır.
Məqaləyə emosiya bildir:
3583 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)