Kəpənək xəstəliyi (Lupus) nədir?

Kəpənək xəstəliyi və ya tam adıyla desək Sistemik Lupus Eritematozu orqanizmdə bir çox orqanı birdən tutan revmatik bir xəstəlikdir. Lupus xəstəliyi avtoimmun olaraq da tanınır. Avtoimmun xəstəliklərdə xəstənin immunitet sistemi xətalı işləyərək öz hüceyrələrini xarici maddə kimi qəbul edir. Lupus xəstəliyi zamanı da orqanizmdə vacib yer tutan kollagenə immunitet sistemi hücum edir.

Kəpənək xəstəliyinin səbəbləri

Kəpənək xəstəliyinin səbəbləri

Xəstəliyin səbəbi qəti olaraq məlum deyil. Xəstəliyin yaranmasında genetik, ətraf mühit faktorları və hormonlar mühüm rol oynayır. Stress, ultrabənövşəyi şüalar, infeksiyalar və bəzi preparatlar xəstəliyi alovlandırır. Qadın hormonu olan ostrogen xəstəliyin yaranma ehtimalını artırır, testesteron isə azaldır.

Kəpənək xəstəliyinin əlamətləri

Kəpənək xəstəliyinin əlamətləri

Kəpənək xəstəliyi bir çox fərqli əlamətlərlə özünü göstərir. Xüsusən xəstəliyin başlanğıc mərhələlərində bir çox əlamət baş qaldırır. Həmin əlamətlərdən bəziləri aşağıdakılardır:

- Yorğunluq

- Halsızlıq

- Dəri dəyişiklikləri. Xüsusən burun və yanaqlarda yaranan töküntülər.

- Damarlarda iltihablanma ilə əlaqədar şişkinliklər. Dərinin kiçik damarları təsir alır və vaskulit adlanan iltihab yaranır. Dırnaqların ətrafında ləkə formasında dəri altı qanama olur.

- Saçlarda tökülmələr ola bilər və tökülən saçlar yeniləri ilə əvəzlənmir.

- Barmaq uclarında raynaud sindromu əmələ gəlir.

- Əzələlərdə də ağrı və iltihab baş qaldırır.

- Böyrək problemi də müşahidə olunur. İdrarda qan və protein aşkarlanır. Toxumalarda maye tutulumu ilə bağlı ödəm yaranır. Ağır hallarda böyrək çatışmazlığına aparan böyrək iltihabı müşahidə oluna bilər.

- Sinir sistemi ilə əlaqədar miqren, epilepsiya kimi psixoloji problemlər olur.

- Həzm problemləri yarana bilər.

- Sinə ağrısı yaradan ağciyər və ya ürək problemləri ola bilər. Ağciyər membranları arasında maye
yığılması və iltihablanma olduqda nəfəsalma ilə artan sinə ağrısı əmələ gəlir. Ürək membranı
iltihablanmasına isə perikardit deyilir və lupusda geniş rast gəlinir.

- Ağciyər toxumasında iltihablanma nəticəsində sətəlcəm yaranır.

Kəpənək xəstəliyinin diaqnozu

Xəstəliyin diaqnozu kliniki əlamətlərlə birlikdə bəzi qan testləri ilə qoyulur. Xəstənin qan sayımına, böyrək testlərinə, ağciyər qrafikinə, LE hüceyrəsinə, anti DNA və ANA testinə baxılır. Başlanğıc mərhələsində tipik xəstəlik əlamətlərini göstərməyən xəstələrdə diaqnoz qoymaq çətin olur.

Kəpənək xəstəliyinin müalicəsi

Kəpənək xəstəliyinin müalicəsi

Xəstəliyin dəqiq bir müalicəsi yoxdur. Müalicə xəstəliyin inkişafına mane olmaq, həyati komplikasiyaları qabaqlamaq və əlamətləri yüngülləşdirmək üçün tətbiq olunur. Çünki ağırlaşmış xəstəliyi yüngülləşdirmək mümkün deyil.

Müalicə hər xəstə üçün xəstəliyin şiddətinə görə xüsusi olaraq planlaşdırılır. Bədənin bir çox orqan və toxumasında ortaya çıxan iltihablar əleyhinə dərmanlar istifadə olunur. Qan laxtalanması olan xəstələrdə aspirin kimi qandurulducu vasitələrə üstünlük verilir.

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
0
emotion
0
emotion
2
emotion
0
emotion
1
emotion
7
Dostlarınla paylaş:
2 il əvvəl
4801 dəfə oxundu
ilk.az-çılar nə deyir?