Koronavirus və mövsümi allergiya arasındakı fərq nədir?

Koronavirus və mövsümi allergiyanın oxşar simptomları ola bilər, ancaq aralarında bir çox fərq var. COVID-19 və allergiya arasındakı fərqlər hansılardır?

SARS-CoV-2 virusunun səbəb olduğu koronavirus infeksiyası 2019-cu ildə meydana çıxdı və sürətlə dünyaya yayıldı. 200-dən çox ölkədə aşkarlanan virus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən martın 11-də pandemiya elan olunub. Bu infeksiyada qorunmaq üçün bəzi tövsiyələrə əməl etməliyik. Evdə qalmaq, gigiyenik qaydalara riayət etmək gərəkdir. Havaların isinməsi ilə artan mövsümi allergiyalar koronavirus infeksiyasına aid simptomlara oxşadığına görə bəzi şəxslərdə qorxuya səbəb olur. Bu məqaləmizdə allergiya və koronavirus arasındakı fərqlərdən bəhs edəcəyik.

COVID-19 və mövsümi allergiya arasındakı fərq

COVID-19 və mövsümi allergiya arasındakı fərq

Yayın gəlişilə mövsümi allergiyalara daha çox rast gəlinir. Xüsusən dərman, toz, bəzi qidalardan dolayı yaranan allergik reaksiyalar mövsümi allergiyaları da ortaya çıxarır. Hazırkı dönəmdə belə allergiyalar həyəcan yaradaraq koronavirus şübhəsinə səbəb olur. Bəs bunları necə ayırs etmək olar?


Koronavirus (COVId-19)
Mövsümi allergiya
Simptomların müddəti
7-25 gün
Bir neçə həftə
Öskürək
Rast gəlinən (quru öskürək)
Nadir hallarda
Nəfəs darlığı
Hərdənbir
Xeyr
Asqırıq
Xeyr
Çox rast gəlinir
Burun axması / tutulması
Nadir hallarda
Çox rast gəlinir
Boğaz ağrısı
Hərdənbir
Hərdənbir
Yüksək hərarət
Çox rast gəlinir
Xeyr
Halsızlıq
Hərdənbir
Hərdənbir
Baş ağrısı
Hərdənbir
Hərdənbir
Bədən ağrısı
Hərdənbir
Xeyr
İshal
Hərdənbir
Xeyr

Yuxarıdakı simptomlar koronavirusla mövsümi allergiya arasındakı fərqlərdir.

Əlamətləri hansılardır?

Koronavirus Əlamətləri

Havaların isinməsi bağçaların çiçəklənməsinə və havada polen artımına səbəb olur. Allergik reaksiyalar müxtəlif simptonlarla özlərini biruzə verirlər. Dövrün bəlası olan koronavirus mövsümi allergiyalarla bağlı simptomlara bənzədiyinə görə, insanlar narahat olurlar. Əslində isə bu infeksiya ilə allergiya arasında bir çox fərq var. Buna görə, panikaya düşməyin.

COVID-19 tənəffüs yollarına bağlı olaraq yaranan və asqıraq, öskürək yolu ilə asanlıqla yayılan infeksiyadır. Hər hansı bir simptom olmadan 14 gün əvvələ qədər xəstəliyə yoluxmaq mümkündür. Koronavirusun əsas simptomları yüksək hərarət, halsızlıq və quru öskürəkdir. Bu xəstəlik nadir hallarda ölümcül olur. Yaşlılar və xəstəliyi olanlar (astma, diabet və ya ürək xəstəliyi) koronavirus xəstəliyini daha ağır keçirə bilərlər. Koronavirusa yoluxanlarda ən çox rast gəlinən simptomlar aşağıdakılardır:

  • Öskürək
  • Yüksək hərarət
  • Halsızlıq
  • Nəfəs almada çətinlik (ağır məqamlarda)

Mövsümi allergiya insan orqanizminin zərərli olmayan maddələrə qarşı verdiyi həssaslıqdır. Yay allergiyası da adlandırılan mövsümi allergiyalar tənəffüs yollarına daxil olduqda allergik rinit, gözlərə daxil olduqda allergik konyoktivit, ağciyərlərə daxil olduqda astma, dəriyə nüfuz etdikdə eqzama və ya kontakt dermatit yaradır. Bunlarla yanaşı, mövsümi allergiyalar digər simptomlarla da özünü göstərir. Əlamətləri aşağıdakılardır:

  • Burun axması
  • Asqırmaq
  • Burun və gözlərdə qaşıntı
  • Yorğunluq
  • Sulu və qaşıntılı gözlər
  • Qulaq tutulması
  • Burun tutulması
  • Göz altının şişməsi
  • Qoxu və dad almaqda çətinlik
  • Baş ağrısı
  • Qırtlaq və damaqda qaşıntı

Səbəbləri nədir?

Koronavirus Səbəbləri

Mövsümi allergiyalar mövsüm dəyişikliyi ilə bağlı yaranan allergiya növüdür. Belə allergiyalara səbəb olan durum immun sistemimizin orqanizmimizi virus və bakteriya kimi mikroblardan qorumaqdır. Ancaq bəzən belə vəziyyətlərdə allergiya yaranır. Yay aylarında yaranan bu allergiya burun axması, asqıraq, gözlərdə sulanma və digər simptomlar yaradır. Allergiyanız varsa, həkimə müraciət edin.

Hərarət (38°C və ya daha yüksək), öskürək və/və ya tənəffüs çətinliyiniz varsa:

  • Təcili tibbi yardıma (103 və ya 113) müraciət edin. Həkim müayinəsinə və ya təcili tibbi yardım müəssisəsinə getməzdən öncə zəng edib xəbərdarlıq edin, simptomlarınız və şübhələriniz barədə tibb işçisini məlumatlandırın.
  • Digər insanlarla təmasdan çəkinin.

Koronavirus haqqında olan digər məqalələrimiz:

Məqaləyə emosiya bildir:
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
6449 dəfə oxundu
ilk.az-çılar nə deyir?