Koronavirusdan (COVID-19) qorunmaq üçün 14 qızıl qayda

Çox sadə üsullarla virusdan qorunmaq olar. Risk etməməliyik. Bu 14 qaydaya əməl etmək lazımdır.

Yeni növ koronavirus (COVID-19) ilk dəfə 2019-cu ilin son rübündə Çinin Vuhan şəhərində meydana çıxıb və 2020-ci ilə qədər 200-dən çox ölkədə görülən vəba epidemiyasıdır. Əvvəlki illərdə SARS-CoV və MERS-CoV kimi tanınan koronaviruslar, insandan heyvana ötürülə bilən zoonotik bir virusdur. İnsandan insana asanlıqla keçir. 40 mindən çox insan üzərində aparılan araşdırma zamanı koronavirusdan,

  • 81% yüngül simptomlarla keçirib
  • 14% -də ciddi simptomlar var
  • 5% ciddi xəstələnib.

Yuxarıdakı nisbətlər koronavirusa yoluxan şəxslər üzərində edilən araşdırmalar nəticəsində ortaya çıxıb. Virusdan ölənlərin sayı 1-2% civarındadır. Eyni zamanda, araşdırmalar göstərir ki, bu virusa 9 yaşdan kiçik uşaqlarda rast gəlinmir. 65 yaşdan yuxarı şəxslərdə ölüm riski daha yüksəkdir.

Əksər ölkələrdə koronavirusla bağlı iaşə obyektləri, ictimai məkanlar bağlanıb. Karantin elan olunub.

Səhiyyə təşkilatlarının hazırladığı koronavirusdan qorunmaq üçün 14 qayda aşağıdakılardır:

1. Əllərinizi tez-tez sabun və su ilə azı 20 saniyə ovuşduraraq yuyun.

əlləri sabunla yumaq

2. Öskürmə və asqırma zamanı ağzınızı və burnunuzu dəsmalla örtün. Dəsmal yoxdursa, dirsəyinizdən istifadə edin.

asqıran zaman

3. Əllərinizlə gözlərinizə, ağızınıza və burnunuza toxunmayın.

əllə göz ovmaq

4. Soyuqlama əlaməti olan insanlardan azı 3-4 addım kənar durun.

soyuqdəymə

5. Məcbur qalmadıqca xaricə getməyin. Səfərlərinizi ləğv edin ya da ertələyin.

xaricə səyahət

6. Xaricə gedibsinizsə, ölkəyə qayıdarkən ilk 14 günü evdə keçirdin, ziyarətçi qəbul etməyin, özünüzü təcrid edin.

Koronavirusdan qorunmaq yollari

7. Olduğunuz yeri tez-tez havalandırın.

otağı havalandırmaq

8. Tez-tez istifadə etdiyiniz yerləri təmizləyin (qapı cəftəsi, qurğular, ayaqyolu kimi yerlər).

pəncərələri silmək

9. Dəsmal, eynək, boşqab, əlcək, ülgüc, diş fırçası və s. ortaq istifadə etməyin.

otağı təmizləmək

10. Paltarınızı 60-90 dərəcə aralığında normal yuyucu vasitə ilə yuyun.

paltar yumaq

11. Əl sıxma və ya qucaqlaşmaq kimi yaxın təmasdan çəkinin.

Koronavirusdan qorunmaq üçün uzaq durun

12. İmmunitetinizi yüksək tutmaq üçün düzənli qidalanın, bol-bol su için və yuxu rejiminizə diqqət edin.

səhər yeməyi

13. Soyuqdəymə əlamətləri varsa, yaşlılarla və xroniki xəstəlikləri olanlarla əlaqə saxlamayın və maska taxmadan çölə çıxmayın.

Koronavirusdan qorunmaq üçün maska

14. Enməyən hərarət, öskürək və nəfəs darlığınız varsa, həkimə müraciət edin.

qızdırmalı insan

Məqaləyə emosiya bildir:
emotion
14
emotion
4
emotion
6
emotion
3
emotion
4
emotion
4
emotion
5
Dostlarınla paylaş:
4 il əvvəl
6652 dəfə oxundu
ilk.az-çılar nə deyir?