Körpələr üçün peyvəndlər hansılardır və nə vaxt edilməlidir?

Körpə peyvəndləri yoluxucu xəstəliklərin qarşısını almaq üçün edilən tibbi üsullardır. Peyvəndlər oluxucu xəstəliklərə səbəb olan mikrobların öldürərək və ya növləri dəyişdirilərək hazırlanır.

Peyvənd körpənin xəstəliyə qarşı immunitet qazanmasına səbəb olur. Vaksinləri bu şəkildə tətbiq etmək xəstəliyi müalicə etməkdən daha asan və təhlükəsizdir.

Körpəlik dönəmində vurulan peyvəndlər

Körpəyə xəstəxanadan çıxmazdan əvvəl ilk olaraq hepatit B peyvəndi vurulmalıdır. Bu peyvəndin ikinci dozası 1 ay sonra, üçüncüsü isə ikinci peyvənddən 5 ay sonra vurulmalıdır. 2 aylıq körpəyə BCG qarışıq, iflic peyvəndləri vurulur.

Körpələr 6 aya çatdıqda ayda qızılca, 15 ayda məxmərək, 18 ayda qarışıq, iflic və meningit peyvəndləri vurulur. 1 yaşına çatan körpələrə suçiçəyi, 2 yaşında olan körpələrə isə Hepatit A peyvəndi vurulur.

1. Vərəm peyvəndi

Vərəm peyvəndi

Körpələr ilk ay ərzində vərəmə qarşı peyvəndlənir. kinci və ya üçüncü aylarda vurulan vərəm peyvəndləri daha çox immunitet yaradır, ancaq yenə də bu qədər gözləmək olmaz. Vərəm peyvəndindən sonra körpə üç gün çimizdirilməməlidir.

2. Qarışıq peyvənd

Qarışıq peyvənd

Difteriya, tetanus və boğmaca amillərini qabaqlamaq üçün vurulur. 2, 4, 8, 18 ay 4 yaşlarında əzələdaxili tətbiq olunur. Sonra qarışıq peyvənddən boğmaca çıxarılır və 10 yaşında difteriya və tetenoz tətbiq olunur. Tetonoz peyvəndi hər 10 ildən bir təkrarlanmalıdır.

3. Uşaq iflici

Uşaq iflici

Kombinasiya olunmuş peyvəndlərlə eyni vaxtda tətbiq olunan iflic peyvəndi ağızdan damla yolu ilə verilir.

4. Qızılca-məxmərək peyvəndləri

Qızılca-məxmərək peyvəndləri

Qızılca peyvəndi ilk dəfə 9 ayda verilir. Bu peyvənd 15-ci ayda qızılca və parotit birləşməsi şəklində təkrarlanır. 11-12 yaşlarında bu peyvəndlər təkrarlanmalıdır.

5. Hepatit A

Hepatit A

Ən etibarlı üsul peyvəndin 2 yaşdan sonra iki dozada tətbiq edilməsidir. Bu xəstəlik yaxın təmas, su və qida ilə keçdiyi üçün diqqət edilməlidir.

6. Hepatit B

Hepatit B

Hepatit B virusu gələcəkdə sirroza və qaraciyər çatışmazlığına səbəb olduğu üçün peyvəndə biganə yanaşmaq olmaz. Hepatit B peyvəndi körpəyə birinci və altıncı ayında vurulmalıdır.

7. Meningit

Meningit

Xüsusilə 3 aydan 5 yaşa qədər olan uşaqlarda tez-tez rast gəlinən meningit virusuna qarşı toxunulmazlıq əldə etmək üçün bu peyvənd qarışıq və uşaq iflici peyvəndləri ilə birlikdə 2, 4 və 6 aylarda tətbiq olunmalıdır. 18-ci ayda təkrarlanır.

8. Qrip peyvəndi

Qrip peyvəndi

Qrip peyvəndlərinə hər ilin sentyabr ayında başlanılır. Peyvənddən sonra qızdırma və peyvənd olunan yerdə qızartı yarana bilər. Bu peyvənd xüsusilə bağçaya gedən uşaqlar üçün tövsiyə olunur.

9. Suçiçəyi peyvəndi

Suçiçəyi peyvəndi

Tənəffüs və təmas yolu ilə ötürülən maye dolu töküntülərlə özünü göstərən suçiçəyi yüngül bir xəstəlikdir. Bəzən sətəlcəm beyin iltihabına səbəb olsa da, çox da zərər vermir. Bir yaşdan yuxarı olan və əvvəllər suçiçəyi olmayan uşaqlara bir doza tətbiq olunur.

10. Rotavirus

Rotavirus

Rotavirus uşaqlarda kəskin ishalın səbəbidir. 6-24 ay arasında körpələrdə görülən rotavirus su, hava və təmas yoluyla keçə bilər. Vaksin 2-3 doza şəklində tətbiq olunur.

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
1
emotion
1
emotion
1
emotion
1
emotion
1
emotion
1
Dostlarınla paylaş:
2 il əvvəl
4082 dəfə oxundu
ilk.az-çılar nə deyir?