Körpələrin dırnaqlarını necə kəsmək lazımdır?

Yenilənmə tarixi: 2021-10-07

Yeni doğulanlara qulluq qaydaları hər kəs üçün önəmlidir. Bu qaydaları təkcə analar deyil hamı bilməlidir. Qulluq qaydalarından biri də körpələrin dırnaqlarının kəsilməsi ilə bağlıdır. İlk baxışda adi görünsə də, bu, çox incəliklə və diqqətlə icra edilməli prosesdir.

Körpə doğulduqdan sonra ana südü ilə qidalanmaq, uşaq bezi dəyişdirmək və çimməkdən başqa ən çətin işlərdən biri də dırnaq baxımıdır. Valideynlər tez -tez körpələrinin dırnaqlarını kəsməkdən qorxurlar. Körpələr üçün dırnaq baxımı haqqında bilmək lazım olanlar. Körpələrin dırnaqlarının kəsilmə qaydaları ilə bağlı pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlunun məqaləsini təqdim edirik:

Körpələrin dırnaqları

Körpələrin dırnaqları inanılmaz dərəcədə tez uzanır və ona görə həftədə iki dəfə kəsilməlidir. Körpələrin dırnaqlarını kəsərkən qəza nəticəsində barmaqlar və ya dəri zədələnə bilər. Belə hallarda müalicə zamanı pambıq istifadə edilməməli, steril bir parça yaraya tətbiq olunmalıdır. Qanamanı dayandırmaq üçün anti-biotik krem ​​və ya məhlullarda tətbiq oluna bilər.

Körpə dırnaqlarının qısa kəsilməsi onların dırnaqları vasitəsilə özlərinə zərər verməsinə mane olur və əlləri vasitəsilə ətrafındakı əşyalara daha rahat toxunmasına şərait yaradır. Dırnaq tutarkən dırnağın altındakı dərini əlinizlə tutmalısınız ki, səhvən həmin dərini də kəsməyəsiniz. Ayaq dırnaqları daha gec uzanır. Belə ki, ayaq dırnaqlarını iki həftədə bir dəfə kəsməyiniz kifayətdir. Doğulandan sonra ilk həftələrdən etibarən (çox uzundursa daha tez bir zamanda) dırnaqlar kəsilə bilər. Yəni körpənin qırx günlük olmasını gözləmək lazım deyil. Əl dırnaqları yuvarlaq, ayaq dırnaqları isə düz olaraq kəsilməlidir. Onu da qeyd edim ki, dırnaq batmalarının və dırnaq kənarı infeksiyaların ən önəmli səbəbi dırnaqların düzgün olmayan kəsilmə şəklidir.

Körpə dırnaq

Körpələrin dırnaqlarını kəsərkən ilk növbədə onlar üçün hazırlanmış dırnaq qayçılarından istifadə etmək lazımdır. Dırnaqların kəsilməsinə baxmayaraq, ilk 6 həftə körpələrə əlcək geydirilməsini də tövsiyə edirik. Bununla körpənin üz-gözünü cızmasının qarşısını almış oluruq. Altıncı həftədən sonra isə əlcəklərin çıxarılması məsləhətdir. Bu körpənin inkişafı üçün çox əhəmiyyətlidir. Gəlin unutmayaq ki, körpələrin ilk oyuncaqları məhz əlləridir. Bu səbəbdən əlcəklərin uzun müddət saxlanılmasını tövsiyə etmirik. Əlcəklərin çıxarılmasından sonra dırnaqların düzgün və vaxtında kəsilməsinə daha çox diqqət etmək lazımdır. Körpələrin dırnaqlarını onları çimizdirdikdən sonra da kəsə bilərsiniz. Bu zaman onların dırnaqları bir az daha yumşaq olur.

Körpələrin dırnaqlarını kəsmək

Dırnaqlar yuxu halında da kəsilə bilər, amma bu prosesi oyaq ikən etməyiniz daha məqsədəuyğundur. Dırnaq tutarkən məhz körpələr üçün nəzərdə tutulmuş xüsusi qayçılardan istifadə edilməlidir. Əgər yanınızda sizə kömək edəcək biriləri varsa, bu prosesin ikinci bir şəxsin köməkliyi ilə etməyiniz daha yaxşı olardı. Bəzən valideynlər körpələrin dırnaqları tez-tez uzanmasın deyə onu lap qısa kəsirlər ki, bu da doğru deyildir. Belə ki, bu dırnaq dibində infeksiyaların yaranmasına və qanamalara səbəb ola bilər. Yenidoğulmuş körpələr çox kiçik olduğundan dırnaqları hələ doğulanda kəsilməlidir. Buna görə də onu lazımi vaxtlarda kəsmək lazımdır. Yuxuda və ya hamamdan sonra sakitləşdikcə körpə daha oturaq olacaq və dırnaqlarını daha sürətli və təhlükəsiz kəsmək olacaq.

e-tibb.az

Məqaləyə emosiya bildir:
emotion
10
emotion
1
emotion
0
emotion
0
emotion
5
emotion
0
emotion
0
Dostlarınla paylaş:
4 il əvvəl
6921 dəfə oxundu
ilk.az-çılar nə deyir?