Limonlu su həqiqətən də insanı arıqladırmı?

Limon C vitamini mənbəyidir. Tərkibindəki C vitamini sayəsində dəri qırışıqlarını aradan qaldırmağa kömək edir, həzmi asanlaşdırır, nəfəsi rahatladır. Bununla yanaşı, limon diş minasını zədələyə bilən sitrik turşuya malikdir. Limon yeməklərə ləzzət verir.

Limonlu su haqqında

Limonlu su haqqında

Limonlu suyun insan sağlamlığına bir neçə faydası var. Bəs limonlu su həqiqətən arırladırmı? "Medicalnews Today"in xəbərinə görə limonlu su ilə bağlı bir çox sağlamlıq iddiası olsa da, bunların çoxu təsdiqini tapmayıb. İddialar arasında limonlu suyun insanı arıqlatdığı fikri də var.

Qidalanma mütəxəssis və dietoloq Pınar Demirkaya limonla bağlı bunları bildirib:

"Limonlar iştahı və kalori alınmasını azaltmağa kömək edən pektin adlı liflə zəngindir. Bununla yanaşı, limon suyunun içərisində pektinin miqdarı çox az olur. Limon suyunun çəki itkisi üçün adi sudan daha güclü təsirə malik olduğu sübut edilməyib. Limon suyunun kalorisi təbii olaraq aşağıdır".

Pınar Demirkaya digər vacib məqamlara da aydınlıq gətirib:

"Çörək öz-özlüyündə nə kökəldir, nə də zərər verir. Çörəklə yeyilən qidaların və çörəyin növünə görə bu durum dəyişir. Cəmiyyətdə doğru hesab olunan bir yanlış da var - suya limon qatmaq arıqlatmır, yalnız C vitamini almağa kömək edir. C vitamini immunitet üçün önəmlidir.

Mütəxəssisin tövsiyələri aşağıdakı kimidir:

Depressiya üçün balıq

Depressiya üçün balıq

Qış aylarında günəş işığını az-az görürük. Bu isə depressiya riskini artırır. Depressiya çəki artmasına səbəb ola bilər. Balıq, qoz və kətan toxumu kimi Omeqa 3-lə zəngin olan qidalardan istifadə etmək lazımdır.

İmmun sistemi üçün cəfəri

İmmun sistemi üçün cəfəri

Qış aylarında immuniteti güclü saxlamaq üçün çinko və C vitamini almağa diqqət edilməlidir. Cəfəri, yumurta, yulaf, avokado, brokoli, kivi, balqabaq tumu kimi qidalar immuniteti gücləndirir.

Pəhriz hər kəs üçün məxsusidir

Hər kəsə eyni pəhriz proqramı yazılmamalıdır. Çünki hər kəsin ehtiyacı, vərdişləri və metabolizması fərqli olduğu kimi, yaşı və genetik faktorları da fərqlidir. Bəzi qidalanma modelləri diabet və Haşimato kimi problemlər zamanı istifadə olunmur.

Bir kibrit qutusu pendir əfsanəsi

Kalori hesabı aparılan pəhrizlər yanlış nəticələr verə bilər. Keçmişdə bir kibrit qutusu pendir və beş zeytun yeyərək arıqlamağın mümkün olduğu fikri məşhur idi. Ancaq bu, çox yanlış yanaşmadır. Çünki sağlamlığa zərər verərək pəhriz saxlamaq sağlam qidalanmaq anlamına gəlmir.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
2892 dəfə oxundu
ilk.az-çılar nə deyir?