Meningit xəstəliyinin səbəbləri
Yoluxucu xəstəlik olan meningit bakteriya və virusların törətdiyi beyin və onurğa beyni iltihabı kimi tanınır. Hər yaşda müşahidə olunsa da, körpələrdə bu problemə daha çox rast gəlinir. Müalicəsi gecikərsə, beyin zədələnməsinə və eşitmə itkisinə səbəb ola bilər. Meningitlə bağlı ətraflı məlumatı təqdim edirik.
Meningit nədir?
Meningit xəstəliyinin səbəbləri
Ən çox görülən səbəbi viral infeksiyalardır. Bakterial infeksiyalar və bəzən mantar infeksiyaları buna səbəb ola bilər.
Meninqokoklar: Meningitin ümumi növüdür. Uşaqlarda və böyüklərdə görülə bilər. Məktəblər, uşaq bağçaları və tələbə yataqxanaları kimi izdihamlı mühitlərdə daha tez yayılır.
Pnevmokoklar: uşaqlarda olduğu kimi gənclərdə də rast gəlinir. Pnevmoniya və sinüzitə səbəb ola bilər.
Listeria: Xüsusilə pasterizə olunmamış qidalar vasitəsilə yoluxur. Hamilə qadınlarda, yeni doğulmuş uşaqlarda və bədənin müdafiə mexanizmləri zəif olan insanlarda infeksiyaya səbəb olur.
Meningitin simptomları hansılardır?
• Qusma, qızdırma
• Bağ ağrısı
• Konsentrasiya pozğunluğu
• Boyun sərtliyi
Körpələrdə meningitin əsas simptomlarını aşağıdakı kimi sıralamaq olar:
• Zəiflik və ya hiperaktivlik
• Bədən istiliyinin artması
• Yuxuya meyllilik
• Anoreksiya
• Bədən və boyun sərtliyi
Məqaləyə emosiya bildir:
2830 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)