Menstrual təmizləyici qidalar və içkilər

Bəzi qidalar menstrual tənzimləyici və ağrı kəsici xüsusiyyətlərə malikdir. Bunlar sayəsində menstruasiya sürətləndirilə bilər. Reqlə səbəb olan qidalar sayəsində ağrılarla mübarizə aparmaqda çox təsirli ola bilər.

Menstruasiya üçün nə yemək lazımdır? Təqdim edəcəyimiz qidalar bu prosesi sürətləndirməyə kömək edir. Əlbəttə ki, yalnız qidalanma deyil, bəzi məşq və hərəkətlər də menstrual tənzimləyici təsirlər yaradır.

Menstrual qanaxma nədir?

Yetkinlik dövründə bədən qadınları potensial hamiləlik üçün aybaşı dövrünə hazırlayır. Hormonlar sayəsində uterus döllənmiş bir yumurta almağa hazırlaşdıqca bədəndə qan dövranı artır. Döllənmə baş verməzsə, uterus ilkin vəziyyətinə qayıdır və qanı toxumalardan xaric edir.

1. Sarıkök

Sarıkök

Xüsusən qadınlar üçün sağlam qidalanma və həzm sistemi sağlamlığının əhəmiyyəti baxımından vacib bitkidir. Menstrual qanaxmanın müntəzəm şəkildə meydana gəlməsinə kömək edən sarıkök, menstrual ağrıların da qarşısını alır. Qurudulmuş sarıkökü üyüdüb toz halında salatlara və yeməklərə əlavə edə bilərsiniz.

2. Şüyüd toxumu suyu

Şüyüd toxumu suyu

Şüyüd toxumu menstrual dövrlərin tənzimlənməsində əhəmiyyətli bir silahdır. Reqli sürətləndirir. Tərkibində menstrual qanamaya səbəb olan emmenaqoq adlı maddə var. 1 stəkan suya 2 xörək qaşığı şüyüd toxumu əlavə edib bir gecə saxlayın. Növbəti səhər suyu süzgəcdən keçirib menstruasiya olana qədər davam edib.
3. Dərəotu

Dərəotu

Dərəotu sağlamlıq üçün olduqca faydalı bitkidir. Xüsusən menstrual dövrü asanlaşdırır və menstruasiya zamanı bədəni rahatladır. Menstrual təmizləyici qidalardan biridir. Dərəotu çiy halda yeyilməlidir, çünki həkimlər belə tövsiyə edirlər.

4. Kərəviz

Kərəviz

Vitaminlər, minerallar və faydalı elementlər baxımından zəngin bitkidir. Menstrual qanaxmanı artırır. Adət dövründə kərəviz xörəyi, kərəviz salatı və ya kərəviz şorbası yeyərək bu dövrün daha rahat və problemsiz olmasını təmin etmək olar.

5. Kəklikotu Çayı

Kəklikotu Çayı

Menstrual təmizləyici xüsusiyyətləri ilə tanınan otlardan olan kəklikotunu dəmləyib çayını içmək çox faydalıdır. Çay şəklində içməyi sevməyənlər 1 çay qaşığı toz halında olan kəklikotunu az bal ilə qarışdırıb səhər acqarına yeyə bilərlər.

6. Yerkökü

Yerkökü

Yerkökünün faydaları saymaqla bitmir. Menstruasiya olmağ kömək edən qidalardan biridir. Çiy halda yedikdə uşaqlıq yolu əzələlərinin funksiyalarını dəstəkləyir. Həmçinin, hormonların balansını təmin edir.

7. Çobanyastığı çayı və rozmarin

Çobanyastığı çayı və rozmarin

Menstruasiya dövründə problem yaşayan və daha tez reql olmaq istəyən qadınlar üçün çobanyastığı çayı və rozmarin yaxşı nəticələr qazandırır.

8. Cəfəri çayı

Cəfəri çayı

Cəfəri içərisində apiol və myristiciden adlı yağlar səbəbiylə tanınan və tez -tez istifadə edilən ən təsirli menstrual tənzimləyici bitkilərdəndir. Hamiləlik dövründə düşməyə səbəb ola biləcəyi üçün qadınlara cəfəri yemək və ya cəfəri çayı içmək məsləhət görülmür. 5 stəkan suyu qaynadıb içərisinə yaxşı yuyulmuş 1 dəstə cəfəri əlvə edin. Bir müddət gözlədikdən sonra suyu süzüb gün ərzində içə bilərsiniz.

9. Kantaron

Kantaron

Kantaron dah çox ədviyyat kimi istifadə olunur. Lakin kantaron çayı da sağlamlıq üçün xeyirlidir. 3 stəkan su qaynadıb içinə 1 xörək qaşığı kantaron əlavə edin. Sonra dəmləməyə qoyun. Bu çayı gündə 3 dəfə acqarına için. Menstruasiya tənzimləyici xüsusiyyəti ilə yanaşı, digər sağlamlıq problemləri üçün də faydalıdır.

10. Soğan

Soğan

Soğan erkən regl üçün vacib tərəvəzdir. Menstruasiyanı sürətləndirir. 1 ədə orta böyüklükdə olan soğanı 4 hissəyə bölüb qabığını soyun. Kəsilmiş soğanları qaynadılmış suya atın və 10 dəqiqə gözləyin. Qaynadıqdan sonra suyunu süzüb səhər və axşam için.

11. Çörəkotu çayı

Çörəkotu çayı

Çörəkotu insan orqanizmi üçün çox xeyirlidir. Bir stəkan suya əlavə edib içmək və ya balla qarışdırıb yemək menstruasiya pozuntusunun qarşısını alır.

12. Atquyruğu otu çayı

Atquyruğu otu çayı

Menstruasiya dövrünün problemsiz olması üçün atquyruğu otunu qaynar suya əlavə edib dəmləyin. Qaynadıqdan sonra ilıq halda için. Dadı acı olduğu üçün balla qarışdırıb içə bilərsiniz.

13. Qulançar çayı

Qulançar çayı

Menstruasiya gecikmələri üçün qulançarı dəmləyib içmək faydalıdır. Bir qədər bal əlavə edib daha təsirli hala gətirmək olar.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
emotion
3
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
4172 dəfə oxundu
ilk.az-çılar nə deyir?