Mövsümi keçidlərdə dəri qulluğuna diqqət

Mövsümi keçidlərdə dəyişkən hava şərtləri dəri növlərinə görə fərqlilik nümayiş etdirir. Dərinin məsamələri havanın soyuması ilə sıxlaşır və dəridəki sebum adlanan yağ vəzlərinin meydana gətirdiyi salğı artır. Bədən istiliyini qorumaq üçün dövran sistemində qanın miqdarı azalır. Bu azalma ilə dəri kifayət qədər qanla qidalana bilmir, rəngsiz hala gəlir.

Dərinin soyuq və quru hava şərtlərinə uyğunlaşması üçün bəzi tədbirlərə ehtiyac yaranır. Hər dönəm olduğu kimi, mövsümi keçidlərdə də dəriyə qulluğa diqqət etmək lazımdır. Dəriyə qulluq üzrə mütəxəssis Leyla Cesaret Ergül ləkəsiz, parlaq, təmiz bir cildə sahib olmaq üçün ən vacib addımın dəri təmizliyi olduğunu dilə gətirib:

Mövsümi keçidlərdə dəriyə qulluq

"Təmiz olmayan dəriyə nə tətbiq etsəniz də, faydası olmayacaq. Dəri üzərindəki keratin adlanan ölü hüceyrə təbəqəsinin təmizlənməsi, dəri üzərində bakteriya yaranmasının qarşısını alır. Dəri təmizlənmədən istifadə olunan hər məhsul məsamələrin tıxanmasına səbəb olduğu üçün dəri mütləq kirdən, ölmüş dəridən təmizlənməlidir. Dəri məhsullarının PH balansı olduqca önəmli faktordur. Dərinin qurumasına mane olan, dərini qıcıqlandırmadan təmizləyən, dəri tipinə uyğun krem, gel kimi təmizləyicilərdən istifadə edilməlidir".

Fərqli dəri növlərinin ehtiyac duyduğu nəmlik miqradının fərgli olduğunu bildirən mütəxəssis sözlərinə belə davam edib:

"Mövsümi keçidlərdən ən çox təsirlənən və nəmliyə ehtiyac duyan dəri quru dəridir. Quruma ilə dəridəki cizgilər böyüyür və dəridə pul-pul formalar əmələ gəlir. Bu dönəmdə nəmləndiricilərlə yanaşı, gecə kremləri də istifadə olunmalıdır. Dərinin PH dəyərini qoruyaraq təmizlik etməli və su əsaslı məhsullar işlədilməlidir. Dəriyə qulluq təkcə mövsümi keçidlərdə deyil, gündəlik həyatda da edilməlidir. Çox səyahət etmək, çöldə çoxlu vaxt keçirmək, siqaret və alkoqol istifadəsi kimi faktorlar dəriyə qulluq vasitələrinin fərqliliyinə ehtiyac yaradır. Buna görə mövsümi dəyişikliklərdə dəriyə qulluq məhsulları seçərkən yaşam şərtlərini də nəzərə alın".

dəriyə qulluq etmək

Leyla Cesaret Ergül günlük su istifadəsinin metabolizmanın işləməsinə böyük təsir göstərdiyini qeyd edib:

"Yetəri qədər su istifadə etmədikdə metabolizma təsir görür və orqanizmdəki toksinlər xaric olunmadığı üçün dəri sağlamlığı pozulur. Buna görə mövsümi keçidlərdə dəriyə qulluqla yanaşı, gündə azı 1,5 litr su içmək lazımdır. Bununla yanaşı, sağlam qidalanma, normal yuxu, stresdən uzaq olmaq da dərinin sağlamlığı üçün faydalıdır. Omeqa-3 və seleniumla zəngin olan qidalar (qoz, fındıq, badam) dəri sağlamlığının qorunmasına kömək edir. A, C və E vitaminləri də bu baxımdan önəmlidir. A vitamin kolagen istehsalını dəstəkləyərək elastikliyin artmasına və dərinin gümrah qalmasına imkan yaradır. C vitamini hüceyrə yenilənməsini artırır. E vitamini isə dəriyə zərər verən sərbəst radikalları aradan qaldırır və dərinin su tutma həcmini artırır".

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
2461 dəfə oxundu
ilk.az-çılar nə deyir?