Mütəmadi kofein istifadəsi beyin strukturuna təsir edir

Kofein dünyada ən çox istehlak edilən psixoaktiv maddədir. Şübhəsiz ki, bir çoxumuza özümüzü daha ayıq hiss etməyimizə kömək edən kofein, axşam qəbul edildikdə belə, yuxumuzu gecikdirə bilər.

Yuxunun olmaması isə son nəticədə beyindəki boz maddəyə təsir göstərir. Belə olan halda, müntəzəm kofein istifadəsi yuxusuzluğun səbəb olduğu beyin strukturunda dəyişiklik yarada bilərmi?

kofein istifadəsi

15 fevral 2021-ci il tarixində “Cerebral Cortex”də dərc olunan araşdırmada bu sualın cavabı axtarılıb. Araşdırmanın nəticələrinə görə, çalışma çərçivəsində qəbul edilən kofein qeyri-kafi yuxuya səbəb olmayıb. Ancaq beyindəki boz maddədəki dəyişikliklər təəccüblü idi.

Boz maddə mərkəzi sinir sisteminin əsasən sinir hüceyrələrinin hüceyrə cisimlərindən ibarət olan hissələrini ehtiva edir; ağ maddə isə sinir hüceyrələrinin uzun uzantıları olan sinir yollarını əhatə edir. Araşdırma çərçivəsində müntəzəm olaraq qəhvə içən 20 sağlam gəncin beyin skanları yoxlanılıb. İki 10 günlük müddətdə istifadə etmələri üçün tablet verilən iştirakçılardan bu müddət ərzində başqa heç bir kofein qəbul etməmələri istənilib. Araşdırmanın ilk mərhələsində iştirakçılara kofein ehtiva edən həblər, ikinci mərhələdə isə üçün hər hansı bir aktiv tərkib hissəsi olmayan tabletlər verilib. Hər iki 10 günlük dövrün sonunda tədqiqatçılar beyin skanları ilə iştirakçıların beynindəki boz maddənin həcmini araşdırıblar. Bundan əlavə, yuxu laboratoriyasında iştirakçıların yuxu keyfiyyətini qiymətləndirmək üçün beynin elektrik fəaliyyəti (EEQ) də qeydə alınıb.

Mütəmadi kofein istifadə etmək

Məlumatların müqayisəsi iştirakçıların yuxu dərinliyinin bərabər olduğunu ortaya qoyub. Lakin boz maddədə əhəmiyyətli fərqlər müşahidə edilib. Fərq xüsusilə sağ medial temporal lobda, o cümlədən yaddaşın konsolidasiyası üçün vacib olan beynin bölgəsi olan hipokampusda nəzərə çarpıb. Araşdırma qrupu gündəlik kofein istifadəsinin beyin strukturuna təsir etdiyini, bu təsiri daha dərindən öyrənmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu qeyd edib.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
11 ay əvvəl
1413 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 24 gün əvvəl
  • 505
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 738
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 816
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 736
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 812
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 703