Öskürəyi kəsən təbii üsul

Yenilənmə tarixi: 2021-08-26

Payız mövsümünün gəlişi, havaların soyuması ilə bağlı tənəffüs yollarının infeksiyaları, soyuqdəymələr artmağa başlayıb. Bunlara bağlı olan öskürək halları da geniş yayılıb. Hətta bir çoxları virus infeksiyalarına bağlı öskürəyin uzun müddət davam etdiyini, dərmanlara tabe olmadığından şikayətlənirlər.

Öskürmək, əslində, zənn edildiyi kimi xəstəlik deyil. Öskürəyi boğazı təmizləyən bir müdafiə mexanizmi hesab etmək olar. Öskürəyin bir çox səbəbi ola bilər. Öskürəyin səbəbləri bu şəkildə sıralanır:

  • Psixoloji
  • Siqaret
  • Soyuqdəymə, qrip, astma, boğaz iltihabı
  • Uzun müddət istifadə edilən təzyiq dərmanları
  • Ağ ciyərdə maye toplanması
  • Bronxit, sinusit

Həkim-fitoterapevt Fizuli Hüseynovun öskürək və göyöskürəklə bağlı tövsiyə etdiyi təbii qarışımı təqdim edirik:

Öskürəyi kəsən təbii üsul

Tək incir başdan ayağa insan sağlamlığı üçün çox faydalıdır. Bundan əlavə, qurudulmuş ənciri süddə saxladığınızda əncirin faydalarını 2 dəfə artıra bilərsiniz, ilk növbədə öskürək və bronxit xəstəliklərinizi təbii yolla asanlıqla müalicə edə bilərsiniz. İşdə əncir südünün möcüzəvi faydaları…

Öskürən xanım

6 ədəd əncir bıçaqla balaca-balaca doğranılır (təxminən fındıq boyda) 2 stəkan südün içinə qarışdırılır, vam odda 7-8 dəq qaynadılır. İlıq olana qədər gözlənilir, ilıq olanda 1 stəkan südə 1 çay qaşığı bal, 2-3 çimdik toz zəncəfil əlavə olunur, qarışdırılır yeməkdən 1 saat əvvəl 1 stəkan içilir. Əgər bu qarışımı səhər içirsinizsə, 2-ci stəkanı günorta içməlisiniz. Və ya günorta içirsinizsə, 2-ci stəkanı axşam yeməkdən əvvəl içməlisiniz, süd içildikdən sonra əncirlər yeyilir.

Öskürən qız

Boğaz ağrınızdan bir neçə dəqiqədə qurtulmaq istəyirsinizsə, isti suda 2 çay qaşığı bal ilə qarışdırılmış 1-2 quru əncir içə bilərsiniz. Bu qarışıqdan sonra boğaz ağrınızı bir neçə dəqiqə ərzində aradan qaldıra bilərsiniz.

5-10 yaşlı uşaqlar gündə 1 stəkan, 5 yaşdan kiçik uşaqlar isə yarım stəkan içə bilərlər.

Həkim bildirib ki, bu, öskürək əleyhinə çox təsirli bir vasitədir və immun sisteminin gücləndirilməsi üçün də yaxşı vasitədir.

e-tibb.az

Məqaləyə emosiya bildir:
emotion
16
emotion
1
emotion
0
emotion
4
emotion
4
emotion
0
emotion
0
Dostlarınla paylaş:
4 il əvvəl
7440 dəfə oxundu
ilk.az-çılar nə deyir?