Payızda immuniteti gücləndirən qidalar

Yenilənmə tarixi: 2021-09-07

Payız fəslində immun sistemini gücləndirməyə daha çox ehtiyac var. Bu baxımdan sağlam, təbii qidalara daha çox üstünlük vermək tövsiyə olunur.

Bu, soyuq havalarda daha çox yayılan viruslardan qorunmağın əsas yollarından sayılır. Güclü immuniteti olan orqanizm viruslara qarşı daha yaxşı mübarizə apara bilir.

Balıq yemək

Balıq yemək immunitet

Payızda immun sistemini gücləndirən əsas təbii qidalardan biri balıqdır. Balıq; Zəngin vitamin tərkibi və güclü qida dəyəri baxımından həm uşaqların, həm də böyüklərin mütəmadi olaraq istehlak etmələri lazım olan bir qidadır. Yaşadığı dənizə və mövsümə görə dəyişsə də, xüsusən qışda təzə və müxtəlif balıqlar həftədə ən az 2-3 gün süfrədə olmalıdır.

Protein qaynağı hesab olunan bu qida həm də tərkibindəki vitaminlərlə immun sistemini gücləndirir. Omega 3 yagi ilə zəngin olan balıq ürəyi qoruyur, xolesterinin aşağı düşməsinə səbəb olur. Həftədə iki dəfə balıq yemək, onu qızartma yox, kabab kimi, soba ya da buğda bişirmək tövsiyə edilir.

Çərəz yemək

Çərəz yemək

Gündə bir ovuc qoz-fındıq, badam həm immun sistemini qoruyur, həm də ürək xəstəliklərinin yaranma riskini azaldır. Onları qovrulmuş yemək tövsiyə edilmir. Gündəlik istifadə bir ovucu keçməməlidir.

Alma

Alma yeyən xanım

Alma, bütün dünyada istehlak edilən ən məşhur və faydalı meyvələrdən biridir. Tərkibindəki antioksidanlar, vitaminlər, lif və bir çox fərqli qida ilə bədənimiz üçün möcüzəvi bir qidadır. Bir çox araşdırma, almanın bağırsaq sağlamlığını dəstəklədiyini və vuruş, yüksək təzyiq, diabet, ürək xəstəliyi, piylənmə və bəzi xərçəng xəstəliklərindən qoruya biləcəyini göstərir. Almanı qabığı ilə birlikdə istehlak etmək vitamin və lif qəbulunu dəfələrlə artırır.

Soğan

Soğan qabda

Soğan və sarımsaq da soyuq ayların əsas qoruyucularından biridir. A, C vitaminləri, dəmirlə, minerallarla zənginliyi sayəsində bu qidalar immuniteti gücləndirir. Həmçinin xərçəngə qarşı qoruyucu sayılır.

İspanaq

Təzə İspanaq

Kalsium, maqnezium, selen, E, C vitamini ilə çox zəngin göyərti olan ispanaq immunitetin güclənməsinə səbəb olur, çoxsaylı xəstəliklərdən qoruyur. Qida dəyərini çox itirməməsi üçün onu çox bişirmək lazım deyil. İspanaq karotin-B maddəsi ilə zəngin olan nadir qida mənbələrindən biridir. Tərkibində çoxlu A, C, K və E vitaminləri, həmçinin manqan, dəmir, maqnezium və mis kimi maddələr var. Qədim dövrlərdən bəri alternativ tibbdə şəfalı otlardan biri kimi istifadə edilmişdir.

Göbələk

Göbələk şəkli yüklə

Uzun zaman tox saxlayan göbələk D, C vitaminləri, fosfor, mis, digər minerallarla zəngin olan çox az sayda qidalardan biridir. İmmuniteti gücləndirmək üçün payızda tez-tez göbələk yemək lazımdır.

e-tibb.az

Məqaləyə emosiya bildir:
4 il əvvəl
7292 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 23 gün əvvəl
  • 489
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 721
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 800
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 723
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 799
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 692