Qadınlar necə kişiləri sevirlər? Həqiqətən qadınlar qulaqları ilə sevir?

Yenilənmə tarixi: 2021-08-12

Hər bir kişi qadınların xoşuna gəlmək istəyir. Biriləri bunu necə edəcəklərini bilmədiyi halda, digərləri buna tənbəllik edirlər.

Qadınların kişilərdə axtardıqları xüsusiyyətlər demək olar ki, eynidir; güclü ol, etibarlı ol və s. Maraqlananlar üçün qadınların imtina edə bilməyəcəyi 10 tip kişi var.Əksər qadınlar onlara diqqət yetirən, gül hədiyyə edən, serenadalar oxuyan kişiləri sevirlər. Lakin unutmayın ki, romantika yalnız şam işığında şam yeməyi deyil. Sübh tezdən sevgilinzi “sevirəm” sözləri ilə oyaymaqdır.

Hər bir qadın kişinin onlara məxsus tarixləri unutmadığını qiymətləndirəcək. Onun qəlbində sönməyəcək atəşi sadə bir gül, şokolad, gəzinti yandıra bilər.

Qadınlar necə kişiləri sevirlər?

Faktiki hər bir qadın sığallanmağı sevir, əllərindən tutlmaqdan xoşlanırlar. Əgər sizin münasibətləriniz tam ciddiyə giribsə də, sadaladıqlarımızın heç biri qüvvədən düşmür. “Qadınlar qulaqları ilə sevir” aksiomasını da kişilər unutmamalıdırlar.

Qadın daim sevildiyini eşitməyi xoşlayır, onun sizin üçün əvəzsiz olmasını bilmək qadına olduqca vacibdir. Qadınlar qayğıkeş kişiləri sevir. Onların yanında özlərini komfortlu hiss edirlər. Baxmayaraq ki, müasir qadınlar müstəqil yaşamağı sevir, özləri pul qazanır, instinkt onları güclü kişiyə arxalanmaya vadar edir.

Xanım və bəy dəniz sahili

Qadınlar hər gözəl şeyi eşitmək və görmək istəyirlər: o anda sevildiklərini, heyran olduqlarını, gözəl olduqlarını ...

Bəzi qadınlar sahibkar və qısqanc kişiləri daha çox sevsələr də, bəziləri qısqanc bir insan istəmədiklərini söyləyirlər. Ancaq, əsasən qadınlar kişilərin qısqanc olmasını önəmsəyirlər. Qısqanılmaq, dəyər vermək mənasına gəldiyinə görə, bunu hiss etməyi sevirlər.

Qadınlar kişilərə qarşı olduqca eqoist ola bilirlər. Onlar sevdiyi insanın yalnız ona məxsus olmasını istəyirlər. Digər bir qadının gözəlliyini tərifləmək sizin üçün adi bir şey olsa da, bəzi qadınlar bunu başa düşməyəcək. İnamı itirməmək üçün hər xırda şeyə görə qadına yalan danışmaq olmaz. Münasibətləri düzgünlük bərkidir. Yalançı ilə yaşamaq, minalanmış ərazidə gəzməyə bərabərdir.

Erotik səhnə

Qadınlar daim bəxtinə, ətrafdakı insanlara şikayət edən kişilərdən qaçırlar. Lakin maço prestiji də getdikcə aşağı enir. Artıq qadınlar ev tikə bilən kişi ilə bərabər, evin içində yuva qura bilən kişiləri seçirlər. Pul ilə yanaşı, gələcəkdə övladlarına yaxşı ata ola biləcək kişilərə böyük tələb var. Əsas o dur ki, səmimi və mehriban olun. Bu xüsusiyyətləri sizi (pulunuzu yox) sevən qadın mütləq qiymətləndirəcək.

idol.az

Oxşar məqalələr:
Məqaləyə emosiya bildir:
emotion
7
emotion
0
emotion
2
emotion
2
emotion
6
emotion
2
emotion
3
Dostlarınla paylaş:
4 il əvvəl
8201 dəfə oxundu
ilk.az-çılar nə deyir?