Qida zəhərlənməsi nədir? - Zəhərlənmə əlamətləri və müalicəsi

Tərkibində bakteriya, parazit və virus olan xarab olmuş qidalar qida zəhərlənməsinə səbəb ola bilər. Açıqda qalan və müddəti keçmiş qida yedikdə ishal, qusma, ürək bulanması, qarın ağrısı yaranarsa, bu, qida zəhərlənməsinin əlamətidir.

Qida zəhərlənməsi haqqında məlumat

Qida zəhərlənməsi ən çox uşaqlar və qocalar üçün təhlükəlidir. Uşaqların və yaşlı insanların bədənində su səviyyəsinin az olması durumun ciddiyətini artırır. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin hesabatına əsasən, hər il dünyada 76 milyon insan qida zəhərlənməsindən əziyyət çəkir və 5 min insan həyatını itirir.

Qida zəhərlənməsinin səbəbləri

Qida zəhərlənməsinin səbəbləri

Qida zəhərlənməsi əlamətlərinin orta çıxmasının müddəti insandan-insana dəyişir. Xarab olmuş qidadan nə qədər yeyilməsi də vacib məqamdır. Qida zəhərlənməsində simptomlar bəzən 2 saat, bəzənsə 1-3 gün sonra özünü biruzə verir. Qusma varsa və nəcisdə qan görülürsə, ən qısa müddətdə həkimə müraciət edilməlidir.

  • Ürək bulanması və mədə krampları
  • Qusma
  • İshal
  • Nəcisdə qan
  • Hərarət
  • Əzələ ağrıları
  • Yorğunluq

Qida zəhərlənməsi zamanı nə etmək lazımdır?

Qida zəhərlənməsi zamanı nə etmək lazımdır?

İlk növbədə bol maye içilməlidir. Beləliklə, bədənin itirdiyi mayeni təmin etmək çox vacibdir. Meyvə şirələri tərkibinə görə maye qəbulu üçün tövsiyə edilmir. Hipertoniya xəstələri istisna olmaqla duzlu ayran tövsiyə olunur. Xəstə qusmalıdır. Həkim tövsiyəsi xaricində dərman istifadə edilməməlidir.

Qida zəhərlənməsinin müalicəsi

Qida zəhərlənməsinin müalicəsi

Qida zəhərlənməsi müalicələrində ilk növbədə bədəndən xaric olunan su bol maye istehlakı ilə təmin edilməlidir. Qida zəhərlənməsində 2-3 gündən çox davam edən simptomlar üçün həkimə müraciət edilməlidir. Antibiotik müalicəsi qida zəhərlənməsində hər zaman adekvat və uyğun bir müalicə üsulu deyil. Bakteriylar bağırsaqda qalarsa, antibiotiklər bu bakteriyaların yayılmasına səbəb olacaq.

Qida zəhərlənməsi zamanı görüləcək tədbirlər

Çiy və bişmiş ətlər arasındakı təmasın qarşısı alınmalıdır. Artıq qalan yeməklər qapağı bağlı vəziyyətdə soyuducuda saxlanılmalıdır. Çöldə qalan yeməklər qızdırılıb bişirilməlidir.

Hazır qida alarkən son istifadə tarixi yoxlanılmalıdır.

Rəngi və qoxusu dəyişmiş qidalardan istifadə eməyin.

Alınan tərəvəz və meyvələr yaxşı yuyulmalıdır. Lazım gələrsə, sirkəli suya qoyulmalı və yenidən yuyulmalıdır.

Süd və süd məhsullarını soyuducuda və ya soyuq yerlərdə saxlayın.

Mənşəyi bilinməyən suları içməyin.

Qida zəhərlənməsi zamanı istifadə olunan qidalar

  • Qatıq
  • Kəklikotu çayı
  • Nanə çayı
  • Zəncəfil çayı
  • Sarımsaq

1. Qatıq

Qatıq

Süd turşusu bakteriyası olan fermentləşdirilmiş süd məhsuludur. Günəş yanıqlarının aradan qaldırılmasında da effektiv rol oynayır. Qatıq qida zəhərlənməsi üçün faydalı olan qidalar arasındadır.

2. Kəklikotu çayı

Kəklikotu çayı

Kəklikotu çayı dadı ilə məşhur olan çay növüdür. Kəklikotu çayı bir çox xəstəliyin müalicəsində istifadə olunur. Kəklikotu çayının quru və təzə olmaqla iki hazırlanma növü var. Bu çay qida zəhərlənməsinin qarşısını alır.

3. Nanə çayı

Qida zəhərlənməsi nədir? - Əlamətləri və müalicəsi

Nanə suyu və qurudulmuş yarpaqları müxtəlif sağlamlıq problemlərini aradan qaldırmaq üçün istifadə olunan qidalar arasındadır. Nanə çayı həm də qida zəhərlənməsi zamanı yaxşı təsir göstərir.

4. Zəncəfil çayı

Qida zəhərlənməsi nədir? - Əlamətləri və müalicəsi

Bir çox xəstəliyin dərmanı olan zəncəfil qida zəhərlənməsi zamanı da müsbət təsir edir. Qida zəhərlənməsi baş verərsə, zəncəfil çayı içmək lazımdır.

5. Sarımsaq

Qida zəhərlənməsi nədir? - Əlamətləri və müalicəsi

Qoxusu əksər insanlar tərəfindən sevilməyən sarımsaq bir çox xəstəliyin düşməni hesab olunur. Qida zəhərlənməsi də daxil olmaqla bir çox sağlamlıq probleminin dərmanıdır.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
6678 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 25 gün əvvəl
  • 511
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 744
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 823
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 740
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 821
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 709