Qızılca nədir?

Qızılca xüsusilə uşaqlıq dövründə çox rast gəlinən yoluxucu bir xəstəlikdir. Bədənin müqavimətini azaltdığı üçün pnevmoniya, orta qulaq infeksiyası və menengitə səbəb ola bilər. Bütün dünyada yayılmış və ciddi risklər daşıyan bu xəstəliyə qarşı peyvənd edilməsi həyati əhəmiyyə kəsb edir. Peyvəndin geniş tətbiqindən sonra xəstəliyin tezliyində 95% azalma müşahidə olunub.

Suçiçəyi, qızılca, məxmərək, 6-cı və 5-ci xəstəliklər kimi xəstəliklər səpgili xəstəliklər qrupuna daxildir. Bütün bunlar viral infeksiyalar, yəni viruslar vasitəsilə ötürülür və yüksək hərarət, öskürək kimi əlamətlər göstərir. Bu yoluxucu xəstəliklərdə səpgilər olduğu müddətdə yayılma riski var. Bu səbəbdən körpəlik və uşaqlıq dövründə peyvənd olunmaq, infeksiya ehtimalına qarşı gigiyenaya diqqət yetirmək böyük əhəmiyyət kəsb edir.

Qızılca virusu haqqında

Qızılca

Əsas yoluxucu viruslarından biri də qızılcadır. Qızılca bir çox uşağın eyni anda xəstələnməsinə səbəb ola bilər. Qızılca immunitet sisteminə çox təsir etdiyi üçün bədənin müqavimətində gərginlik yaradır. Bu da pnevmoniya, orta qulaq iltihabı, beyin iltihabı kimi digər xəstəliklərin yolunu açır. Qızılca xüsusilə qış və yaz aylarında müşahidə olunur. Bu isə məktəbli uşaqlar arasında yoluxma riskini artırır. Ona görə də məktəblilərin qızılcaya qarşı peyvənd olunması orqanizmin immuniteti üçün vacibdir.

Qızılca necə yayılır?

Qızılca paramiksovirus qrupundan olan morbilli virusunun yaratdığı xəstəlikdir. Daha çox uşaqlıqda müşahidə olunsa da, yetkinlik dövründə də baş verə bilər. Yoluxucu epidemik xəstəlik olan qızılca birbaşa təmas və ya tənəffüs yolu ilə sürətlə ötürülə bilər. Bu viruslar otaq temperaturunda bir saatdan çox qala bilir və bu hava ilə nəfəs almaqla da insana keçir.

Xəstələr səpgilər başlamazdan 4 gün əvvəl və başlayandan 4 gün sonra ətrafındakı insanları yoluxdura bilərlər. Yoluxmanın ən intensiv olduğu dövr qızdırma və öskürək kimi ilk simptomların göründüyü dövrdür. Qızılca xəstəliyinin simptomları qızılca xəstəsi ilə təmasdan 8-12 gün sonra görünür. Bir dəfə qızılca xəstəliyinə tutulmaq ona qarşı ömürlük immunitet təmin edir.

Qızılcanın əlamətləri

Qızılca soyuqdəymə və ya qrip kimi başlayır. Sonra aşağıdakı simptomlar özünü biruzə verir:

Qızdırma,
Davamlı öskürək,
Burun axması,
Gözlərdə qızartı,
İşığa baxa bilməmək,

Səpgilərdən 2 gün əvvəl yanaqda, aşağı azı dişləri səviyyəsində, çəhrayı-qırmızı halqa ilə əhatə olunmuş mavi-ağ 1 mm-lik ləkələr əmələ gəlir. Bu ləkələr bəzən ağızın digər hissələrinə də yayıla bilər. Qızılca xəstəliyinin əlamətlərindən 2-3 gün sonra üzdə və saç xəttində səpgilər əmələ gəlir. 3 gün ərzində qollara, ayaqlara və gövdəyə yayılır. Üz və boyundakı səpgilər birləşə bilər. Dəri ödəmli bir hal alır və üz şişir. Səpgilər bəzən ovuclarda və ayaqların altında da görünə bilər. Xəstəliyin şiddəti səpgilərin yayılması ilə mütənasibdir. Üçüncü gündən sonra səpgilər qəhvəyi rəng alır və get-gedə yox olur. Dəyişiklik yenə başdan ayağa doğru irəliləyir.

Səpgilər göründükcə qızdırma ən yüksək səviyyəyə qalxır. Bununla yanaşı, iştahsızlıq, halsızlıq və limfa düyünlərinin şişməsi baş verə bilər. Xəstəliyin 15-17-ci günündə orqanizm virusla mübarizə aparır və qızılcaya nəzarət edir. İmmunitet sistemi düzgün işləməyən insanlarda qızılca ciddi fəsadlara səbəb ola bilər, çünki bu zaman bədən lazımi antikorları istehsal edə bilmir.

Qızılcanın fəsadları nələrdir?

Qızılcanın fəsadları

Morbilli virusunun yaratdığı iltihab yayıldıqda və ya bakteriyalar qızılca toxumalarında yerləşdikdə fəsadlar baş verir. Orta qulaq infeksiyası və pnevmoniya daha çox müşahidə olunur. Bəzən appendisitə də səbəb ola bilər. Sinir sisteminə təsir edərək, nadir hallarda beyin iltihabına (ensefalit) və ya Guiallain Barre Sindromuna səbəb ola bilər.

Qızılca xəstəliyindən illər sonra 7-8 yaşlarda çox qorxulan Subakut Sklerozan Panensefalitin (SSPE) komplikasiyası baş verə bilər. Davranış pozğunluğu ilə başlayan və yavaş-yavaş irəliləyən SSPE, gec qeyri- iradi sancılara səbəb olur və adətən 2 il ərzində ölümlə nəticələnir.

Qızılcanın ümumi ağırlaşmalarına aşağıdakılar daxildir:

• Susuzluğa səbəb ola bilən ishal və ya qusma
• Orta qulaq infeksiyası
• Göz infeksiyası
• Laringit
• Pnevmoniya, bronxit və krup kimi tənəffüs yolları və ağciyər infeksiyaları
• Febril qıcolmalar
• Beyin iltihabı
• Sinə ağrısı
• Menengit
• Öskürək

Körpələrdə və uşaqlarda qızılca

Qızılca yüksək yoluxucu bir virusun yaratdığı bir infeksiya növüdür. Qızılca virusu olan biri öskürəndə və ya asqıranda virus damcıları havaya yayılır və səthlərə yapışır. Körpələr və peyvənd olunmamış uşaqlar virus damcılarını nəfəs alaraq və ya toxunaraq üzlərinə, ağızlarına və gözlərinə yaya bilərlər. Xüsusilə peyvənd olunmayacaq qədər kiçik olan körpələr, peyvənd olunmamış uşaqlar, hamilə qadınlar və immun sistemi problemi olanlar yoluxmuş insanlardan uzaq saxlanılmalıdır. Körpənizi virusdan uzaq tutmaq üçün əllərinizi tez-tez yumalı, öskürərkən və ya asqırarkən ağzınızı örtməli, bütün səthləri təmizləməli, evi daim havalandırmalı və insanların körpə ilə təmasını məhdudlaşdırmalısınız.

Qızılcanın müalicəsi

Qızılca başqa xəstəliklərə yol açmırsa, müalicə tələb etmir. Bununla belə, yataq istirahəti və sulu yumşaq yeməklər tövsiyə olunur. Ən vacibi yetərli maye qəbulunu təmin etməkdir. Qızılca virus infeksiyası olduğundan, ikinci bir bakterial infeksiyalar olmadığı halda, antibiotiklər tövsiyə edilmir. Göz qapaqlarını ilıq su ilə təmizləmək, yüksək hərarət zamanı qızdırma salıcı dərmanlar qəbul etmək lazımdır. Otağın havasını nəm saxlamaq vacibdir. Qızılca xəstəliyinin ağır vəziyyətlərində ölüm halı nəzərə alınaraq müalicəyə yüksək dozada A vitamini əlavə edilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) inkişaf etməkdə olan ölkələrdə qızılca xəstəsi olan hər uşağa A vitamini verilməsini tövsiyə edir.

Qızılca peyvəndi nə vaxt vurulmalıdır?

Qızılca peyvəndi uşağın doğum tarixinə görə 48-ci ayın sonunda və ya məktəbə getmə yaşında qızılca- məxmərək-parotit üçqat peyvəndləmə şəklində aparılır. Bundan əlavə, bəzi regional dəyişikliklərə görə 9-11-ci aylar arasında qızılca peyvəndinin əlavə dozaları vurula bilər.

Yetkinlərdə qızılca peyvəndi

Qızılca, məxmərək və parotit peyvəndləmələri uşaqlıqda aparılıbsa, yetkinlik dövründə revaksinasiya tələb olunmur. Bununla belə, qızılca epidemiyası riskinin böyük olduğu hərbi xidmət kimi mühitlərdə peyvəndin tək bir dozası da olsa, tətbiq edilir.

Məqaləyə emosiya bildir:
4 ay əvvəl
668 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 29 gün əvvəl
  • 542
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 878
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 949
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 775
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 851
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 3 ay əvvəl
  • 738