Qolaltı qaralmaya qarşı 12 təbii müalicə üsulu

Xüsusilə yay aylarında qadınların qorxulu yuxusuna çevrilən qoltuqaltı qaralma problemini ətraflı şəkildə araşdırmışıq. Bu məqaləmizdə qoltuqaltı qaralma problemi ilə evdə təbii şəkildə mübarizə üsullarını və qoltuqaltı qaralmasına səbəb olan faktorları oxuya bilərsiniz.

1. Soda

Qolaltı qaralmaya qarşı soda

Qoltuqaltı nahiyələri soda ilə fırçalamaq həm ağarmağa səbəb olur, həm də dezodorant və buna bənzər məhsulların zədələnməsindən qoruyur.

2. Limon

Qolaltı qaralmaya qarşı limon

Qolaltı qaralması üçün təbii ağardıcı kimi istifadə edilən limon həm də antibakterial və antiseptik xüsusiyyətlərə malikdir. Limon suyuna bir az zərdəçal, qatıq və bal əlavə edərək hazırlayacağınız qarışığı qaralmış qoltuqlarınıza çəkib 10-15 dəqiqə gözləyin. Sonra yaxşıca yuyun. Effektinin şahidi olacaqsınız.

3. Kartof

Qolaltı qaralmaya qarşı kartof

Təbii ağardıcı üsullardan biri olan kartofu 10 dəqiqə qaralmış qoltuqaltı nahiyənizə nazik dilim şəklində sürtün. Eyni prosesii rəndələnmiş kartofun suyu ilə də edə bilərsiniz. Prosedurdan sonra qoltuqlarınızı yaxşıca yuyun.

4. Zeytun yağı və qəhvəyi şəkər

Qolaltı qaralmaya qarşı zeytun yağı

3 xörək qaşığı zeytun yağı və qəhvəyi şəkəri qarışdırıb qoltuqaltı nahiyənizə sürtün. Bu proseduru yuyunmadan 2-3 dəqiqə əvvəl tətbiq edin. Həftədə iki dəfə etmək tövsiyə olunur.

5. Qabartma tozu və gül suyu

Qabartma tozu və gül suyu

Qabartma tozu və gül suyu ilə hazırlayacağınız məcunu qoltuqaltı nahiyənizə çəkin. Prosedurdan sonra hərtərəfli yuyun.

6. Ponzo daşı

Ponzo daşı

Ponzo daşı qoltuqaltında yığılan və qaralmağa səbəb olan ölü dərini təmizləmək üçün istifadə olunur. Daban daşı kimi də tanınan ponzo daşı bəzi insanlarda dəri qıcıqlanmasına səbəb olur. Ona görə də istifadə edərkən diqqətli olmaq gərəkdir.

7. Süd

Qolaltı qaralmaya qarşı süd

İki yemək qaşığı süd, bir çay qaşığı kəsmik və bir xörək qaşığı unla hazırlayacağınız xəmiri qoltuqaltı nahiyənizə çəkin. 15 dəqiqə sonra bol su ilə yuyun. Süddə olan vitaminlər və yağ turşuları dərinin ağarmasını təmin edir.

8. Kokos yağı

Qolaltı qaralmaya qarşı kokos yağı

Qolaltı rəngini açmaq qabiliyyətinə malik olan kokos yağı, tərkibindəki E vitamini sayəsində dərini qidalandırır. Marketlərdən və ya kosmetika mağazalarından əldə edilən yağla qoltuqaltılarınızı masaj edərək qaralma problemindən xilas ola bilərsiniz.

9. Alma sirkəsi

Qolaltı qaralmaya qarşı alma sirkəsi

Dəridəki bakteriyaları öldürən və qoxu əmələ gəlməsinin qarşısını alan alma sirkəsi ilə qoltuqaltıları ağartmaq mümkündür. Alma sirkəsi dərini ölü dərilərdən təmizləyir. Tətbiq etməzdən əvvəl sirkəyə qarşı allergiyanızın olub-olmadığını yoxlayın.

10. Aloe vera

Qolaltı qaralmaya qarşı aloe vera

Dəridən ölü dərinin çıxarılmasını təmin edən, antibakterial xüsusiyyət göstərən və dərini qidalandıran aloe vera ilə qoltuqaltı qaralmasından on beş gün ərzində xilas olmaq mümkündür. Yarpağı kəsdiyiniz zaman içindən gel axır. Bu geli qoltuqlarınıza çəkərək masaj edin. Əgər geli çıxarmaq çətindirsə, ortadan kəsilmiş yarpağı birbaşa qoltuqlarınıza sürtə bilərsiniz.

11. Pomidor suyu

Pomidor suyu

Pomidorları əzərək və ya sıxaraq suyunu çıxarın. Əldə etdiyiniz pomidor suyu ilə qoltuqlarınızı ovuşdurun. On beş dəqiqə qurumasını gözləyin və bu müddətdən sonra dərinizi soyuq su ilə yuyun.

12. Xiyar

Qolaltı qaralmaya qarşı xiyar

Bütün dəri tiplərinə uyğun gələn xiyar ağardıcı təsiri yüksək olan tərəvəzdir. Xiyar dilimlərini birbaşa qoltuqlarınıza çəkə bilərsiniz.

Ən yaxşı qoltuqaltı ağardıcı məhsullar

1. Herbaderm bədən ağardıcı krem

Herbaderm bədən ağardıcı krem

E və C vitaminləri ilə gücləndirilmiş yeni formulası və üstün ağardıcı təsiri ilə diqqət çəkən Herbaderm bədən ağardıcı krem ​​qoltuqaltı, dirsəklər və cinsiyyət bölgələri üçün istifadə edilə bilər. Tamamilə bitki tərkibli olan bu məhsulun tərkibində paraben və ətir yoxdur. Bundan əlavə, bu krem ​​nəmləndirici təsirə malikdir.

2. DermaDerm Gecə dəri ağardıcı və ləkə kremi

DermaDerm Gecə dəri ağardıcı və ləkə kremiv

Xüsusilə günəş ləkələri və çillərə qarşı hazırlanmış DermaDerm gecə kremi bədəninizi UV şüalarından qoruyur və qaralmanın qarşısını alır. Qolaltı nahiyəsində də istifadə oluna bilən məhsul dəri tonunu tarazlaşdıraraq ağardıcı rolunu oynayır. 6 həftə istifadədə effekt verən bu krem ​​həm də nəmləndirici funksiyasını yerinə yetirir.

3. Redist dəri ağardıcı krem

Redist dəri ağardıcı krem

Qolaltı, diz, dirsək və cinsiyyət bölgəsində istifadə üçün uyğun olan Redist dəri ağardıcı kreminin iki tona qədər ağardıcı təsiri kliniki olaraq sübut edilib. Eqzema və sızanaq kimi dəri problemlərinin yaratdığı dəri ləkələri ilə mübarizə aparan Redist dəri ağardıcı krem ​​istifadə edildiyi bölgəyə nüfuz edərək əlavə parlaqlıq və hamarlıq yaradır.

Məqaləyə emosiya bildir:
1 il əvvəl
3394 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 23 gün əvvəl
  • 492
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 722
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 803
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 724
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 802
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 694