Quduzluqdan şübhələndikdə ilk 15 dəqiqədə nələr edilməlidir?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il 150-dən çox ölkədə 59 min insan quduzluqdan ölür. İlk yardım mütəxəssisi Özlem Karagöl quduzluğun qarşısı alınmadıqda ölüm riski yüksək olan bir problem olduğunu bildirib.

Özlem Karagöl quduzluqdan baş verən ölümlərin yüzdə 59- nun Asiyada, yüzdə 36-nın Afrikada baş verdiyinə və ölənlərin yarısının 15 yaşdan kiçik uşaqlar olduğuna diqqət çəkib. Quduzluq hallarının 99 faizinin xəstə itin dişləməsindən qaynaqlandığını deyən mütəxəssis, ÜST-ün 2021-ci il məlumatlarına görə, sahibsiz itlərin hücumlarının qurbanlarının əsasən uşaqlar olduğunu qeyd edib. Onun sözlərinə görə, quduzluğun mənbəyi itlərdə 92%, pişiklərdə 2%, digər ev heyvanlarında 3%, yarasalarda 2% və vəhşi heyvanlarda isə 1%-dən az təşkil edir.

Özlem Karagöl yaranın ən az 15 dəqiqə sabun və su ilə yuyulmasının və yaraya yuyucu vasitə, yod qarışığı və ya virus öldürücü maddə tətbiq edilməsinin vacibliyini dilə gətirib. ÜST-ün tövsiyə etdiyi bu üsulun anındaca həyata keçirilməsinin lazım olduğunu, sabun olmadıqda isə yaranın bol su ilə yuyulmasını vurğulayıb.

İlk təmasdan neçə gün sonra özünü büruzə verir?

Quduzluq haqqında

Quduzluq hallarının əksəriyyətində inkubasiya müddəti 31-90 gün arasında dəyişdiyini deyən mütəxəssis, quduzluğa qarşı təsirli bir müalicə metodunun olmadığını da qeyd edib. Ən təsirli üsul isə bu xəstəlikdən qorunmaqdır. Özlem Karagöl insanlarda rast gəlinən quduzluq xəstəliyinin heyvanların müəyyən müddətdən bir peyvəndlənməsi və onlara nəzarətin təmin edilməsi, risk qrupuna daxil olan insanların maarifləndirilməsi və riskli təmasda olan insanların müvafiq tibbi yardıma çıxış imkanlarının artırılması yoluyla aradan qaldırılmasının mümkün olduğunu vurğulayıb. O, insanlara ev heyvanlarının, xüsusən də və pişiklərin quduzluğun keçməsi üçün potensial daşıyıcılar olduğunu xatırladıb.

İlkin simptomlar qripə bənzəyir

Quduzluqda ilk simptomlar

Mütəxəssis quduzluğun ilk əlamətlərinin halsızlıq, qızdırma, baş ağrısı olduğunu və qripə çox bənzədiyini diqqətə çatdırıb. Bu simptomların günlərlə davam edə biləcəyini deyən Özlem Karagöl, bu dövrün klinik xüsusiyyətlərini sistemik virus infeksiyasından ayırmağın çətinliyinə diqqət çəkib. O, xəstəliyin gedişi və digər əlamətlərlə bağlı da mühüm məlumatlar verib: “Dişlənmiş nahiyədə diskomfort, yanma və qaşınma hissi ola bilər. Beyin disfunksiyası, narahatlıq və təşviş əlamətləri bir neçə gün ərzində əmələ gəlir. Xəstəlik irəlilədikcə insanda anormal davranış, halüsinasiyalar və yuxusuzluq müşahidə edilə bilər. Kəskin xəstəliyin müddəti adətən 2-10 gündən sonra başa çatır.Quduzluğun klinik əlamətləri görünəndə xəstəlik demək olar ki, hər zaman ölümcül olur və onun müalicəsi dəstəkləyici terapiyadır”.

İki həftə ərzində ölüm reallaşır

Özlem Karagöl quduzluq səbəbindən ölümün ilk əlamətlərin görünməsindən sonra iki həftə içində baş verdiyini dilə gətirib. O, ürək-ağciyər xəstəliklərinin ən çox rast gəlinən tibbi fəsadlar olduğunu qeyd edib. Karagöl “Sinus taxikardiyası çox yayğındır və ürək döyüntüləri yüksək hərarətə görə gözləniləndən yüksəkdir. Aritmiya, ürək çatışmazlığı, hipotenziya və ürək şoku kimi müxtəlif ağırlaşmalar baş verə bilər. Şəxsiyyət dəyişiklikləri və idrak pozğunluğu kimi nevroloji tapıntılar aşkarlana bilər. Narahatlıq, depressiya və narahat əhval-ruhiyyə ümumi haldır. Göz və burun yaxınlığındakı dişləmələrdə görmə və qoxu hissi ilə bağlı halüsinasiyalar yarana bilər” – deyə bildirib.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
emotion
0
emotion
0
emotion
0
emotion
1
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
1 il əvvəl
1360 dəfə oxundu
ilk.az-çılar nə deyir?