Qulaqda küy necə yaranır? Müalicəsi varmı?

Yenilənmə tarixi: 2023-02-06

Şüyüdün faydalı xüsusiyyətləri çoxdur. Şüyüd adətən Rusiyanın cənubunda, Aralıq dənizi və qərbi Afrika zonasında yetişir. Tərkibində müxtəlif faydalı maddələr toplanıb. Eyni zamanda A və C vitaminləri ilə zəngindir. Bu yazımızda sizə şüyüdün faydaları haqqında məlumatı təqdim edək: Bəzi məlumatlara görə, şüyüd həm də qulaqda yaranan küyü aradan qaldırır. Bəs doğrudan da belədirmi?

Bununla bağlı burun, qulaq, boğaz və baş, boyun cərrahiyyəsi üzrə mütəxəssis, uzman həkim Elnur Əkbərovun məqaləsini təqdim edirik:

İddia olunur ki şüyüdü, onun toxumunu termosda dəmləyib 1-2 ay istifadə etmək qulaqdakı səs- küyün azalmasına kömək edir.

Bir LOR həkim kimi belə deyilən iddialar məndə şübhə yaradır. Ona görə də bu məsələyə abacardığım qədər aydınlıq gətirmək istədim.

Şüyüdün hansı növü, qramla, milliqramla və ya dəstə ilə istifadə olunmalıdır?

Qulaqda küy

Əlbəttə ki el təbabəti anlayışı uzun illərdir var. El təbabətində istifadə olunan üsulların hər hansı bir normativi yoxdur. Fərz edək ki, şüyüd suyu həqiqətən də qulaqda küyü aparır. Bu şüyüdün hansı növü, qramla, milliqramla və ya dəstə ilə istifadə olunmalıdır? Axı, dəqiq ölçüləri olmur çox vaxt.

Belə yazılara skeptik yanaşıram. Ola bilər, şüyüd suyu küyə səbəb ola biləcək hansısa səbəbi aradan qaldırmağa yardım etsin. Məsələn, hiperxolesterinemiya xəstəliyində xolesterinin qanda böyük miqdarına təsir etməklə xolesterini normaya gətirər və səs-küyə şüyüd yardımçı ola bilər.

Lakin bunu qulaqda yaranan bütün küylərə şamil etmək düzgün deyil. Bəlkə də şüyüd suyunun nəyəsə faydası var, amma küyə nə dərəcədə, hansı xəstəlikdə faydalı olacağı yazılmadığı üçün bunu birmənalı təsdiqləyə bilmərik.

Küyə səbəb olmuş əsas xəstəliyin müalicəsinə paralel olaraq şüyüd suyunun istifadəsi, bəlkə də daha effektiv nəticəyə səbəb ola bilər. Amma şüyüd suyu ilə tam müalicə etmək, qulaqda küy şikayətindən müraciət edən bütün xəstələri sağaltmaq, məncə, mümkünsüzdür.

Küyə nə səbəb olur?

Küyə nə səbəb olur?

Qulaqda səsin-küy, cingiltinin yaranması çox zaman adi hal kimi dəyərləndirilir. Bu problemlə üzləşənlər küyün, səsin öz-özünə keçib gedəcəyini düşünürlər. Amma bəzən qulaq küyü keçmək əvəzinə illərlə davam edir. Qulaqda səslər nədən yaranır? Bunun qarşısını necə almaq olar?Qulaqda küy qulaq və qeyri-qulaq xəstəliklərindən yarana bilər. Küyə adətən orta və daxili qulaq xəstəlikləri səbəb olur. Orta qulaqda küyə eşitmə sümükcüklərinin hərəkətinin pozulması, təbil pərdəsinin tamlığının pozulması və orta qulağın həcmini pozacaq xəstəliklər aiddir.

Daxili qulaq xəstəliklərindən küyə səbəb olan kəskin və xroniki koxlear nevrit, endolimfatik hidrops və Menyer xəstəliyini göstərmək olar. Qeyri-qulaq xəstəliklərinin arasında, mərkəzi sinir sisteminin xəstəlikləri, məsələn, dağınıq skleroz, hemorragik və ya işemik tipli qan dövran pozulmaları, baş beynin yeni törəmələri kimi patologiyalar küyə səbəb ola bilər. Bunların sırasında bir sıra endokrin, revmatoloji, kardioloji xəstəlikləri də saymaq olar.

Qulaqda baş verən səs-küyün müalicəsi düzgün diaqnozla həə olunur. Eşitmə testindən başlamış, gicgah sümüyünün kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası, timpanometriya və s kimi müayinələr aparmaqla küyün səbəbkarı aşkarlanırsa, hər bir xəstəliyə müvafiq müalicə həyata keçirilir. Əsas xəstəlikdən asılı olaraq dərmanla və ya cərrahi yolla müalicəsi mümkündür.

Qulaqda küyün müalicəsi

Nevroloji xəstəliklərin yarısı müalicə metodu ilə həll olunsa da, təxminən 50 faiz qədəri də müalicəyə tabe olmur. Digər hallarda isə əsas xəstəlik aradan qaldırıldıqdan sonra qulaqdakı küy keçə bilər.

Bir sözlə, diaqnozu dəqiq təyin edilməmiş problemi, yəni qulaqdakı küyü şüyüd və ya qeyri bir vasitə ilə müalicə etmək məsləhət deyil. Bu, həkimin düzgün diaqnoz təyin etməsini bir qədər də çətinləşdirir.

e-tibb.az

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
emotion
10
emotion
2
emotion
4
emotion
0
emotion
4
emotion
5
emotion
3
Dostlarınla paylaş:
4 il əvvəl
9941 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Sahin (3 il əvvəl)
Qulaqda olan kuyun sebebini ve tebii mualicesini yazmaginizi xahis edirem