Rotavirus ishalı nədir? Müalicəsi necə olur?

Kəskin ishalın əsas səbəblərindən biri olan rotavirus infeksiyaları adətən 2 yaşa qədər uşaqlarda müşahidə edilir. Rotavirus uşaqlarda ishalın ən çox yayılmış viral səbəbidir. Bu infeksiyalar ən çox qış aylarında və mülayim iqlimi olan bölgələrdə baş qaldırır.

Rotavirus ishalının simptomları

Rotavirus ishalının simptomları

Rotavirusa yoluxmuş uşaqlarda 2 gündən az inkubasiya dövrü qusma və qızdırma ilə özünü göstərir. Sulu, pis qoxulu, qansız ishal müşahidə edilir. Vəziyyətdən asılı olaraq ishalın müddəti 5 gündən 7 günə qədər davam edə bilər. Rotavirus diareyası olan körpələrdə qusma ilə şiddətli dehidrasiya müşahidə olunur.

Əgər uşaq gündə 4 dəfədən çox sulu nəcis ifraz edirsə, bu, ishal hesab olunur. Ana südü ilə qidalanan körpələrdə defekasiya gündə 7 dəfəyə qədər ola bilər. Dehidrasiya selikli qişaların quruması, dəri turqor tonunun azalması, aşırı yorğunluq, susuzluq hissi, mədə və baş ağrısı, uşaqlarda iştahsızlıq kimi əlamətlərlə özünü göstərir.

Rotavirus infeksiyası necə ötürülür?

Bir çox yollarla ötürülə bilən rotavirus infeksiyası ən çox xəstə insana birbaşa və ya dolayı təmasla yayılır. Xəstənin istifadə etdiyi tualet, toxunduğu oyuncaqlar kimi bir çox yerdən keçə bilər. Tənəffüs yolu ilə də ötürülə bilən bir infeksiyadır. Uşağınıza hər dəfə tualetdən çıxanda əllərini yumağı öyrətməlisiniz. Bunu əyləncəli vərdiş halına gətirmək üçün qoluna rəngli bilərzik taxa bilərsiniz.

Xəstəliyin inkubasiya dövrü əsasən 1-3 gün arasında dəyişir. İnkubasiya dövründən sonra qızdırma ilə qusma baş verir. Daha sonra sulu nəcis qarın ağrısı ilə başlayır. Güclü iştahsızlıq olur. Bu zaman orqanizmin itirdiyi suyu geri qaytarmaq çətin ola bilər. İshal 7 günə qədər davam edə bilər, qızdırma isə bir neçə günə keçir.

Rotavirus ishalının müalicəsi

Rotavirus ishalının müalicəsi

Bu xəstəliyin müalicəsində heç bir dərman müalicəsi tətbiq olunmur. Rotavirus ishalının müalicəsində ilk növbədə orqanizmin itirdiyi suyun miqdarı artırılır. Az yağlı qidalara üstünlük vermək və bol su içmək lazımdır. Xəstə 3 yaşından kiçikdirsə, ana südü ilə qidalanmalıdır. Ana südündəki antikorlar körpəni infeksiyadan qoruyacaq. Düyü, kartof, qatıq və banan kimi ishali azaltmağa kömək edən qidalar istehlak edilməlidir. Uşağınızın gün ərzində tez-tez təmasda olduğu bütün yerləri təmizləməlisiniz. Əsas müalicə yanaşması probiyotiklər və maye dəstəyidir.

Rotavirus peyvəndi

Peyvənd 6 aydan kiçik körpələrə aiddir. Peyvənd 4-8 həftəlik fasilə ilə 2 dozada tətbiq edilir. Peyvənd adi inyeksiya üsulu ilə deyil, ağız yoluyla verilir. Peyvənd tətbiq edildikdən sonra qidalanma normal şəkildə davam etdirilə bilər. Heç bir əks təsiri olmayan bu peyvəndin təhlükəsizliyi 100 %-dir.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
1 il əvvəl
2386 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 25 gün əvvəl
  • 512
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 744
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 823
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 745
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 822
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 709