Saç tökülməsinin səbəbləri

Saç tökülməsi genetik faktorlarla yanaşı, həyat şərtləri, qidalanma vərdişləri, vitamin və mineral çatışmazlığı səbəbiylə meydana gələ bilər. Kişilərdə saç tökülməsinə ən çox genetik faktorlar səbəb olur, qadınlarda isə bir neçə səbəb var.

Genetik xüsusiyyətlər, stress, pis qidalanma, saç baxımı məhsullarından ifrat istifadə, sprey və jele kimi kimyəvi tərkibi olan maddələr saç tökülməsinə təsir göstərir. Saç tökülməsi erkən müalicə edildikdə müsbət nəticələr əldə oluna bilər. Lakin tökülmə səbəbi (kişilərdə) genetik faktordursa, bunun qarşısını almaq olmur. Saç əkiminə baş vurmaq olar. Saç əkilməsi texologiyası çox inkişaf edib.

Saç tökülməsi nədir?

Saç tökülməsi nədir?

Hər sağlam fərdin orta hesabla 100 min saç telləri var və bu saç telləri özünü yeniləmək qabiliyyətinə malikdir. Gündə təxminən 100-150 saç tökülür və bu, il ərzində 2 ay davam edə bilər. Mövsümi dəyişikliklər saç tökülməsinə və bərpasına əhəmiyyətli təsir göstərir. Buna görə narahat olmağa dəyməz, çünki insan bədəninin bəzi hissələri özünü yeniləmək qabiliyyətinə malikdir və saçlar da özünü yeniləyə bilən funksiyaya malikdir.

Saç tökülməsinə təsir edən bir çox faktor var. Saçların təbii nəmlik balansının pozulması, vitamin və mineralların çatışmazlığı kimi faktorlar da bu faktorlar arasındadır. Qadınların istifadə etdiyi bəzi dərmanlar və ümumiyyətlə kimyaterapiya saç tökülməsinə səbəb ola bilər.

Saç tökülməsinin səbəbləri

Saç tökülməsinin səbəbləri nədir

Kişilərdə və qadınlarda saç tökülməsinin səbəbləri fərqlidir. Tibbi dildə bu durum "androgenetik alopesiya" adlandırılır. Saçlar ilk dövrdə tökülməyə başlayanda çox açıq sezilmir. Alın xəttindən geriləməyə başlayan saçlar, heç bir tədbir alınmasa daha da seyrəlir və arxa hissələrə qədər tökülür. Mütəxəssislər saç tökülməsi ilə bağlı bunları deyirlər: “İnsanlarda gündə 50-150 saç tökülməsi normal sayılır. Lakin tökülən saçların çox olması keçəlliyə gətirib çıxara bilər. Saç tökülməsi erkən dövrdə istifadə ediləcək bəzi müalicə üsulları ilə dayandırıla bilər. Ancaq genetik faktorlar səbəbiylə baş verirsə, bunu dayandırmaq olmur. Bu durumda son çarə kimi saç əkimindən istifadə etmək olar”.

Saç tökülməsinə təsir edən amillər

Saç tökülməsinə təsir edən amillər

Saç tökülməsinə səbəb ola biləcək bir çox amil var. Yuxarıda qeyd etdiklərimizlə yanaşı, bu amillər də mövcuddur:

  • Həddindən artıq kilo itkisi
  • İstifadə edilən bəzi dərmanlar
  • Vitamin və mineral çatışmazlığı
  • Bəzi xəstəliklər
  • Kimyaterapiya
  • Hamiləlik
  • Genetik faktorlar

Aşırı çəki itkisi saç tökülməsinə böyük təsir göstərir. 6 aya qədər davam edən bu saç tökülməsi, tədbir görüldük müvəqqəti xarakter daşıyır, əks təqdirdə, daimi keçəlliyə səbəb ola bilər. Saç tökülməsinin səbəblərindən biri də istifadə edilən bəzi dərmanlardır. Qan durulducu dərmanlar, artrit, depressiya, ürək xəstəlikləri və yüksək təzyiq xəstələri tərəfindən istifadə edilən dərmanlar saç tökülməsinə səbəb ola bilər.

İnsan bədəninin vitamin və minerallara ehtiyacı var. Saçların böyüməsi, sağlam qalması bu vitamin və minerallardan asılıdır. Vitamin və mineral çatışmazlığı saç tökülməsinə səbəb olur. Xərçəng xəstələrində və bəzi xəstəliklərin son mərhələlərində müalicə üsulu olaraq istifadə edilən
kimyaterapiya saç tökülməsinə səbəb olur. Hamiləlik, bədənin müxtəlif yerlərində dəyişikliklərin baş verdiyi bir dövrdür. Kilo alma, qidalanma dəyişikliyi və hormonal səviyyələrin dəyişməsi saç tökülməsinə gətirib çıxara bilər.

Saç tökülməsinin qarşısını necə almaq olar?

Saç tökülməsinin qarşısını necə almaq olar?

Saç tökülməsinin qarşısının alınması həm də insanın özündən asılıdır. Bunlara diqqət etsəniz, sağlam saçlara sahib olarsınız.

  • Siqaret və alkoqol kimi maddələrdən uzaq olun.
  • Çox stresli bir işiniz varsa, dəyişdirin.
  • B qrupu vitaminlərindən istifadəyə diqqət yetirin.
  • Saç spreyi və gel kimi saçları sərtləşdirən məhsullardan istifadə etməyin.
  • Yüksək miqdarda miqdarda A vitamini qəbul etməyin.
  • Yemək vərdişlərinizi dəyişdirin.
  • Gündəlik, həftəlik və aylıq saç baxımı müalicələrini tətbiq edin.
  • Saça qulluq yağı istifadə edin.
Məqaləyə emosiya bildir:
emotion
2
emotion
4
emotion
0
emotion
2
emotion
6
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3848 dəfə oxundu
ilk.az-çılar nə deyir?