Sağlam olmaq öz əlimizdədir, sağlam olmaq üçün bütün 1 günü necə keçirməliyik?

Yenilənmə tarixi: 2022-06-14

İnsanlar üçün bədənin sağlam qidalanması və düzgün qrafik əsasında fəaliyyət göstərməsi çox önəmlidir. Çünki bununla həm orqanizm sağlam və gümrah qalır, həm də erkən qocalmanın qarşısı alınır, həm gün ərzində işdə aktiv şəkildə fəaliyyət göstərməyə kömək edir. Ona görə də bu mövzuda bir neçə vacib nüanslara diqqət və əməl etmək lazımdır.

İnsan orqanizmi saat 06:00-da oyanır. Amin turşuları, hormonlar və şəkərin ifrazı başlayır. Odur ki, saat 6-da oyanmaq faydalıdır, lakin şəkər və alkoqoldan uzaq durmalısınız.

Sağlam olmaq

Ürəyimizin fəaliyyəti isə saat 07:00-da güclənməyə başlayır. Çalışın ki, bu saatda nə idman edin, nə də ürəyin yüklənməsinə səbəb olacaq hər hansı bir hərəkət etməyin. Yaxşısı budur ki, bu vaxt acqarına bir stəkan su için və sonra səhər yeməyi yeyin.

Qan analizi vermək istəyənlər isə saat 08:00-ı gözləsinlər. Saat 8 qan analizi üçün ideal zamandır, bir saatdan sonra stresdən dolayı qanın tərkibi artıq dəyişəcək.

Zehni əməklə məşğul olan şəxslər üçün ən mükəmməl zaman 10:00-dır. Çünki beyin artıq daha oyaq olur. Beynin çətin məsələləri həll etmək və vacib qərarlar vermək qabiliyyəti yüksəlir. Bədənin temperaturu isə artır.

Həm bol-bol qidalanıb, həm də kökəlmək istəmirsinizsə, o zaman saatların 11:00 olmasını gözləməlisiniz. Həmin vaxtda bədən yağ yandırır. Odur ki, ürəyiniz istədiyi hər şeyi yeyə bilərsiniz. Ürək döyüntüsü və qan dövranı optimal səviyyəyə çatır.

Oksigen çatışmazlığını kompensasiya etmək üçün saat 12:00 əla vaxtdır. Açıq pəncərə qarşısında oturun və otağı havalandırın. Yeganə aktiv orqan mədədir, o yeməyin həzm olunması üçün mədə şirəsi ifraz edir.

Orqanizmin rahat həzmi üçün saatların 13:00-ı göstərməsi lazımdır. Bu vaxt orqanlarımız həzmə proqramlaşdırılır. Saat 13:00-da nahar edin və özünüzə kiçik istirahət verin. Yaxşı olardı ki, bu saatda əsəbiləşməyəsiniz, naharı sakit şəraitdə yeyəsiniz. Orqanizmə imkan verin ki, qidalı maddələri həzm etsin.

Saat 14:00-da yaşam gücünüz minimuma düşür. Vücudunuzun dincəlməyə maksimum şəkildə ehtiyacı var. Bir saatdan sonra isə beyin yenidən aktivləşir, çalışmağa davam edə bilərsiniz. Bu vaxt həm də ev işləri üçün ideal zaman göstəricisidir. Saat 16:00-da isə beyindən sonra bədən oyanır. Odur ki, fiziki məşqlər üçün ideal vaxtdır. Ağciyərlər və nəfəs yolları açılır. Təmiz havada gəzin. Bu, həm də mədəyə faydalı olacaq.

Sağlam olmaq üçün nə etməli

Sırf fiziki əməklə məşğul olanlar üçün 17:00 uyğun zamandır. Biznesmenlər özünə daha əmin olur, rəssamlar şedevrlər yaradır, idmançılar isə ən yaxşı nəticələrini qazanırlar.

Saat 18:00-dır, deməli, vaxt mədəni istirahətindir. Dırnaqlar və saçlar daha sürətlə uzanır. Bədən bir az yorğun düşür. Sinirlər ağrı və qəzəbə daha güclü reaksiya verir.

necə sağlam yaşayaq

Saat 19:00-da isə bədən müalicəyə, dəri isə kosmetik prosedurlara qarşı çox həssasdır. Dəri məsamələri açılır, diqqət zəifləyir, beyin rahatlaşır.

Görmə qabiliyyətimiz isə saat 20:00-da güclənir. Geyim seçimi üçün ən yaxşı vaxtdır. 20:00-dək şam etmək lazımdır, çünki bundan sonra orqanizm zəifləyir. Qaraciyər fəal işləyir, odur ki, bu saatda spirtli içkilər qəbul etmək daha məntiqlidir.

Bədən temperaturu və maddələr mübadiləsi saat 21:00-dan sonra aşağı düşür. Bu saatda xüsusilə ağır tərkibdə qidalanmaq olmaz. Çünki yemək tam həzm olunmur. Sadəcə mədə və qaraciyər işləyir.

Saat 22:00-da qaraciyər işini dayandırır. Siqaret çəkməyin, çünki bütün nikotin dərhal orqanizmə daxil olacaq, qaraciyər isə onu təmizləməyəcək.

İstəməsək də, saat 23:00-da yuxuya getməyə başlayırıq. Maddələr mübadiləsi, temperatur, ürək və sinirlərin aktivliyi minimuma qədər azalır. Stress hormonu olan “kortizol” artıq istehsal olunmur. Cavan qalmaq istəyirsinizsə, yatağa bu saatda girmək lazımdır. Bu saatda həm də dəri hüceyrələrinin bərpası başlayır.

Saatlar 24:00-ı göstərdikdə isə bədən növbəti gün üçün bütün resurslara qənaət edir. Bu anda yatmaq lazımdır.

Sağlam bədən və aktiv fəaliyyət üçün bütün bunlara əməl edin. Unutmayaq ki, hər şeyin öz vaxtı olduğu kimi, hər bir orqanın da öz oyanma vaxtı var.

Mənbə: ikisahil.az , Yaqut Ağaşahqızı

Məqaləyə emosiya bildir:
emotion
8
emotion
0
emotion
2
emotion
1
emotion
3
emotion
0
emotion
1
Dostlarınla paylaş:
3 il əvvəl
6622 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Gunel (3 il əvvəl)
Mukemmel mende emel edecem