Siqareti tərgitmək istəyənlər üçün 10 məsləhət

Yenilənmə tarixi: 2022-05-20

Siqaretin sağlamlığa zərərli olduğunu hamımız bilirik. Ancaq çoxları bunu bilsələr də, bu vərdişlərindən əl çəkmirlər. Siqaret çəkmək ağciyər xərçəngi, ürək xəstəliyi, yüksək təzyiq, alzheimer riskini artırır. Həmçinin, cinsi orientasiyaya və yaddaşa pis təsir edir.

Siqareti necə tərgitmək olar?

İlk addım: evinizi təmizləyin.

Siqareti tərgitmək

Siqareti tərgitməyə evinizi təmizləməkdən başlayın.

  1. Külqabıları boşaldıb bir kənara atın.
  2. Siqaret qoxusu gələn paltarlarınızı yuyun
  3. Xalçaları, şkafları, döşəməni silib-təmizləyin.
  4. Avtomobilinizi də təmizləyin
  5. Siqaret qoxusunu aparan spreydən istifadə edin.

Evinizi siqaret çəkilməyən bölgə elan edin. Evdə, maşında və digər yerdə yanınızda siqaret çəkməməyi xahiş edin.

İkinci addım: təhrikedici hər şeyi aradan qaldırın.

siqareti necə tərgitmək olar

Siqaret çəkməyə təhrik edən bəzi şeylərdən imtina etməlisiniz. Onlar aşağıdakılardır.

  1. Qəhvə içməyin. Bu vacib məqamdır. Qəhvə əvəzinə su için.
  2. Siqaret çəkən dostlarınızla bir müddət görüşməyin.
  3. Siqaretin qadağan olduğu yerlərdə daha çox vaxt keçirin.

Üçüncü addım: əllərinizi və ağzınızı məşğul saxlayın.

Siqareti 10 addımda tərgitmək

Ağzınızı məşğul etmək üçün şəkərsiz saqqız çeynəyə, ayçiçəyi toxumları yeyə bilərsiniz. Nazik doğranmış kök də yemək olar.

Əlinizdə qələmlə gəzin və ya kauçukla vaxt keçirin. Stress topu, krossvord, kitab oxumaq kimi məşğuliyyətlərə önəm verin.

Dördüncü addım: nəfəsi geniş şəkildə alıb-verin.

siqaretin zərərləri

Dərindən nəfəs alın və astaca verin. Bu, sakitləşməyinizə kömək edəcək. Dərindən nəfəs almaq siqareti tərgitmək istəyənlər üçün çox vacib amildir. Bədənin nikotin istəyini azaldır və ruh halını yaxşılaşdırır.

Dərindən nəfəs almağın yolları:

  1. Düz kresloya əyləşin.
  2. Əllərinizi qarnınıza qoyub rahatlayın.
  3. Qarnınızı genişlədib 5 saniyəlik dərindən nəfəs alın.
  4. Nəfəsinizi tutub 3-ə qədər sayın.
  5. Bu prosesi 10 dəqiqə təkrarlayın.

Beşinci addım: çoxlu su için.

Siqaretin ziyanları

Nikotin asılılığının qarşısını alan vasitələrdən biri də sudur. Orqanizmin toxsinləri xaric etmək üçün suya ehtiyacı var.

Daha çox su içərək idrara daha çox gedərsiniz, bu da orqanizmi zəhər

Akupunktura siqaret istəyini azaldır. Bədənin rahatlamasına imkan verən endorfinlərin (təbii ağrıkəsicilər) sərbəst buraxılmasını təmin edir. Bu da sinir pozğunluğunu, narahatlığı azaldır. Araşdırma zamanı akupunktura müalicəsi alan insanların siqareti tərgitmək istəyinin azı 5 il davam edəcəyi məlum olub.

Yeddinci addım: yeni bir hobbi tapın.

Siqareti tərgitmək üçün hobbi

Nikotinlə mübarizədə yeni hobbi tapmaqmühüm məqamdır. Rəsm, yazarlıq, musiqi alətlərində ifa etmək belə məşğuliyyətlər arasındadır. Zehninizi, beyninizi məşğul edir. Araşdırmaya görə, hobbilər siqareti tərgitməyə kömək göstərir.

Səkkizinci addım: meditasiya ilə məşğul olun.

Siqareti tərgitmək üçün meditasiya

Meditasiya siqareti tərgitməyə psixoloji olaraq kömək edir. Meditasiya mənfi ruh halıyla mübarizəyə sövq edir, sakitlik bağışlayır. Stressi azaldır.

Stress və qayğılar azalsa, siqaretə olan istək də azalar. Meditasiya ilə məşğul olanların böyük əksəriyyəti siqaret çəkmir və yaxud tərgidir.

Doqquzuncu addım: davamlı olaraq məşq edin.

Siqareti tərgitmək üçün məşq

Cürbəcür idman hərəkətləri etmək sağlamlığa faydalıdır və siqareti tərgitməyi asanlaşdırır. Həmçinin, baş ağrısını səngidən endorfinlərin əmələ gəlməsini təmin edir.

Araşdırma zamanı idman edən insanların siqareti daha asan tərgitdikləri müəyyənləşib. İdman nikotin asılılığına son qoyur.

Bədən siqaret tələb etdikdə açıq havada 10 dəqiqə gəzin.

Onuncu addım: meyvə, tərəvəz yeyin.

Siqareti tərgitmək üçün meyvə yeyin

Siqareti tərgitmək istəyərkən pəhriz saxlamaq vacibdir. Meyvə və tərəvəzlər orqanizmdə nikotin istəyini aşağı salır. Ona görə, meyvə və tərəvəzlərə üstünlük verin.

Meyvələri dilimləyin, siqaret istəyərkən ağzınızı meyvə dilimləri ilə məşğul edin.
Dişlərinizi tez-tez fırçalayın. Siqaret yandırmaq əvəzinə şam yandırın, başınızı belə qatın.

İsti duş qəbul edin, meditasiya ilə məşğul olun, kitab oxuyun. Yaxınlarınızdan kömək istəyin, məsləhət alın.

Unutmayın, siqareti tərgitmək öz əlinizdədir, iradəniz daxilindədir.

Siqaret haqqında digər məqalələrimiz:

Məqaləyə emosiya bildir:
3 il əvvəl
4752 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 24 gün əvvəl
  • 505
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 738
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 816
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 736
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 812
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 703