Stressdən necə qurtulmaq olar?

Yenilənmə tarixi: 2021-12-19

Salam, əziz xanımlar, bu gün sizlərlə bir türk xanımının stresden və gərginlikdən necə xilas olduğu haqda xəbər paylaşmaq istəyirəm. Çağla Büyükburc adlı xanımın bu cür stresdən xilas olur.

Fasilə verin.

Fasilə vermək

Çox vaxt işiniz və ya əhəmiyyətli bir layihə sizin stress qaynağınıza çevrilir. Buna görə də işinizə kiçik bir ara vermək stress azaltmağın ən asan yoludur. Sadəcə özünüzü işdən uzaqlaşdıraraq, gerçək mənada işdən uzağa gedərək istirahət edə bilərsiniz. Bu xüsusilə uzun və yorucu işlər üçün etibarlıdır. Buna görə biraz fasilə verin, bir stəkan çayla beyninizi biraz istirahət etdirin. Vaxt itirməklə əlaqədar narahatlıqlarınız varsa, saat qurun, saata baxmayın və siqnal çalana qədərki müddəti sadəcə özünüzə ayırın.

Dərindən nəfəs alın.

Dərindən nəfəs almaq

Nəfəs alma... Nə qədər vacib ola bilər? İnsanların çoxunun rahatlaşdıran və stressi azaldan bir şəkildə nəfəs almadığını eşidəndə təəccüblənə bilərsiniz. Stressə qarşı tənəffüs dərin və müntəzəmdir, nəfəsin inhalyasiyası və ekshalasiyası az-çox eyni uzunluqdadır. Çox vaxt insanlar nizamsız, yüngül nəfəs alır və ya nəfəslərini tuturlar. Başqalarının tənəffüs üsullarına diqqət yetirsəniz, bunu asanlıqla görə bilərsiniz. Nəfəs almaq bizə hər hüceyrənin güclü və sağlam qalması üçün lazım olan oksigeni almağa imkan verir. Fiziki, zehni və emosional enerjimizi artırır. Bizi gərginlikdən və təzyiqdən uzaqlaşdırır. Nəfəs almağımız həmişə bizimlə olan bir funksiyadır; Dərin nəfəs rahatlaşdırıcı bir texnikadır və pulsuzdur.

Sağlam bir nahar edin.

Sağlam bir nahar

Bəzən bədənimizin stresin qarşısını almağı üçün uyğun bir gücə ehtiyacı olar. Ruh halınızı düzəldib stressi azaldacaq sadə sayıla bilən və tez hazırlanan bəzi qəlyanaltılar arasında bananı, fındıq əzməsini, quru qaysını, fındığı və ya təzə və şəkərsiz olan hər hansı bir qidanı saya bilərik. Bir meyvə qarışığı və ya təzə sıxılmış portağal suyu da möcüzəvi variantlardandır.

Duş qəbul edin.

Duş qəbul etmək

Bu günün ortasında müraciət edə bilməyəcəyiniz bir çıxış yolu ola bilər. Ancaq əgər edə bilsəniz, mütləq bir duş qəbul edin. Bu stressi qovan, sizi rahatladan və zehininizi boşaltmaq üçün möcüzəvi bir üsuldur. İlıq suyun altında dayanmaq bəzən mənim günümün ən rahat anlarını yaradır, uşaqlarım doxsan saniyə sonra qapını yumruqlamağa başlasa belə. Mənim günorta duşlarım mənə özümlə tək qalmaq, zehnimi boşaltmaq, istirahət etmək və hətta bəzən zehni bir böhranı aşmaq üçün şans yaradır. Əlavə təmizlik heç bir zaman pis deyil!

Arxaya söykənin.

Arxaya söykənmək

Günəşi salamlamaq və ya sadəcə ayaq barmaq uclarınıza toxunmaq üçün bir dəqiqə ayırın. Qanınızın bədəninizə pompalanmasına icazə verin və mənfi enerjinizdən xilas olun. İşə bağlanıb getmək və başa düşmədən kompyuterin yanında əsəbi halda üç saat keçirmək elə asandır ki. Bir dəqiqə özünüzə vaxt ayırın, geri gedin, stula söykənin və bir az istirahət edin.

Çölə çıxın.

gəzmək

Təmiz hava və gün işığı xoşbəxtlik dərmanlarının ən təbii halıdır! Günəş işıqlarından bir az D vitamini almaq özünüzü yaxşı hiss etmənizi təmin edər, ruh halınızı göylərə çıxarda bilər.

Məşq edin.

idman etmək

Gündəlik idman etmək stress hormonu olaraq da bilinən kortizolun azalmasına kömək edə bilər. Adekvat fiziki fəaliyyət həm də stress səbəbiylə pozula bilən yuxu rejiminin nizamlanmasını təmin edir. O, həmçinin xoşbəxtlik hormonu adlanan endorfinlərin ifrazını təşviq edir. Gün ərzində gəzintiyə çıxa və ya istirahətinizə kömək edəcək yoqa kimi bir təcrübəni həyatınıza daxil edə bilərsiniz.

Musiqiyə qulaq asın.

Musiqiyə qulaq asmaq

Yüngül templi musiqi; Bu, ürək döyüntüsünüzü yavaşlatmağa, qan təzyiqini aşağı salmağa və stressinizi azaltmağa kömək edir. Yağış, külək, quş kimi təbiət səslərindən ibarət musiqi siyahısı hazırlayıb nəfəs məşqləri zamanı və ya gəzinti zamanı dinləyə bilərsiniz. Özünüzü daha enerjili hiss etmək üçün daha yüksək səsli alətlərlə musiqi seçə bilərsiniz. Gününüzə Aralıq dənizi ritmlərini qatmaq üçün Dalnda Hayat Var adlı pleylistimizi dinləyə bilərsiniz.

Əllərinizi yuyun.

Əlləri yumaq

Çox ciddiyəm. Bu, həqiqətən, işə yarayır, and içirəm! Ağlınızdan milyon fikir keçərkən ən sevdiyiniz sabununuzu götürün, sonra da gözəl bir əl kremi alın və əlinizi yuyaraq stress atın. İlıq su, gözəl iy, bədən təması... Bunların hamısı əhvalınızı yüksəldərək zehininizi rahatlaşdırar. Mən gündəlik işlərimi və axşam yeməyi fikirlərimi əllərimlə maraqlanarkən planlamağı sevirəm.

Bir dostunuza zəng edin.

dosta zəng etmək

Bəzən sadəcə öz fikirlərimizdən uzaqlaşmaq və ən yaxın dostumuzla danışmaq istəyərik. Sadəcə sizi nəyin sıxdığından danışsanız belə, yaxşı hiss etmənizə və hətta bəzən problemi həll etmənizə kömək edə bilər. Həm də ki, yaxşı dostlar nə üçün vardır? Onları axtarın, bir az söhbət edin və bunun sizi nə qədər yaxşı hiss etdirdiyini görün.

Keçmiş şəkillərə baxın.

Keçmiş şəkillərə baxmaq

Əvvəlki şəkillərinizə baxmaq sizdə xoş xatirələr yaradacaq və bununla da xoş təəssüratları üzünə qapı açacaqdır. Bundan əlavə sevdiklərinizin, ailənizin də şəkillərinə baxa bilərsiniz.

Minnətdarlıq gündəliyi

gündəlik tutmaq

Məhsuldarlığa dair bütün motivasiyanızı alıb aparan narahatlıq keşiklərinə qarşı minnətdarlıq gündəliyi kefinizi yerinə gətirməkdə kömək edə bilər. Ən çox təşəkkür duyduğunuz şeyləri bir yerə yazmaq sizi psixoloji sərhədləri aşmağınız üçün motivasiya edəcək. Köhnə xatirələrinizi oxumaq belə narahatlıq və stressi aradan qaldırmaq üçün olduqca faydalı bir üsuldur.

Bir selfie çəkin.

selfie çəkmək

Kefinizi geri gətirmək üçün bir selfie çəkin. Bunu bilirsiniz ki, müvəffəqiyyətli bir selfie üçün o gözəl gülüşünüzü geri gətirməli və ya sizə aid o maraqlı üz ifadəsini kameraya göstərməlisiniz, elə deyilmi? Hətta indidən əhvalınız biraz da olsun düzəldi!

Əhvalı yüksəldən gözəl sözlər

Əhvalı yüksəldən sözlər

Seçilmiş kefinizi açan gözəl sözlərinizi və ifadələrinizi hər zaman görə biləcəyiniz bir yerə qeyd edin ki, hər gördüyünüzdə kefiniz biraz daha yerinə gəlsin. Bu məşhur bir kitabdan sitat da ola bilər, bir şeir də ola bilər. Mən üzərində "Səbirli ol!" yazılan bir kağızı hər zaman stolumda saxlayıram ki, həm uşaqlarıma, həm də özümə həmişə sakit qalmağı xatırladım. Siz də eynisini etməyi yaddan çıxarmayın.

Biraz uzanın.

uzanmaq

Əgər hər şeyi yoxladınızsa və yenə də stressdən can qurtara bilmədinizsə, yatmağa keçin. İşığı söndürün, pərdələri bağlayın, zehininizi təmizləyin, göz qapaqlarınızı yumun və qoyunları saymağa başlayın. Çox vaxt üzərindən stressə düşdüyünüz şeylər buna dəyməyən şeylərdir və yenə çox vaxt öz-özlərinə həll edilər. Yatmaq bir gərginlik böhranına girməkdən çox yaxşıdır.
Bunlar mənim ən işə yarayar stress və gərginlikdən xilas olma yollarımdı. Bəs sizin stresslə döyüşmə yollarınız nələrdir?

Qadın.net

Məqaləyə emosiya bildir:
emotion
10
emotion
0
emotion
0
emotion
0
emotion
3
emotion
0
emotion
0
Dostlarınla paylaş:
4 il əvvəl
7061 dəfə oxundu
ilk.az-çılar nə deyir?