Süd verən ana oruc tuta bilərmi?

Süd vermə dönəmində bir çox qadın Ramazan ayında oruc tutub-tutmamaq mövzusunda tərəddüd yaşayır. Sağlam qidalanma mütəxəssisi Betül Merd süd verən qadınlar üçün Ramazan təklifləri mövzusunda məlumat verib.

Süd vermə dönəminin ilk 6 ayı ərzində yalnız ana südüylə qidalanan körpənin anası ilə 6 ayını keçən və əlavə qidalarla da qidalandırılan körpənin anası üçün oruc tutmaq mövzusu ayrı-ayrı dəyərləndirilməlidir. Ananın oruc tutub-tutmayacağına körpənin neçə aylıq və ya neçə yaşında olduğuna görə qərar verilməlidir. Süd vermə dönəmində oruc tutmaq körpəyə zərər vermir. Alınan kalori miqdarının oruc zamanı azalması südün miqdarını azaltmır.

Süd verərkən oruc tutmaq sağlamlığa zərər verərmi?

24 saata qədər ac qalmaq südün miqdarını və ya qidalanma dəyərini dəyişdirmir. Lakin analar oruc tutduqları müddətdə aclığın təsirini halsızlıq və bitkinliklə hiss edə bilərlər. Bu əlamətlərə tez-tez məruz qalan ana oruc tutmamalıdır. Araşdırmalar göstərir ki, Ramazan ayında oruc tutan anaların körpələrində çəki və böyümədə bir dəyişiklik baş vermir. Süd vermə dönəmində az qida yeyib, çəki salan qadınlarda da südün yağ tərkibi dəyişir, lakin miqdarı azalmır. Çinko, maqnezium və kalsium kimi elementlərin ana südündəki miqdarı az olduqda iftarla imsak arasındakı ac qalınan müddətin sonunda keyfiyyəti yüksək olan qidalara üstünlük verilməlidir.

Körpənizin yetərincə süd almadığını aşağıdakı əlamətlərdən hiss edə bilərsiniz:

- Bezini daha az isladacaq. Gündə azı 6 dəfə bezini islatmalıdır.

- Süddən doymadığı üçün narahat olacaq, ağlayacaq və məməni buraxmaq istəməyəcək.

- Əl və ayaqları soyuyur.

- İdrarı tünd rəngdə olur.

- Çəki itirəcək.

Oruc tutmaq süd verən qadının südünə təsir edərmi?

Oruc tutmaq süd verən qadının südünə təsir edərmi?

Uzun müddət davam edən aclıq, susuzluq, yorğunluq və yuxusuzluq kimi səbəblər süd vermə dönəmində oruc tutan ananın südünün miqdarını azalda bilər. Xüsusən orqanizmin uzun müddət susuz qalması südün miqdarının azalmasına səbəb ola bilər.

Südün miqdarı qədər tərkibi və zənginliyi də önəmlidir. Süd verən ana oruc tutduqda südün tərkibində fərqlilik yarana bilər. Ana südündə olan A, C və E vitaminləri xaric, digər vitaminlər azala bilər. Xüsusə 6 aylığa qədər olan körpələrə süd verən qadınların oruc tutmaması tövsiyə olunur.

Süd verərkən oruc tutmaq sağlamlığa zərər verərmi?

Süd verən anaların oruc tutması onların sağlamlığına mənfi təsir göstərə bilər. Ananın qan şəkəri düşə və ya susuz qala bilər. Xüsusən də uzun müddər uzun müddət davam edən susuzluq səbəbiylə sağlamlığa ziyan dəyə bilər. Oruc tutmağa qərar verən süd verən qadınlar aşağıdakı durumlardan biri ilə üzləşdikdə, orucu dayandırmalıdırlar:

- Sarı və qoxulu idrar yarandıqda.

- Davamlı başgicəllənmə hiss edildikdə.

- Keçməyən yorğunluq yaşandıqda.

Süd verən qadınlar oruc tutduqda necə qidalanmalıdırlar?

Süd vermə dönəmində oruc tutmaq istəyən qadınlar vitamin və minerallarla zəngin qidalara üstünlük verməlidir. İftardan imsaka qədər olan müddətdə bol su içilməlidir.

Süd verən qadınların artan maye ehtiyacına dəstək olub, ana südün artmasına kömək edən qidalar bunlardır: su, yulaf, yerkökü, balıq, xurma, əncir, yaşıl yarpaqlı tərəvəzlər, noxud, quru meyvələr, şüyüd və s. Oruc tutmaq istəyən analar mütləq imsaka qalxmalı və çox da ağır olmayan qidalar qəbul etməlidir. Budönəmdə körpənin qidalanma rejimi dəyişdirilməməli, əvvəlki kimi davam etdirilməlidir.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3172 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 24 gün əvvəl
  • 505
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 738
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 816
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 736
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 812
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 703