Suyun az bilinən faydaları

İlin bütün fəsillərində su içməyə diqqət etməliyik. Gün ərzində azı 2,5 litr su içmək lazımdır. Çünki su orqanizmin ən vacib qidasıdır. Suyun az bilinən faydalarını sizə təqdim edirik.

1. Beyni qidalandırır

Su beyni qidalandırır

İş qrafikiniz gərgindirmi? Toplantılar, zənglər sizi çox yorur? Unutqanlıq və konsentrasiya əskikliyinin mərkəzi beyindir. Su içərək beyninizi qidalandıra bilərsiniz.

2. Ürəyin yorulmasının qarşısını alır

Su ürəyin yorulmasının qarşısını alır

Pilləkənləri qalxanda, yeriyəndə yorulduğunuzu hiss edirsinizsə, içdiyiniz suyun miqdarını artırmalısınız. Su qanı artırır və beləliklə ürək qan pompalamaq üçün daha az işləyir.

3. Həyat keyfiyyətini artırır

Su həyat keyfiyyətini artırır

Əzələlərimizin 75%-i, sümüklərimizin 22%-i, qanımızın 83%-i sudan ibarətdir. Susuz qaldıqda bədənin bu hissələri işləmir. Harvard universitetində aparılan araşdırma nəticəsində məlum olub ki, gündə 2-3 litr su içdikdə stress azalır. Su orqanizmin əskiksiz fəaliyyət göstərməsini təmin edir.

4. Qəbizliyin qarşısını alır

Su qəbizliyin qarşısını alır

Qəbizliyin qarşısını alır. Su sərt nəcisi yumşaldır. Həzm sisteminin rahat işləməsində lifli qidalar da önəmli yer tutur. Su istifadəsi az olduqda bədən lifləri təsirli bir şəkildə istifadə edə bilmir.

5. Dərini qidalandırır

Su dərini qidalandır

Gün ərzində qarşılaşdığımız hər şey dərimizə təsir edir. Zaman keçdikcə qırışlar və çatlaqlar əmələ gəlir. Çoxlu su içmək dəridəki qırışları və çatları azaldır.

6. Metabolizmanı sürətləndirir

Su metabolizmanı sürətləndirir

Yeməklə birlikdə su içmək çox faydalıdır. Bu zaman mədəyə daha az qida alınır. Beləliklə, metabolizma sürətlənir.

7. Saç tökülməsinin qarşısını alır

Su saç tökülməsinin qarşısını alır

Saçları tökülənlər su istehlakına önəm verdikdə saç tökülmələrində azalma meydana gəlir.

8. Həzmi asanlaşdırır

Su həzmi asanlaşdırır

Səhər oyandıqda iki stəkan su içmək daxili orqanlarınızı hərəkətə keçirərək həzmi asanlaşdırı.

9. Yuyunduqca başınız hərlənməz

Suyun faydaları

Yuyunmamışdan əvvəl su için. Bu halda hamamda başınız hərlənməz.

10. İnfarkt və beyin qanamasının qarşısını alır

Su beyin qanamasının qarşısını alır

Yatmazdan əvvəl su içmək infarkt və beyin qanaması kimi durumların qarşısını alır.

11. Ağız qoxusunun qarşısını alır

Su ağız qoxusunun qarşısını alır

Gün ərzində az qidalanmaq və kifayət qədər su içməmək tüpürcəyin miqdarını azaldır. Tüpürcək istehsalının azalması səbəbindən ağız təmizliyi üçün vacib olan maye də azalır. Bu durumda pis ağız qoxusu meydana gəlir. Çox su içməklə bu problemi həll etmək olar.

12. Streslə mübarizə aparır

Su streslə mübarizə aparır

Beyin toxumasının 85%-i sudan ibarətdir. Bədənizimdə yetərincə su olmadıqda özümüzü stress altında hiss edə bilərik. Susuz qalan beyin toxumaları su içmək üçün mütəmadi olaraq bir istək duymağımıza səbəb olur.

13. Böyrək daşı riskini azaldır

Su böyrək daşı riskini azaldır

Qanımız hüceyrələr üçün lazımi oksigeni və digər maddələri su ilə birlikdə daha sürətli daşıyır. Su istifadəsi az olduqda qanın həcmi azalır. Bu da qan dövranına mənfi təsir göstərir.

14. Əzələ kütləsini qorumağa kömək edir

Su əzələ kütləsini qorumağa kömək edir

Xüsusən əzələ inkişaf etdirici məşqlər edərkən su içməyə fikir vermək lazımdır. Bədəndəki əzələ kütləsi artdıqca su ehtiyacı da artır. Həm məşqdən əvvəl, həm də sonra su içmək gərəkdir.

15. Reflüksün ən təbii müalicə üsuludur

Su reflüksün ən təbii müalicə üsuludur

Həyat keyfiyyətimizi ciddi nisbətdə azaldan və müalicə edilmədikdə qida borusu xərçənginə çevrilə bilən reflüksə qarşı kifayət miqdarda su içmək faydalıdır. Çünki su içmək insanlarda reflüksü azaldır.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
2573 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 3 ay əvvəl
  • 947
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 5 ay əvvəl
  • 1262
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 5 ay əvvəl
  • 1310
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 5 ay əvvəl
  • 1150
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 5 ay əvvəl
  • 1343
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 5 ay əvvəl
  • 1081