Təmizlik xəstəliyinin əlamətləri və müalicəsi

İfrat qorxu, narahatlıq və vəsvəsələrin müşahidə olunduğu və insanın bunların yaratdığı çətinlikləri aradan qaldırmaq üçün müxtəlif tədbirlər gördüyü xəstəliyə təmizlik xəstəliyi deyilir. Təmizləmə xəstəliyinə tutulan şəxsözünün, paltarının və ya evdəki hər şeyin çirkli, tozlu və mikroblu olduğunu düşünür. Nəticədə isə bəzi davranışlar sərgiləyir.

Təmizlik xəstəliyinin simptomları:

Təmizlik xəstəliyinin simptomları

Əllərin daim yuyulması
Bu səbəbdən insanın əllərinin dərisi soyulur və ya ekzema olur
Hamamda bir saatdan çox çimmək
Tualetdə uzun müddət qalmaq
Həddindən artıq sabun və dezinfeksiyaedici maddələrdən istifadə etmək
Çöldə geyindiyi paltarları evə girən kimi paltaryuyan maşına atmaq
Mağazadan aldığı hər şeyi təkrar-təkrar yumaq
Hər gün evi başdan-ayağa təmizləmək
Paltarları bir dəfədən çox yumaq

Təmizlik xəstəliyinin başlanğıcında insan çox təmiz biri kimi qəbul edilsə də, sonradan ətrafdakıları yormağa və narahat etməyə başlayır. Hətta evləri çirkli olacağı üçün qonaq qəbul etmir. Həyat yoldaşı və ya uşaqları evə gələndə onlardan qapının önündə soyunmalarını və paltarlarını paltaryuyan maşına ataraq dərhal duş qəbul etmələrini istəyir. Ev çirklənəcək deyə otaqlara girilməsinə icazə vermir.

Təmizlik xəstəliyinin əlamətləri

Təmizliyə görə ailəsinə vaxt ayıra bilmir. Uşaqlarına həddindən artıq qəzəblənə, hətta onlara qarşı zorakılıq da edə bilər. Həyat yoldaşı və ya birlikdə yaşadığı insanlarla daim mübahisə edir. Bəzən həyat yoldaşını aşırı təmizliyə məcbur etməsi və bundan dolayı yaranan mübahisələr onun evliliyində problemlərə və hətta boşanmalara səbəb olur. Buna baxmayaraq, o, təmizlik sevdasından vaz keçmir. Bu qədər insanın həyatına təsir edən xəstəlik mütləq müalicə olunmalıdır.

Təmizlik xəstəliyini necə müalicə edilir?

Təmizlik xəstəliyinin müalicəsi üçün mütləq psixiatrla məsləhətləşmək lazımdır. Psixiatrik müalicə bir qədər uzun çəkir və vaxt aparır. Müalicədə antidepressant dərmanlarla birlikdə müxtəlif psixoterapiya üsullarından istifadə edilir.

Məqaləyə emosiya bildir:
1 il əvvəl
2049 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 1 ay əvvəl
  • 598
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 917
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 999
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 819
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 3 ay əvvəl
  • 1003
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 3 ay əvvəl
  • 780