Tiroid (qalxanabənzər vəzi) xərçəngi nədir? Səbəbləri, simptomları və müalicəsi
İlk mərhələdə heç bir əlamət göstərməyən tiroid xərçəngi zamanla böyüyərək ağrı və şişlik yaradır. Qalxanabənzər vəzi xərçənginin bir neçə növü var və hər biri digərindən fərqlidir.
Tiroid xərçənginin növləri
Anaplastik tiroid xərçəngi
Bu xərçəng növü qalxanabənzər vəzi xərçəngləri arasında çox nadir görülür. Bütün tiroid xərçəngi xəstələrinin 2%-də rast gəlinən bu xəstəlik çox sürətlə yayılır. Bu xəstəliyi olan insanlara çox zaman əməliyyat kömək etmir. Çünki xəstəlik gec fərq edilir və artıq geri dönüşü olmayan nöqtəni keçir. Bu durumda xəstələr yalnız radioterapiya ilə müalicə olunur.
Papilyar tiroid xərçəngi
Xəstələrin 80-90 faizində müşahidə edilən bu xərçəng növü hər yaşda baş verə bilər. Ancaq 30-40 yaşlar bu riskin ən yüksək olduğu dövrlərdir. Adətən xoşxassəli olan və yavaş böyüyən bu xərçəng növü uzun müddət simptomlar göstərməyə bilər. İnsan bu xərçəng növü ilə uzun illər heç bir problem yaşamadan yaşaya bilər. Papilyar tiroid xərçənginin metastazı ağciyər və limfa düyünlərində baş verir.
Follikulyar tiroid xərçəngi
Tiroid xərçənginin başqa bir növü olan follikulyar tiroid xərçəngi hər 100 xəstədən 5-10-da görülür. 50 yaşdan sonra daha çox rast gəlinən bu xərçəng növü qan dövranı ilə yayılır. Yavaş böyümə sürətinə malik olan follikulyar tiroid xərçəngi ağciyər, sümük, beyin və qaraciyərə yayıla bilər. Bu, çox ciddi problemlərə səbəb ola bilər. Ona görə də xərçəngin əlamətlərini gördüyünüz an xoşxassəli olub-olmamasından asılı olmayaraq həkimə müraciət etməlisiniz.
Medullar tiroid xərçəngi
Tiroid xərçəngi növləri arasında ən tez diaqnoz qoyula bilən medullar tiroid xərçəngi xəstələrin 2 %-də görülür. Bu xərçəng növü olan insanların qanında kalsitonin anormal dərəcədə yüksək olur. Medullar tiroid xərçənginin digərlərindən ən əsas fərqi onun genetik olmasıdır. Nəsildən-nəslə keçən bu xərçəng növünə diaqnoz qoymaq üçün mütləq genetik mutasiya testindən keçmək lazımdır.
Tiroid xərçənginin simptomları
Tiroid xərçəngi özüylə bəzi simptomlar gətirir. Bunlar tənəffüs çətinliyi, boyunda şişkinlik, səsin zəifləməsi, udma çətinliyi, osteoporoz, boyundan qulağa doğru ağrı, yorğunluq, əsəbilik, cinsi istəksizlik, qan və xolesterin dəyərlərinin azalmasıdır. Sadaladığımız bu əlamətlər tiroid xərçəngini göstərir. Ancaq tiroidin çoxu xoşxassəlidir və sağlamlığımız üçün zərərsizdir. Bunu tiroid xərçəngi ilə qarışdırmamaq gərəkdir. Belə hallarda ən qısa zamanda həkiminizə müraciət etməyi və lazımi analizləri etdirməyi tövsiyə edirik.
Tiroid xərçənginə nə səbəb olur?
Tiroid xərçəngi qalxanabənzər vəzinin toxumalarında olan bəzi faktorlar səbəbindən baş verir. Dəqiq bilinməsə də, bəzi növləri genetik mutasiyalar nəticəsində əmələ gəlir. Bundan əlavə, yod çatışmazlığı, yüksək radiasiyaya məruz qalma kimi səbəblər də bu xəstəliyin əmələ gəlməsində təsirli rol oynayır.
Tiroid xərçənginin müalicəsi
Tiroid xərçənginin müalicəsində ən təsirli üsul cərrahiyyədir. Əməliyyatda qalxanabənzər vəzinin hamısı və ya yarısı çıxarılmalıdır. Əgər şiş limfa düyünlərinə yayılıbsa, əməliyyat zamanı bu hissələr də çıxarılır. Boyun nahiyəsində 7-8 sm kəsiklə edilən əməliyyatda tətbiq olunacaq üsul şişin növünə görə dəyişir. Əməliyyat açıq və ya robotik şəkildə edilə bilər. Əlavə olaraq xatırladaq ki, xəstə əməliyyat zamanı və əməliyyatdan sonra bilməli olduğu şeyləri öz həkimindən öyrənməlidir.
XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.
Məqaləyə emosiya bildir:
2964 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Super