Uşaqlarda diş fırçalamaq vərdişi necə formalaşdırılmalıdır?

Uşaqlar 6 altı aylıq olanda onların süd dişləri çıxmağa başlayır. Bu dişlərin çıxması 36 aya qədər davam edə bilər. Bu mərhələdə valideynlərin üzərinə böyük bir məsuliyyət düşür.

Dişləri fırçalamaq bir uşaq üçün olduqca vacib özünə qulluq formasıdır. Stomatoloq Zeynep Yüceürek Bilgin uşaqlarda siş fırçalamaq vərdişi yaratmaq haqqında danışıb. Uşaqlar əylənərək öyrənir. Diş fırçalamağı aşılamaq üçün bunu onlar üçün əyləncəli bir fəaliyyərə çevirməlisiniz.

Diş fırçalamağa məcbur etməmək və bunu bir oyuna döndərmək önəmli amildir. Diş fırçalamaq vaxtlarını günün rəngarəng anlarına salın. Belə halda övladınız bu vərdişi daha tez qavrayacaq.

Diş fırçalamaq əyləncəli bir sınaq kimi təqdim olunmalıdır

Eynilə velosiped sürmək kimi, dişləri fırçalamaq da zamanla tam öyrənilir. Buna görə ilk əvvəl övladınızı bu vərdişlə tanış etməyiniz kifayətdir. Övladınızın yemək yedikdən sonra dişlərini fırçalamağa adət etməsini istəyirsinizsə, süd dişləri çıxan zamandan hərəkətə keçməlisiniz. Daha böyük uşaqlar üçün dişləri fırçalamaq heç zaman gec deyil. Burada ilk hədəfiniz diş fırçalama proseslərini əyləncəli fəaliyyət kimi təlqin etməyiniz olmalıdır.

Övladınıza yaxşı örnək olun

Uşaqlar təqlid etməklə öyrənir. Buna görə diş fırçalamaq barədə də sizi təqlid edərlər. Onun önündə dişlərinizi fırçalamağınız övladınızın bu vərdişə yiyələnməsini sürətləndirəcək. Valideynlərin hərəkətləri uşaqlar üçün əsl nümunəyə çevrilir. Övladınızın sizi hər gün dişlərinizi fırçalayarkən görməsi onda bu işə xüsusi maraq oyadacaq. Hamamda birlikdə rəqs etmək, zarafatlar etmək bunun əyləncəli bir fəaliyyət xarakteri daşımasını təmin edəcək. Ailə üzvləri birlikdə yemək yediyi kimi, birlikdə dişlərini də fırçalaya bilər. Bu zaman "ən parlaq diş" kimi maraqlı yarışlar keçirərək övladınıza əlavə motivasiyə verə bilərsiniz.

Uşaqların dişləri necə fırçalanmalıdır?

Uşaqların dişləri necə fırçalanmalıdır?

Övladınıza bu vərdişi aşılayarkən onunla mehriban və mülayif rəftar etməyiniz vacibdir. Başlanğıcda dişləri fırçalamağın ən doğru üsulunu öyrətməkdənsə, diş fırçalamağın gözəl bir fəaliyyət olduğunu anlatmağınız daha məqsədəuyğundur. Övladınıza dişləri fırçalamağı öyrədərkən daxili, xarici və çeynəmə səthlərini hədəfləyin. Diş fırçası ilə kiçik dairəvi hərəkətlər edin. Dişlərlə ehmal şəkildə rəftar edin. Bu vərdiş uşaqda asta-asta formalaşdırılmalı, dişləri fırçalamaq onda bezginlik və cansıxıcılıq yaratmamalıdır.

Diş məcunu istifadəsinə məcbur etməyin

Bəzən diş məcunu uşağın mədəsini bulandırır. Bu isə işləri daha da çətinləşdirir. Buna görə uşağı diş məcunundan istifadəyə məcbur etmək olmaz. Əgər övladınız diş məcunu istifadə etməyi xoşlayırsa, onlar üçün nəzərdə tutulmuş məcun alın. Böyüklər və uşaqlar üçün olan diş məcunlarının tərkibi fərqlidir.

Güzgünün qarşısına keçmək

Uşaqlarda diş fırçalamaq vərdişləri

Dişlərini fırçalayarkən özünə baxmaq nə baş verdiyini anlamaq üçün uyğun üsuldur. Güzgü qarşısında dişləri fırçalamaq uşağa əlavə motivasiya verər.

0-2 yaşlı uşaqlarda dişləri fırçalamaq

Diş fırçalama vərdişlərini övladınızın süd dişləri çıxmağa başladıqda təlqin etməlisiniz. Həmin dönəmdə bunu əyləncəli bir fəaliyyət kimi təqdim etmək mühüm amildir. 0-2 yaşlı uşaqlar üçün seçilən diş fırçası onların kiçik əllərinə uyğun olmalıdır. Ən əsası, yumşaq tüklü fırçaya üstünlük verilməlidir. Dişlərini təkbaşına fırçalamağına imkan yaradın. O, bitirdikdən sonra dişlərini bir də siz fırçalayın.

2-8 yaş arası uşaqlarda dişlərin fırçalanması

2-8 yaş arası uşaqlarda fırçalamaq

Uşaqlarda dişləri fırçalamaq vərdişi yaratmaq heç zaman gec deyil. Əvvəlcə uşağın öz dişlərini fırçalamağına imkan yaratmalı, sonra isə fırçanı alaraq bu işi özünüz görün. Bu yaş arası uşaqlar üçün də xüsusi diş məcunları və fırçalar mövcuddur. Onlara dişlərini fırçalayarkən sərbəstlik verməli, ümumi gedişata nəzarət etməlisiniz.

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
1
emotion
1
emotion
1
emotion
1
emotion
1
emotion
1
Dostlarınla paylaş:
2 il əvvəl
3382 dəfə oxundu
ilk.az-çılar nə deyir?