Uşaqlarda immunitet sistemini gücləndirmək üçün nə etmək lazımdır?

Uşaqların güclü immunitet sisteminə sahib olması böyüklərdən daha vacibdir. Xüsusilə qışda zəifləməyə başlayan immunitet sistemi uşaqların xəstəliklərə qarşı zəif olması deməkdir! Ancaq narahat olmayın, uşaqlarda immunitet sistemini dəstəkləmək üçün edə biləcəyiniz bir çox şey var.

Bu yazıda uşaqlarda immunitet sistemini gücləndirmək üçün nə edə biləcəyinizdən bəhs etdik. Bu məlumat hər zaman sizin ağlınızda olmalıdır!

Əvvəlcə öyrənək: İmmunitet sistemi nədir?

Uşaqlarda immunitet sistemini gücləndirmək üçün nə etmək lazımdır?

İmmun sistemi; Bədəni xəstəliklərdən, mikroblardan və viruslardan qoruyan bir müdafiə mexanizmidir. Müxtəlif hüceyrələr və zülallarla birlikdə işləyən bu sistemin üzvləri, sümük iliyindəki bir kök hüceyrədən istehsal olunur və bədənə yayılır.

İmmunitet sistemi xərçəng, qidalanma, bədənin ehtiyac duyduğu vitamin və immuntet ya mineral çatışmazlığı, nizamsız həyat tərzi, yuxusuzluq kimi xəstəliklər səbəbindən zəifləyə bilər. Belə vəziyyətlərdə bədən xəstəliklərə qarşı həssas olur. Bu səbəbdən immunitet sistemi daima uyğun vəziyyətdə saxlanılmalıdır.

Uşaqlarda immunitet sistemini gücləndirən tövsiyələr

Uşaqlarda immunitet sistemini gücləndirmək üçün nə etmək lazımdır?

Əvvəlcə bunu deyək. İmmunitet sistemini gücləndirməyə gəldikdə ağla yalnız bəslənmə gəlir. Ancaq bu mövzuda edəcəyiniz şey yalnız qidalanma ilə məhdudlaşmamalıdır. Bu səbəblə təkliflərimizdə bəslənmədən əlavə fərqli tövsiyələr görəcəksiniz, onları atlamamağınızı məsləhət görürük.

Uşaqlarda immunitet sistemini gücləndirən qidalar

Uşaqlarda immunitet sistemini gücləndirmək üçün nə etmək lazımdır?

Düzgün qidalanma çox vacibdir. Bu səbəbdən ediləcək ilk şey uşağınızın pəhrizini tənzimləməkdir. Aşağıda uşaqlarda immunitet sistemini gücləndirən qidalar cədvəlini araşdıraraq bu qidaları pəhrizinizə əlavə edə bilərsiniz.

  • Meyvələr: Portağal, kivi, limon, alma, zeytun, avakado, böyürtkən,
  • Tərəvəzlər: Brokoli, kələm, ispanaq, soğan, turp, çuğundur, göbələk, pencər, qırmızı kələm, zəncəfil
  • Heyvan mənşəli məhsullar: Somon kimi yağlı balıqlar, yumurta, qatıq, kifir, pendir, süd, quzu ya da dana ciyəri, ton balığı, qırmızı ət
  • Paxlalı bitkilər: Lobya, noxud, mərci, yulaf
  • Çərəzlər: Badam, balqabaq tumu, günəbaxan, yaş fındıq, qoz, kişmiş

"Bu uşağa tərəvəz yedirə bilmirəm" deyirsəniz mütləq oxuyun!

Bu qidalar arasında uşaqların immunitet sistemini gücləndirən D, C, B, selenyum, sink, maqnezium, kalsium kimi vitaminlər və minerallar çoxdur. Uşağınızda bu məhsulların əskikliyi hiss olunursa, qidalanmasına əlavə edə bilərsiniz. Ancaq uşağın immunitet sistemini gücləndirmək üçün şərbət və ya dərman istifadəsi bir həkimin tövsiyəsi ilə alınmalıdır.

Uşaqlarda immunitet sistemini gücləndirən bitki mənşəli məhsullar hansılardır?

Uşaqlarda immunitet sistemini gücləndirmək üçün nə etmək lazımdır?

İtburnu, Ekinezya, Cökə, Qarğıdalı kimi otların çayları immunitet sisteminə təsir göstərə bilər. Bundan əlavə, bu bitkilər bakteriya ilə mübarizədə əhəmiyyətli bir rol oynayır.

Uşaqlarda immunitet sistemini gücləndirən qarışıqlar

Yuxarıda verilən bəzi qidaların uşağınızın xoşuna gəlməyəcəyini düşünürük. Aşağıdakı qarışıqlarla uşaqlarınızın bu qidaları istehlak etməsini asanlaşdıra bilərsiniz.

  • Şirinləşdirmək üçün kefirə meyvə püresi əlavə edə bilərsiniz.
  • Kivi və alma kimi meyvələrə bəkməz tökmək olar.
  • Zəncəfil tozunu balla qarışdıra bilərsiniz.
  • İncə yuyulmuş çiy brokolini rəndədən keçirib qatıqla qarışdıra bilərsiniz.
  • Hər gün bir yumurtanı uşağınızın istədiyi kimi verə bilərsiniz - qayğanaq və ya qaynadılmış olsun.
  • İsti yeməklərə və şorbalara bir çay qaşığı sarıkök tozu əlavə edə bilərsiniz.

Uşağınızı necə sağlam qidalanma vərdişlərinə yönləndirəcəyinizi bilirsinizmi?

Uşağın immunitet sistemini gücləndirmək üçün edə biləcəyiniz digər təkliflər.

  • Uşağınızın siqaret tüstüsünə məruz qalmasının qarşısını almalısınız.
  • D vitamini və dəmir çatışmazlığı kimi dəyərlərini mütləq ölçməlisiniz.

Uşaqlarda D vitamini çatışmazlığının qarşısını almağın 4 yolu

Uşaqlarda immunitet sistemini gücləndirmək üçün nə etmək lazımdır?

Virus və mikrob kimi zərərli orqanizmlərdən qorunmaq üçün əllərinizi tez-tez yumalısınız.

Yuxu rejiminə diqqət yetirməli və uşağınızın tam qaranlıqda yatmasını təmin etməlisiniz. Çünki böyüməni və immunitet sistemini dəstəkləyən bir melatonin hormonu bu cür mühitlərdə ifraz olunur.

Bağırsaq hərəkətlərinin nizamlı olduğundan əmin olmalısınız. Bağırsaqdakı pozuntular immunitet sisteminə və bədənə ciddi şəkildə təsir edir.

Kifayət qədər probiyotik qəbul etdiyinizə əmin olun. Probiyotiklər bağırsaq üçün faydalıdır. Bu səbəbdən kefir və qatıq kimi məhsulların istehlakına üstünlük verməlisiniz.

Uşağınızı idman etməyə və aktiv olmağa məcbur etməlisiniz. Vücudunuzu çox yormayan gəzinti, üzgüçülük və idman bədəninizi sağlam saxlamağa kömək edir.

Sizə bir neçə təklif verək: Uşaq İdman Mərkəzləri və Gimnastika Məktəbləri.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
4719 dəfə oxundu
ilk.az-çılar nə deyir?