Uşaqlarda qəbizliyin qarşısının alınması yolları

Qarın ağrısı, qusma, sidik qaçırma, sidik yolu infeksiyasıkimi digər şikayətlərlə müraciət edən uşaqların yoxlanılması nəticəsində qəbizlik təsbit edilə bilər. Uşaq nefrologiyası mütəxəssisi dos. dr. Neşe Karaaslan Bıyıklı “Qəbizlik problemi olan uşaqların qidalanma menyusuna armud, ərik, balqabaq, noxud, ispanaq, brokoli, lobya, mərcimək, lobya kimi lifli qidalar əlavə edilməlidir” deyə bildirib. Qəbizliyin həyatın müəyyən dövrlərində daha sıx meydana gəldiyini ifadə edən mütəxəssis bunları qeyd edib:

“İlk kritik dövr tamamlayıcı qidalara başlamaqdır. Maye ilə qidalanan körpənin püre qatılığında olan yeni qidalarla tanış olması bağırsaq vərdişlərində fərqliliklərə səbəb olur. Bu dövrdə başlayan dəmir tərkibli damcılar da qəbizliyə səbəb ola bilər. İkinci kritik dövr tualet təlimi prosesidir. Bu prosesdə məcburedici və təzyiqgöstərici davranışlar bu yaşın inadkarlığı ilə birləşərək nəcisin saxlanılmasına zəmin yaradır. Ağrılı defekasiya nəticəsində uşaq nəcis ifraz etməyi daha da gecikdirir və daha çətin bir mərhələyə girir”.

Üçüncü kritik dövrün bağça/məktəbə başlama dövrü olduğunu bildirən Neşe Karaaslan Bıyıklı “Bu dövrdə həm qidalanma, həm də maye qəbulu vərdişlərindəki dəyişiklik və tualet rejiminin fərqliləşməsi qəbizliyə yol açır. Dördüncü kritik dövr məktəb yaşı dövrüdür. Tərəvəz və meyvə kimi lifli qidalara az üstünlük verilməsi, tualet vaxtının məhdud saxlanılması, elektron cihazlara sərf olunan vaxtın artması ilə hərəkətin azalması əsas səbəblərdir” deyə vurğulayıb.

Gündəlik həyatda baş verən dəyişikliklər qəbizliyə səbəb olur

Uşaqlarda qəbizlik

Stress, səyahət, bəzi xəstəliklər kimi baş verən dəyişikliklərin uşaqların defekasiya düzənini pozduğunu söyləyən mütəxəssis “Bundan başqa, 5-10% hallarda altda yatan xəstəliklərin ola biləcəyini də unutmaq olmaz. Anatomik struktur pozğunluqları, sinir və əzələ xəstəlikləri, metabolik xəstəliklər, bağırsaq tıxanması, parazitar xəstəliklər, qida allergiyası, bəzi dərmanlar qəbizliyə səbəb ola bilər” deyə bildirib.

Qəbizliyin əlamətləri hansılardır?

Neşe Karaaslan Bıyıklı valideynlərin uşaqların qidalanma, su içmə, sidiyə çıxmavə nəcis ifraz etmə vərdişlərinə nəzarət etmələrinin vacibliyini xatırladıb: “Normaldan daha az defekasiya, defekasiya zamanı ağrı və alt paltarda nəcislə çirklənmə qəbizliyin əlamətləridir. Valideynlər bunu ishalla qarışdırmamalıdırlar”

Hərəkət qəbizliyin qarşısını alır

Davamlı hərəkətin bağırsaq reflekslərini tətikləyərək həzmə kömək etdiyini vurğulayan Neşe Karaaslan Bıyıklı “Bundan əlavə, qarın əzələlərinin güclənməsi bədəndən artıq maye, yağ və toksinlərin çıxarılmasına kömək edir. Meyvə, tərəvəz, paxlalılar kimi liflə zəngin qidaların yeyilməsi, yetərli qədər su içilməsi (2 yaşdan yuxarı olanlar üçün 1 litr), süd və süd məhsullarından istifadəni məhdudlaşdırmaq, hər yeməkdən 5-10 dəqiqə sonra tualetdə oturmalarını təmin etmək, gündə azı 1 saat açıq havada aktiv vaxt keçirmək qəbizliyin qarşısını alır” deyə vurğulayıb.

Qəbizliyin qarşısını alan qidalar

Qəbizliyin qarşısını alan qidalar

Mütəxəssis qəbizlik problemi olan uşaqların armud, ərik, balqabaq, ispanaq, brokoli və paxlalı bitkilərlə qidalanmasının vacibliyini dilə gətirib: "Son illərdə funksional qidalanmanın bağırsaq sağlamlığı, ürək sağlamlığı, şəkərli diabet, xərçəng kimi xəstəliklərə qarşı qoruyucu olduğunu göstərən elmi məqalələr var. Bağırsaq florasının bakteriya müxtəlifliyini təmin etmək üçün probiotik qidalar, lifli və təbii yağlı qidalar, bağırsaq hərəkətlərini artıran və bədəndən zəhərli elementlərin atılmasını asanlaşdıran qidalar qida rasionumuza daxil edilməlidir. Bu qidalara qatıq, kefir, kələm turşusu, zeytun yağı, qızılbalıq, sarımsaq, çiy badam, ispanaq, alma, kokos yağı, tam buğda, yulaf, noxud və lobyanı misal çəkmək olar”.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
11 ay əvvəl
3901 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 24 gün əvvəl
  • 505
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 738
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 816
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 736
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 812
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 703