Uşaqlardakı yırtıqlar qısa müddətdə müalicə edilməlidir

Uşaq cərrahı dr. Şafak Karaçay yırtıqların doğuluşdan yetkinliyə qədər uşaqlığın hər mərhələsində yarana biləcəyini söyləyib.

Uşaqlarda yırtıqlar doğuşla əlaqəli olur. Oğlan uşaqlarında yırtıqlara daha çox rast gəlinsə də, bəzi xəstəliklər də bu problemə səbəb olur. Qasıq yırtığının uşaqlıq dövründə geniş yayıldığını bildirən mütəxəssis, valideynlərə vacib məsləhətlər verib.

Şafak Karaçay qasıq yırtığı zamanı körpələrdə qarının alt nahiyəsində yumru bir şişkinlik yarandığını diqqətə çatdıraraq sözlərinə belə davam edib:

Uşaqlardakı yırtıqlar

"Yırtıq təcili bir durumdur. Yırtıq əməliyyatları vaxtında edilməlidir. Körpəlik və uşaqlıq dönəmində yırtıqların əmələ gəlmə riski böyükdür. Bunu əməliyyat yolu ilə vaxtında aradan qaldırmaq lazımdır".

Mütəxəssis qasıq yırtığının müalicəsində cərrahi üsullardan istifadə olunduğunu və əməliyyatdan əvvəl uşağın ümumi durumunun, yırtığın növü kimi müxtəlif parametrlərin dəyərləndirildiyini diqqətə çatdırıb:

"Oğlan uşaqlarında spermanın içindən keçdiyi kanallar yırtıq kisəsinin yanında yerləşir. İstilik və təzyiqin təsiri ilə bir müddət sonra damarlara zərər verə bilər. Başqa sözlə, yırtıq qısırlıq riski yaradır. Qız uşaqlarında fərq edilməyən və üstünə geç düşülən hallarda dövranın pozulması səbəbinə görə yumurta itkiləri yaşana bilər".

Uşaqlardakı yırtıqların səbəbi

Yırtığın nə zaman yaranması ilə bağlı dəqiq məlumatın olmadığını deyən Şafak Karaçay sözlərini belə tamamlayıb:

"Uşaqlarda yırtıqlar doğuş zamanı yarana biləcəyi kimi, 16 yaşında da əmələ gələ bilər. Yırtıq fərq olunmaya bilər. Burada diqqət edilməli əsas məsələ yırtıq təsbit olunan kimi dərhal tədbir görülməsidir. Körpənin və ya uşağın xəstəxanada yatmasına ehtiyac olmur, əməliyyatdan sonra onlar evə buraxılır. Valideynlər bu cür əməliyyatlardan çəkinməməlidirlər".

Məqaləyə emosiya bildir:
2 il əvvəl
2683 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 1 ay əvvəl
  • 694
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 3 ay əvvəl
  • 1010
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 3 ay əvvəl
  • 1082
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 3 ay əvvəl
  • 897
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 3 ay əvvəl
  • 1090
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 3 ay əvvəl
  • 856