Whatsapp statusda paylaşmaq üçün - Qısa şeir videoları

Whatsapp statusda paylaşmaq üçün - Qısa şeir videoları

Yenilənmə tarixi: 2022-04-23

Paylaşdığımız şeirləri telefonunuza endirərək dostlarınızla, whatsapp statusunuzda, instagram sehifənizdə paylaşa bilərsiniz.

Qısa şeir videoları

Məni gözəl xatırla…
Bunlar son misralar…
Fərz et ki, bir külək idim, əsib keçdim həyatından...
Ya da bir yağmur, sel oldum çöllərdə..

poster
00:58

Günahkar

Nə desən haqlısan, mənəm günahkar,
Üzünə baxmağa utanıram mən.
Niyə and içirsən, uşaq kimiyəm…
Sən yalan desən də inanıram mən…

Demə ki, xoşbəxt ol, çat arzu-kama,
Çılğın gəncliyimin sönən dəmidir.
Bu sanki gözü kor olan adama,
"Gözün aydın olsun" demək kimidir.

Daha öz səsim də mənə yad olub,
Hardasa ağlayan körpə səsitək.
Mənim gözlərimdə həsrət iz salıb,
Körpələr evinin pəncərəsitək…

İçib şərabı hər gecələr öz özümü vəsf elədim mən..

poster
00:18

Biz uşaq olanda belə deyildi
Hamını, hər şeyi sevə bilirdik
Ağzımızdan çıxan güllə səsinə
Yumub gözümüzü ölə bilirdik
Biz elə ölümü belə bilirdik

Böyüdük nənələr, babalar öldü
Böyüdük doğmalar, əzizlər öldü
Böyük ürəklilər, təmizlər öldü

Biz uşaq olanda belə deyildik
Ağlasaq üzümüz təmiz olardı
Qışıqırıb ağlamaq çağırış idi
Böyüdük ağlamaq yalvarış oldu
Biz uşaq olanda bahardı hər gün
Nə tez soyuq düşdü, nə tez qış oldu
Biz uşaq olanda Allah babaydı
Onu da bir quru ada çevirdik
Ən böyük doğmanı yada çevirdik
Böyüdük sevgimiz qorxuya döndü
Biz axı Allahı baba sevirdik

Ən gözəl şeirlər

Rəşad Nağı Mustafa

poster
00:52

Saçları bir zülfü-pərişan idi.
Cümlə cahan zülfünə qurban idi.
O qızın...
İndi səliqəylə daranmış başını qar tutur.
Saçlarını sanki qara rəng uduzur, ağ udur.

Gözləri bir nərgizi-fəttan idi.
Kipriyi sanki iti peykan idi.
O qızın...
İndi daha parlamayır gözləri ulduz kimi.
Kipriyi üstə gözünün yaşı donur buz kimi.
Boy-buxunu sərvi-xuraman idi.
Qamətinə sərv özü heyran idi.
O qızın...
İndi bükübdür belini acı həyat gör necə.
Sanki çəkib ömrü boyu qəm yükünü gizlicə.
Ləbləri bir qönçeyi-xəndan idi.
Busəsi çox dərdlərə dərman idi.
O qızın...
İndi əsəbdən gecə-gündüz dodağın çeyniyir.
Eh, bu qədər qayğı ki, var, al dodağı neyniyir.
Nitqi şirindi, şəkəristan idi.
Hər sözü məna dolu ümman idi.
O qızın.
İndi şikayət dolu sözlər oturub nitqinə.
Axşamacan ah eləmək adəti olmuş yenə.
Aşiqi bir tazə qəzəlxan idi.
Çəkdiyi ancaq qəmi-hicran idi.
O qızın...
Aşiqinin indi qələm tutmağa yox taqəti.
Neyləsin aşiq, belə gəldi qədəri-qisməti...


poster
00:57

Mənim balam bu dünyayla oynama,
Sən cavansan dünya qoca dünyadı.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir dünya necə dünyadı...

Ömrə, günə etibar yox əzəldən,
Bir də dönüb yarpaq olmaz xəzəldən,
Beşiyindən bizə tabut düzəldən
Bələyindən kəfən tikən dünyadı.
Kim nə anlar bu zalımın işindən,
Çoxlarını keçribdi dişindən,
Möhkəm yapış papağından, başından,
Başdan papaq alıb qaçan dünyadı.


poster
00:41

Mən şirin ləhcəli bir bülbüləm кi,
Güllərdən кüsərəm, səndən кüsmərəm!
Məni öz canından artıq istəyən
Еllərdən кüsərəm, səndən кüsmərəm!

Gözlərin misaldır aхan çaylardan
Кirpiyin oхlardan, qaşın yaylardan.
Qarşımıza gələn uzun aylardan,
İllərdən кüsərəm, səndən кüsmərəm!

Еl içində bizə dеrlər Sayadlı,
Tərlan ovçusuyam, ruhum qanadlı.
İlham pərisinin açdığı dadlı
Dillərdən кüsərəm, səndən кüsmərəm!

Mikayıl Müşfiq


poster
00:51

Mənim sol əlimdə yanıq yeri var,
O mənə töhfədir körpəliyimdən.
Odun odluğundan xəbərsiz vaxtlar
əlimi manqalda yandırmışam mən.

Mənə "cız" dedilər,
Ancaq qorxmadım.
əlimi yandırıb tanıdım odu.
Mənim həyat ilə ilk tanışlığım
əlimi yandıran oddan başladı...

Oxşadı gözümü hələ uşaqkən
Ocağın al-əlvan alovu, közü
Dünyaya gələli, bilmirəm nədən
Nəyə vurulduqsa, yandırdı bizi...

Mən oddan qorxmadım yanana qədər;
Mən qorxu bilmədim qanana qədər.
Elə ki, yandım,
Odla oynamaqdan qorxdum, dayandım.
Başlandı qorxu-
Başlandı ehtiyat-
Başlandı həyat...

Bəxtiyar Vahabzadənin öz səsi ilə..

poster
00:55

Ən təsirli qısa şeirlər

Kasıbların pənahıdır yaxşılıq,

Əl atmaq yox, əl tutmaqdır yaxşılıq..

poster
00:56

Dərd eləmə, birdənəm, bütün cahan düzülə,
Qoymaram ki, ümidim, əlim səndən üzülə.
Üzümdən, ətəyimdən qan süzülə-süzülə,
İzindən öpə-öpə gəlib taparam səni.

Ötürdüm hər bəlanı, gəlib çatdım son yerə,
Sən ey zirvələr quşum, bircə dəfə qon yerə!
Parçalansam yüz yerə, min yerə, milyon yerə,
Bilirsən ki, yenə də sevər hər param səni.

Əvvəlimiz zərrələr, ilkinimiz balıqsa,
Bizdən sonra dünyaya beş-on sümük qalıqsa,
Hər tərəf uçurumsa, hər yan xarabalıqsa,
Hara qaçırım səni, hara aparım səni?

Gəlmirsə məndən sənə bircə cığır, səbr elə!
Əlini aç göylərə, məni çağır, səbr elə!
Mən dedimsə gələrəm əvvəl-axır, səbr elə!
Səbrindən, dözümündən gəlib öpərəm sənin!

Qolların ömür yolum, uzat sinəmə sarı!
Uzat, başına dönüm, sarıl ömrümə, sarıl!
Sənsiz bu ömür yarı, həyat yarı, can yarı,
Mən bu ruhdan, bu candan necə qoparım səni?

Qolların ömür yolum
Orxan Bahadırsoy

poster
00:16

Yatanda əlcək geyin
Yuxuna qar yağacaq..

poster
01:00

Əlimi uzatdım sevincə sarı,
Gördüm yox, arada kədər dayanıb.
Atamı səslədim köməyə gəlsin,
Gördüm yox, arada qəbir dayanıb.
Üz tutub gedirdim Allaha tərəf,
Gördüm yox, arada ömür dayanıb...

poster
01:00

Şəkillərdə gülən qadın
Həqiqətdə gülmür üzün
Elə qırılıb qol qanadın
Tək qalanda dolur gözün

poster
00:21

Ağ günə çıxdımı qara gözlərin?

Yuxumu gözümdən oğurlayan qız,
Ag günə çıxdımı qara gözlərin?
Elə ağladım ki, arxanca sənin
Yuyuldu yollardan ayaq izlərin…

Daha tükənmişəm, daha bitmişəm,
Sənin nə vecinə, rahat yatırsan…
Mən sənə haqqımı halal etmişəm,
Sən niyə yuxuma haram qatırsan?

Saytımızda paylaşdığımız digər şeir videoları:
Məqaləyə emosiya bildir:
emotion
242
emotion
48
emotion
54
emotion
30
emotion
134
emotion
37
emotion
83
Dostlarınla paylaş:
3 il əvvəl
46192 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (34)
insi (1 ay əvvəl)
Çok gözəl şeirlər
Elnur (2 ay əvvəl)
Bomba kimi♡♥ Super♡
Suat TALIŞ (6 ay əvvəl)
Əladı
aysu (6 ay əvvəl)
Çoooox bəyəndim
fatime (1 il əvvəl)
Normaldl melehet gorurem hamya
Huseyin Aliyev 035 (1 il əvvəl)
Salam çox bəyəndim
İlahə (1 il əvvəl)
Super
derya (1 il əvvəl)
Qeşey olmaǧına qeşeydi amma elələri var heç açılmır
derya (1 il əvvəl)
Ela
derya (1 il əvvəl)
Super ela söz ola bilmez