Xərçəng xəstəliyinin 10 əlaməti

Yenilənmə tarixi: 2022-09-19

Günümüzdə xərçəng xəstəliyi olduqca çox yayılıb. Xərçəng xəstəliyinin əlamətləri nədir? Xərçəng xəstəliyinin əlamətlərini araşdırdıq.

Sağlam hüceyrələr bölünmə, ölü hüceyrələri əvəz etmə və toxuma zədələrini bərpa etmə qabiliyyəti ilə yenilənir. Bu bölünmə və çoxalma DNT tərəfindən idarə olunur və müəyyən bir nizama malikdir. Ancaq DNT-nin müəyyən qədər zədələnməsi nəticəsində bəzi hüceyrələr idarə olunmadan bölünür və çoxalırlar. Bu şəkildə idarə olunmadan bölünən və çoxalan hüceyrələrə "xərçəng" hüceyrələri deyilir. Bu hüceyrələr birləşərək “şişlər” əmələ gətirir. Bədənimizin müxtəlif toxuma və orqanlarında yarana bilən şişlər “xoşxassəli” və “bədxassəli” formalara bölünür. Bədxassəli şişlər böyüdükcə normal toxumaları zədələyir və xərçəng dediyimiz xəstəliklər yaranır.

Cavanına qocasına baxmayan bu xəstəlik insanların qorxulu röyasına çevrilib.

Xərçəngin səbəbləri

Xərçəngin səbəbləri tam məlum olmasa da, iki qrup risk faktoru var. Bunlardan biri genetik meyl, yəni ailədə xəstəlik tarixi, digəri isə ekoloji “asanlaşdırıcı” amillərdir. Ətraf Mühit faktorları; siqaret və spirt istifadəsi, sıx günəş işığına məruz qalma, radiasiyaya və ya yüksək dozada rentgen şüalarına məruz qalma, kanserogen kimi tanınan bəzi kimyəvi maddələrə məruz qalma, bəzi viruslar, pis yemək vərdişləri və havanın çirklənməsi. Bunlara əlavə olaraq, hamiləlik zamanı dölün ana bətnində məruz qaldığı faktorlar da xərçəngə səbəb olan amillərdən sayılır.

Bəs nə etməliyik? Bu xəstəliyin əmalətləri nələrdir?

1. Düşməyən qızdırma

Xərçəng əlaməti: Düşməyən qızdırma

Bu xüsusiyyətlər lösemi, hodgkin lenfoma və hodgkin olmayan lenfoma xərçənglərinin ilk əlamətləridir. Qızdırma 37.6 ilə 38.2 dərəcələri arasında olur. Çox da yuxarı qalxmayan qızdırma xərçəngdən əlavə müxtəlif infeksiyalardan da ola bilər.

2. Gündən-günə artan yorğunluq

Xərçəng əlaməti: yorğunluq

Əvvəllər heç belə bir ehtiyacınızın olmadığı halda, indi bütün gün yatmaq istəyirsinizsə, bu xərçəng əlaməti ola bilər. Xüsusilə qan təzyiqinin düşməsinə yol açan bütün xərçəng növləri löseminin əlamətidir. Yorğunluq ayrıca; qansızlıq, yuxu nizamsızlığı, ürək problemləri və şəkər, fibromyalji və iltihablı oynaq xəstəliklərindən də qaynaqlana bilər.

3. Qalıcı öskürək

Xərçəng əlaməti: öskürək

Qrip, allergiya və bəzi dərmanların tərkibindən ola bilər, amma 3-4 həftə davam edən və keçməyən öskürəyi həkim müayinə etməlidir. Xüsusilə də siqaret çəkirsinizsə və bu öskürək dayanmırsa, mütləq həkimə müraciət etmək lazımdır.

4. Dəridə sağalmayan yaralar

Xərçəng əlaməti: yaralar

Və ya dəridə dəyişiklik. Dəridə olan asimmetrik ləkələr, ləkələrin qeyri-adi rənglərdə meydana gəlməsi və ya ləkələrin daha böyük bir sahəni örtməsi, dəri xərçənginin ən öldürücü şəkli olan “melanoma” -nın əlamətidir.

5. Udqunma problemi və xroniki səs alçalması

Xərçəng əlaməti: Udqunma problemi

Dodaqlarda sağalmayan yaralar, qannamalar, ağızda ağrı və uyuşma, xroniki qırtlaq iltihabı, bunlar ağız xərçənginin əlamətləridir.

6. Ağızın içində olan yaralar

Xərçəng əlaməti: Ağızın içində olan yaralar

Bunlara tibbi dildə lekoplazilər deyilir. Bu ağ ləkələr yanağın iç tərəfində, dilin altında və ya dilin yanlarında olur. Bu yaralar əgər müalicə ilə keçmirsə, bu da xərçəngin əlaməti ola bilər.

7. Sidikdə qan görülməsi

Xərçəng əlaməti: Sidikdə qan

Bu əlamətin ümumiyyətlə xəstələr tərəfindən ciddiyə alınmadığını ifadə edən həkimlər məsləhət bilir ki, uroloq tərəfindən nəzarət edilsin. Məsanə xərçəngi çox vaxt artıq müalicə edilə bilməyəcək mərhələyə gələnə qədər gözəgörünməz. Bunun səbəbi də xəstələrin həkimə getmək üçün çox gözləməyidir. Bunu bənzər hallarda nəcisdə qan görülməsi də kolon xərçənginin əlamətlərindən biridir. Ancaq nəcisdə qan görülməsinin fərqli səbəbləri də ola bilər. Məsləhətlisi həkimə müraciət etməkdir.

8. Bilinməyən ağrılar

Xərçəng əlaməti: ağrılar

Bu ağrılar sümük xərçənginin ağrıları ola bilər. Müalicə etdikdən sonra da keçməyən baş ağrısı, beyində şişin xəbərçisi ola bilər. Bel ağrısı yumurtalıq xərçənginin işarəsi ola bilir. Həkimlər, səbəbi bilinməyən ağrıların ən məşhur xərçəng əlamətlərindən biri olduğunu ifadə edərək, bu vəziyyətdə xəstəxanaya müraciət etməyimizin lazım olduğunu deyirlər.

9. Bədəndə şişkinliklər olması və ya dərinin sərtləşməsi

Xərçəng əlaməti: dərinin sərtləşməsi

Sinə daxil olmaqla müxtəlif xərçəng növlərinin əlamətidir. Bunlar xərçəngin erkən əlaməti olduğu kimi, xərçəngin son mərhələsinə da işarə ola bilər.

10. Birdən-birə arıqlamaq

Xərçəng əlaməti: arıqlamaq

Bəzi insanlar pəhriz saxlamadan arıqladıqları üçün sevinirlər. Amma bunun da bir səbəbi var unutmayın. Birdən-birə arıqlamağınız mədə və ağciyər xərçənginin əlaməti ola bilər.

Davamlı olan, səbəbi açıqlanmayan əlamətlər xərçəngin əlamətləri ola bilər. Həkimlər məsləhət görür:

"Bədəninizdə yolunda getməyən bir şey varsa və uzun müddət davam edirsə, bunun normal bir vəziyyət olmadığını bilin. Bədəninizin səsini dinləyin. Erkən diaqnoz sayəsində həyatınız xilas ola bilər".

Balaca bir ağrının üstünə tez düşsəniz, xəstəliklərdən daha tez yaxa qurtarıb, rahat həyat yaşaya bilərsiniz. Hər bir xəstlik vaxtında müalicə olunursa, heç bir qorxusu yoxdur. Bunu unutmayın. Sağlamlığınızın qeydinə qalın.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
4 il əvvəl
8991 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
z (1 il əvvəl)
Ya Allah
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 24 gün əvvəl
  • 499
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 731
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 809
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 732
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 806
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 699